Navarralı Blanş (Fransa kraliçası)
Navarralı Blanş (fr. Blanche de Navarre; 1331[1][2][…] – 5 oktyabr 1398[3][2]) — Fransa kralı VI Filippin ikinci xanımı, Fransa kraliçası.[5]
Navarralı Blanş | |
---|---|
fr. Blanche de Navarre | |
29 yanvar – 22 avqust 1350 | |
Əvvəlki | Burqundiyalı Janna |
Sonrakı | Overnli Janna |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1331[1][2][…] |
Vəfat tarixi | 5 oktyabr 1398[3][2] |
Dəfn yeri | |
Anası | II Janna (Navarra kraliçası)[4] |
Həyat yoldaşı | VI Filipp |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Blanş 1331-ci ildə Navarra kralı III Filipp və xanımı II Jannanın üçüncü qızı olaraq dünyaya gəldi. Həm ata, həm də ana şəcərəsi Kapetinqlər sülaləsinə əsaslanırdı. Dövrünün mühüm siyasi şəxsləriylə bir neçə dəfə nişanlansa da, bunlardan heç biri uğurlu olmadı. Nəhayət, 29 yanvar 1350-ci ildə o, Fransa kralı VI Filipplə evləndirildi. Əslində Blanşın kralın oğlu və varisi Conla evlənməsi müzakirə edilsə də, 19 yaşlı qızcığaz özündən 38 yaş böyük olan Fransa kralıyla evləndirildi.
Ancaq mərasimdən bir neçə ay sonra yaşlı kral vəfat etdi və o əsnada hamilə olan Blanş dul qaldı. 1351-ci ilin mayında bir qız uşağı dünyaya gətirən Blanş bir daha evlənmədi. Yeganə qızı olan Jannanı Araqon kralı IV Pyotrun oğlu Conla nişanlasa da, qızı toy mərasimindən öncə vəfat etdi.
Navarralı Blanş 5 oktyabr 1398-ci ildə vəfat etdi. Cənazəsi Sen-Deni Bazilikasında dəfn edildi.
Mənbə
redaktə- Knecht, Robert (2004). The Valois: Kings of France 1328-1589. Hambledon Continuum
- Sumption, Jonathan (1999). The Hundred Years War II:Trial by Fire. University of Pennsylvania Press
İstinadlar
redaktə- ↑ 1 2 Blanche d'Évreux // (unspecified title).
- ↑ 1 2 3 4 Blanche de Navarre // FemBio database (alm.).
- ↑ 1 2 Blanca de Evreux // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ Kindred Britain.
- ↑ Setton, Kenneth Meyer, ed. (1975). A History of the Crusades: The fourteenth and fifteenth centuries. Vol. III. University of Wisconsin Press