Qaşım Maqomedov

(Həşim Məhəmmədov səhifəsindən yönləndirilmişdir)

Qaşım Maqomedov[1] (22 sentyabr 1999) — Azərbaycanı təmsil edən taekvondoçu.

Qaşım Maqomedov
Şəxsi məlumatlar
Tam adı Qaşım Maqomedov
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi 22 sentyabr 1999(1999-09-22) (25 yaş)
İdman növü Taekvondo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Qaşım Maqomedovun Azərbaycan bayrağı altında birinci beynəlxalq turniri 28-30 avqustda Polşanın Varşava şəhərində baş tutan Polish Open beynəlxalq turniri oldu. Turnirin 1/8 final mərhələsində onun rəqibi Polşa nümayəndəsi David Majoça oldu. Həmin görüşdə Maqomedov rəqibi üzərində 15:1 hesabı ilə inamlı qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə o, Belarus təmsilçisi Slavamir Sidar ilə üz-üzə gəldi. Bu görüşdə 14:8

Qaşım Maqomedov 2015-ci ildən Azərbaycanı təmsil edir. Həmin il yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. Bir il sonra isə yeniyetmələr arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.

2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib oldu. 2022-ci ildə bu səfər Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurdu.

2023-cü ilin iyununda Polşada Avropa Oyunlarının bürünc medalına sahib oldu, avqustda isə Estoniyada Avropa Çempionatının qalibi oldu.

Qaşım Maqomedov 2023-cü ildə Çində baş tutan Grand Slam turnirində nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[2][3]

2024-cü ilin aprelində Belqrad şəhərində (Serbiya) Avropa Çempionatını bürünc medalla başa vurdu.

İstinadlar

redaktə
  1. "Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytı". 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-08.
  2. Azerisport.com idman portalı. "Азербайджанский таэквондист снова победил чемпиона мира и завоевал олимпийскую лицензию". www.azerisport.com (rus.)). 25.04.2024. 2024-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  3. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Qaşım Maqomedov "Paris-2024"ə lisenziya qazanıb". www.azertag.az (az.)). 25.04.2024. 2024-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.