Hereti
Hereti[1], Ereti və ya Şəki[2] — Qafqaz Albaniyasının vilayətlərindən biri. Cənubi Qafqazda, indiki Azərbaycan Respublikası ərazisinin qərbində, indiki Gürcüstan Respublikası ərazisinin şərqində və indiki Dağıstan Respublikası (Rusiya) ərazisinin cənubunda yerləşən əraziləri əhatə etmişdir.[3] Ərəblərin Azərbaycana yürüşləri ərəfəsində, 787-ci ildə ərazidə Şəki knyazlığı adlı feodal qurumu formalaşmışdır.[4]
Tarixi Azərbaycan əraziləri | |
Hereti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qafqaz Albaniyası, Gürcüstan krallığı |
İnzibati mərkəz | Şəki |
Əhalisi | herlər, çilblər, albanlar, suclar, lpinlər. |
Xəritədə yeri | |
Adı
redaktəD. Musxeleşvili Şərqi Gürcüstanın tarixi coğrafiyasına dair kitabında ərazini "Hereti" adı ilə təqdim etsə də, qeyd edir ki, "Gürcü mənbələrində X əsrə qədər Hereti barədə heç bir məlumat yoxdur[5]. D. Musxeleşviliyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan her tayfasının adı ilə, ərəblər onu paytaxtı Şəki şəhərinin adı ilə, ermənilər və bizanslılar isə onu bu yerdə daha əvvəl mövcud olmuş Albaniya çarlığının adı ilə tanıyırdılar[6]. Hereti xoronimi Herov adlı alban[7] qəbiləsinin adından götürülmüşdür və yalnız gürcü mənbələrində öz əksini tapmışdır. Lakin bu gün Qubada yaşayan Qrız kənd sakinləri danışdıqları Qrız dilində kəndlərini Hered özlərinə isə Her deyirlər böyük ehtimal ki bu dilin və Qrız kəndinin bu günə qədər qalmağı onların nə vaxtsa Azərbaycanın şimal qərbindən Qubaya köç etmə ehtimalı verir
Ərəbdilli mənbələrdə Hereti, vilayət mərkəzi olan Şəki şəhərinin adıyla təqdim edilir. D. Musxeleşvili hesab edir ki ərəb mənbələrində adı çəkilən "Şəki" əslində Hereti knyazlığıdır. Lakin həm də qeyd edir ki, nədənsə "Kartlis tsxovreba"da da bəzən "Hereti" adı əvəzinə "Şəki" adı işlədilir[8].
Ərazisi
redaktəHereti əyaləti şərqdə Qafqaz dağlarına, qərbdə Kür çayına, şimalda Telebdən yuxarıdakı Tke-Tba yaxud Qulqula gölünə, cənubda isə Alazan və İori çaylarının hövzəsinə kimi uzanan bir ərazini əhatə edirdi.[9] Heretinin şimal və şimal-şərq sərhədləri barədə yazılı mənbələrdə heç bir məlumat yoxdur.[10]
Əhalisi
redaktəHereti ərazisi əsasən herlər, suclar, çilblər və lpinlər tərəfindən məskunlaşmışdı. Bütün bu tayfalar alban tayfa ittifaqına daxil idi. Gürcü mənbələri herlər və gürcülərin ayrı xalqlar olduğunu bildirir və "kartvellər" və "herlər" arasındakı fərqləri göstərirlər.[11] Zaqafqaziyada yaşayan əhalinin qan qruplarının öyrənilməsi sahəsində aparılan tədqiqatlar göstərir ki, Alazan-Əyriçay vahəsində, eləcə də Şamaxı zonasında yaşayan kexetlərin və azərbaycanlıların qan qruplarının gen sıxlığı bir-birinə son dərəcə yaxındır.[12] Mütəxəssislər bunu onunla izah edirlər ki, Hereti əvvəllər alban ittifaqının ərazisi olmuş və bu da həmin zonada yaşayan əhalinin genetik fondunun formalaşmasında böyük rol oynamışdır.[12]
Tarixi
redaktəMoisey Kalankatlının müəllifi olduğu "Alban ölkəsinin tarixi"ndə Qafqaz Albaniyası katolikosu IV Davudun (822–853) həmdövrü olmuş hansısa Şəki hakimindən bəhs edilir, amma həmin Şəki hakiminin adı çəkilmir[13][14].
