PandaBoard — Texas Instruments OMAP4430 (ARM Cortex-A9 nüvəli) bazasında yaradılmış bir-lövhəli və ucuzlu kompüterdi. 2010-cu ilin oktyabrında (subsidiya olunmuş)[1] qiyməti 174 $ təşkil edirdi. Developerlər üçün nəzərdə tutulub.[2]

PandaBoard və PandaBoard ES
PandaBoard
TipiBir-lövhəli kompüter
Satış qiymətiUS$174 (PandaBoard)
US$182 (PandaBoard ES)
Əməliyyat sistemiLinux, Android (əməliyyat sistemi)
Mərkəzi prosessorARM Cortex-A9 MPCore @ 1 GHz (PandaBoard)
1.2 GHz (PandaBoard ES)
RAM yaddaşıGB
Daimi yaddaşSD card
Ölçüləri114.3 mm × 101.6 mm
Ağırlığı74 q (PandaBoard)
81.5 q (PandaBoard ES)
Saytpandaboard.org

PandaBoard ES — OMAP4460 (çip üzərində sistem (SoC)) bazasında yaradılmış lövhənin daha yeni versiyasıdır, hardakı mərkəzi və video nüvə daha yüksək tezlikdə işıəyir. 2011-ci ilin noyabrından 182 $ qiymətində  satışda mövcuddur. [3]

Xüsusiyyətləri

redaktə

İlk versiyada 1 GHz tezliyində işləyən 2 nüvəli mərkəzi  ARM Cortex-A9 MPCore və 304 MHz tezliyində işləyən SGX540 qrafik nüvəli OMAP4430 prosessoru, C64x siqnal prosessoru və 1 GB RAM (DDR2 SDRAM) vardır.

PandaBoard ES isə 1.2 GHz tezliyində işləyən 2 nüvəli mərkəzi və 348 MHz tezliyində işləyən qrafik nüvəli OMAP4460 prosessorundan istifadə edilir.

Məlumatların saxlanması üçün SD kartdan istifadə edilir. SDHC tipli 32Gb-tadək yaddaş kartları dəstəklənir.

Lövhə üzərində 10/100 Ethernet, Wi-Fi, Bluetooth vardır. Lövhənin ölçüləri 114×102 mm təşkil edir, bu ETX/XTX form-faktorundan azacıq böyükdür.

Videosiqnal DVI и HDMI konnektorları üzərindən ötürülür. Səs üçün isə 3.5 mm audio-cıxış istifadə edilir. Həmçinin host rejimində işləyən iki USB 2.0 portda vardır, hansı ki, onlardan biri USB On-The-Go.[4] rejimində işləyə bilər.

Dəstəkləyən ƏS: Android (Linaro), Ubuntu (Linaro), RISC OS 5,[5] QNX Neutrino 6.5.0,[6], OpenBSD.[7]

SGX540 qrafik prosessoru  HDMI[8] interfeysi üzərindən 1080p formatılı videoları dəstəkləyir. Dəstəklənən texnologiyalar: OpenGL ES 2.0, OpenGL ES 1.1, OpenVG 1.1 и EGL 1.3.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "PandaBoard FAQ: Is TI subsidizing the PandaBoard?". OMAPpedia. Omap World. 24 December 2011. 12 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2011.
  2. "PandaBoard ships Cortex-A9 board for devs, hobbyists". Electronista. MNM Media LLC. 27 October 2010. 12 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 Nov 2010.
  3. "PandaBoard ES equips open source mobile developers with TI's OMAP4460 processor". Pandaboard.org. EETimes. 11 December 2010. 12 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2010.
  4. Chris Davies. "PandaBoard offers TI Cortex-A9 OMAP4 to imaginative devs". SlashGear. R3 Media LLC. 4 October 2010. 12 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 Nov 2010.
  5. Lee, Jeffrey. "Have I Got Old News For You". The Icon Bar. 2011-08-02. 2012-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2011. [...] Willi Theiss has recently announced that he's been working on a port of RISC OS to the PandaBoard [...]
  6. "TI OMAP 4430 Panda / 4460 Panda ES Board Support Package". 2012-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-05.
  7. "Pandaboard platform support in the works". 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-26.
  8. "PandaBoard Technical Specs". 2012-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-03.

Xarici keçidlər

redaktə