D. L. Musxelişvili bildirir ki, Heretinin şimal hissəsi Suceti vasitəsiylə İberiya çarlığına, daha dəqiqi Kaxeti (və Kuxeti) əyalətinə birləşdirilmişdir və bu ərazi gürcü mənbələrində ən geci IX əsrdən başlayaraq Kaxeti adlanır.[15] L. Mroveli yazır ki, IV əsrdə çar Mirian Kaxeti və Kuxetini oğlu şahzadə Revə verdi və onu Ucarmada yerləşdirdi.[16]
Osman ibn Əffanın xəlifəliyi dövründə (644–656) isə ərəblər Salman ibn Rəbiənin konandanlığı altında Qafqaz Albaniyasına da hücum etmiş, Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə Şəkkən (Şəki) və Kəmibəranın hökmdarları ilə vergi ödəmələri şərti ilə müqavilə bağlamışlar[17].
740–750-ci illərdə ərəb istilaçılarına qarşı mübarizədə göstərilən qəhrəmanlığa görə, Kartli hakimi (erimstavari) Arşil Heretinin idarəsini zadəgan sülaləsi olan Baqrationilərə tapşırmışdı.[18] Son Kartli hakimləri İohann və Cuanşerin ölümündən sonra, Hereti hakimləri müstəqilliklərini elan edərək, 787-ci ildə paytaxtı Şəki şəhəri olan[19] müstəqil knyazlığın əsasını qoydular. Mənbələrdə bu knyazlıq Hereti knyazlığı və ya Şəki knyazlığı adlandırılır. 893-cü ildə Arranşahik sülaləsindən şahzadə Qriqor Hammamın hakimiyyətə gəlməsindən sonra knyazlıq çiçəklənmə dövrünü yaşamışdır. Qriqor Hammamdan sonra hakimiyyətə onun oğlu II Atrnerseh gəlmişdir.[18] Həmin dövrdə Hereti knyazlığının güclənməsi qonşu gürcü hakimlərini narahat edirdi. Buna görə də, Kaxetiya knyazlığının hakimi I Kvirike (892–918) 915-ci ildə Abxaziya hökmdarı III Konstantin ilə birləşərək Hereti hakimi II Atrnersehə (897–943) qarşı müharibə elan etdi. Birləşmiş gürcü hərbi qüvvələri Heretini tutaraq parçaladılar. Lakin qısa müddət sonra II Atrnerseh itirdiyi bütün əraziləri geri qaytararq birləşdirdi. II Atrnersehin varisi İşxanik (943–951) knyazlığı Klarjeti (918–941) knyazı IV Qurgenin bacısı olan anası Dinarla birgə idarə etmişdir. Onların hakimiyyəti dövründə Hereti Azərbaycanda hakimiyyətə gəlmiş Salarilər sülaləsindən vassal asılılığını qəbul etməli olur. 950-ci ildə Salarilər dövlətindəki feodal çəkişmələrindən edən İşxanik müəyyən edilmiş vergiləri ödəməkdən imtina edərək, müstəqilliyini bəyan edir.
İşxanikdən sonra hakimiyyətə gələn İohann Sənəkərimin (951–959) dövründə keçmiş Qafqaz Albaniyasının şimal-qərb torpaqları hesabına Heretinin ərazisi bir qədər də genişlənir. İohann Sənəkərimin ölümündən sonra yerli sülalə başa çatır və Hereti Kaxetiya hökmdarı II Kvirikenin (929–976) hakimiyyəti altına düşür. Daha sonra Hereti David (976–1010) və gürcü kralı III Baqratın mübarizə meydanına çevrilir. Lakin Heretini gürcü krallığına tabe etmək daha sonra hakimiyyətə gəlmiş III Böyük Kvirikeyə (1010–1037) qismət olur və o, 1020-ci illərdə Heretini özünə tabe edir. 1104-cü ildə Qurucu David Gürcüstan krallığında hakimiyyəti əlinə aldığı zaman Hereti kraldan asılı bir knyazlıq olur. Lakin, Azərbaycanda Atabəylər dövlətinin qurulması ilə gürcülərin Hereti üzərində təsiri başa çatır. Daha sonra isə Hereti Elxanilərə tabe olur. XIV əsrdə artıq tarixə çevrilmiş Hereti ərazisi yarım müstəqil Şəki hökmdarlığının tərkibinə qatılır. Bundan sonrakı dövrdə Azərbaycanda hakimiyyəti ələ alan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər sülalələrinə tabe olur. XVIII əsrdə Hereti ərazisində Şəki xanlığı adlı feodal dövləti formalaşır.
Knyazları
redaktə- Səhl ibn Sunbat (815–840)
- I Atrnerseh (840–865)
- Qriqor Hammam — Arranşah (865–893), Albaniya çarı (893–897)
- II Atrnerseh — Albaniya çarı (897–943)
- İşxanik — Albaniya çarı (943–951)
- İoann Sənəkərim (951–959)
Qalereya
redaktə-
Kiş kilsəsi, I əsr.
-
Yeddi kilsə monastır kompleksi, IV-V əsrlər.
-
Ləkit kilsəsi, IV-VI əsrlər.
-
Mamrux kilsəsi, IV-V əsrlər
-
Zəyzid kilsəsi, X-XI əsrlər
-
Müqəddəs Nino kilsəsi, Əlibəyli, 1871.
-
Müqəddəs Üçlük kilsəsi, İngiloy Kötüklü, XIX əsr.
İstinadlar
redaktə- ↑ *Папуашвили Т. Г. Вопросы истории Эрети, с. 344–345
*F. Məmmədova-Qafqaz Albaniyası və albanlar, Bakı, 2006, səh. 320–323
*Большой универсальный атлас мира
*Тенгиз Тодриа-Историко-географический очерк области Цинамхари в Шигни Кахети: Шашианис Самеба, Мецниереба, 1988, səh.7
*Картлис цховреба, Изд-во Артануджи, 2008, səh.41, 149
*Мариам Давыдовна Лордкипанидзе-История Грузии XI--начала XIII века: науч.-попул. очерк, Мецниереба, 1974, səh.56–57-102
*Гамлет Гарегинович Мкртумян-Грузинское феодальное княжество Кахети в VIII–XI вв. и его взаимоотношения с Арменией, Изд-во Армянской ССР, 1983, səh.23–24, 119
*Вахушти Багратионы, Н. Т. Накашидзе-История царства грузинского, "Мецниереба,", 1976, səh.125–128
*Ramin Ramišvili-Materialy k istorii Kartliĭskogo t͡sarstva vo vtoroĭ polovine pervogo tysi͡acheletii͡a do n. e: Kamarakhevskiĭ mogilʹnik : avtoreferat dissertat͡sii, Tbilisskiĭ gos. universitet, 1960, səh.26–28
*Ваxтанг Челиżе-Исторические хроники Грузии, Том 1, Мераны, 1980, səh.226,267–268 Arxivləşdirilib 2018-07-30 at the Wayback Machine
*Гиясаддин Гейбуллаев-К этногенезу Азербайджанцев, "Элм", 1991, səh.160–164
*Историческая география Азербайджана-Изд-во "Ėлм", 1987, səh.26–28
*Г. Меликʻишвили, Мариям Давыдовна Лордкипанидзе, Д. Мусxелишвили, Отар Лордкипанидзе-Очерки истории Грузии в восьми томах: Грузия в IV–X веках, Мецниереба, 1988, səh.259–279
*М. А. Агларов-Дагестан в эпоху великого переселения народов: этногенетические исследования, Институт истории, археологии и этнографии (Российская академия наук. Дагестанский научный центр), 1998, səh.15–29
*Фарида Мамедова-Политическая история и историческая география Кавказской Албании, Фарида Мамедова, Элм, 1986, səh. 134–136
*Л. Мровели-Жизнь картлийских царей, səh.41
*З.В. Анчабадзе-Из истории средневековой Абхазии, səh.171
*В. Багратиони-История Царства Грузинского, səh.25
*Mariam Davydovna Lordkipanidze, George B. Hewitt-Georgia in the XI–XII Centuries, Ganatleba Publishers, 1987, səh.43–44, 95 - ↑ Yaqub Mahmudov, Azərbaycan; qısa dövlətçilik tarixi, Bakı, 2005, s. 22 [ölü keçid]
- ↑ "C запада Шеки, как мы уже знаем, граничил с Санарией, т.е. Кахетским княжеством. Приблизительную линию гранцы в IХ — первой половине Х века можно представить по данным грузинских историков: в Алазанской долине она проходила немного западнее сел. Веджини и Гавази (Ахалсопели); на Иорском плато − немного восточное Гареджийского монастжря и сел. Бодбе. С востока Шаки граничил с маленьким царством Кабалой. Так как местоположение Кабалы, древный столицы Алвании, известно (около сел. Чухур_Кабала Куткашенского р-на Аз. ССР), то приблизительно можно считат, что граница между Кабалой и Шаки проходила где-то р. Алджиган-чая (Гюрджа-даг? — хребет и гора)… На севере границей служил, конечно, Кавказский хребет, причем, нет сомнения, что и юго-западный район Дагестана входил в состав этого царства. Что касается южной границы, то, можно было бы предположить, что она проходила по Куре." ,- Д.Л.Мусхелишвили, Из исторической географии восточной Грузии (Шаки и Гогорена), Тбилиси, 1982, c. 37
- ↑ "Bəhs olunan dövrdə Azərbaycanın şimal-qərbində islamın sərhəd şəhəri olan Tiflisə qədərki Azərbaycan torpaqlarında isə Şəki dövləti meydana gəldi", — Yaqub Mahmudov, Azərbaycan; qısa dövlətçilik tarixi, Bakı, 2005, s. 22 [ölü keçid]
- ↑ Д.Л.Мусхелишвили, Из исторической географии восточной Грузии (Шаки и Гогорена), Тбилиси, 1982, c. 36 (До Х века никаких сведений об Эретском княжестве в грузинских источниках мы не встречаем)
- ↑ Д.Л.Мусхелишвили, Из исторической географии восточной Грузии (Шаки и Гогорена), Тбилиси, 1982, c. 38 (Названия этого царства грузины производили от имени ближайших их соседей, древнеалванского племени эров, арабы − от имени столицы, г. Шаки. Армяне же и византийцы назвали его так потому, что оно возникло територии бывшаго Алванского царсва.)
- ↑ F. Məmmədova, 124
- ↑ Д.Л.Мусхелишвили, Из исторической географии восточной Грузии (Шаки и Гогорена), Тбилиси, 1982, c. 37 (Интересно отметить, что грузинские источники также употребляют иногда термин Шаки (КЦ, I, 383) вместо термина Эрети (ЛЦ, I, 383).)
- ↑ F. Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, Azərnəşr, 1993, səh. 123
- ↑ Л. Мровели-Жизнь картлийских царей, M. 1979, səh. 41
- ↑ Г.А. Меликишвили – К истории древней Грузии, Тбилиси, 1959, səh. 122
- ↑ 1 2 А. А. Воронов – Антропологические особенности распространения групп кровы в Закавказие, М. 1974, səh.196
- ↑ "Мовсес Каланкатваци в первой четверти IХ века упоминает некоего "владителя Шаки", "Д.Л.Мусхелишвили, Из исторической географии восточной Грузии (Шаки и Гогорена), Тбилиси, 1982.
- ↑ ""Katolikos Movses yarım il kürsüdə oturdu. Katolikos Davud iyirmi səkkiz il kürsüdə oturdu. O, Qəbələ yepiskopluğundan seçilmişdi. O, Şəki hökmdarının qanunsuz nigahına xeyir – dua vermişdi. Hökmdarın qardaşı ondan soruşmuşdu: " Ağam, haradan gəlirsən?" O, cavab vermişdi: " Qardaşımın evindən". Onda knyaz Davuda belə demişdi: " Qoy sənin xeyir – dua verən dilin qurusun və heç vaxt dillənməsin! Qoy sənin sağ əlin qurusun!" Bunu deyən kimi dililə əli qurudu və o, ölümünə qədər sağalmadı", - Moisey Kalankatuklu. Albaniya tarixi, Bakı, 2006, s." (PDF). 2015-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-05-29.
- ↑ Д.Л.Мусхелишвили, Из исторической географии Грузии, Тбилиси, 1982, səh. 18
- ↑ Л. Мровели-Жизнь картлийских царей, M. 1979, səh. 48
- ↑ Orta əsr ərəb mənbələrindən Azərbaycan tarixinə aid materiallar,… səh.: 113 [ölü keçid]
- ↑ 1 2 Очерки истории Грузии. Том 2. Грузия в IV–X веках / [Ред.: М. Лордкипанидзе, Д. Мусхелишвили] — , 1988–580 с.
- ↑ Папуашвили Т. Г. Вопросы истории Эрети, с. 344–345), Мусхелишвили Д. Л. Основные вопросы…, с. 128–129; его же. Из исторической географии…, с. 338.
Ədəbiyyat
redaktə- Д.Л.Мусхелишвили — Из исторической географии восточной Грузии (Шаки и Гогорена), Тбилиси, 1982.
- F. Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, Azərnəşr, 1993