Gelencik
Gelencik — Rusiya Federasiyasında yerləşən, şəhər Krasnodar diyarına daxildir.
Gelencik | |||||
---|---|---|---|---|---|
Геленджик | |||||
|
|||||
44°33′39″ şm. e. 38°04′36″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1831 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 30 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 86141 | ||||
Poçt indeksi | 353460–353497 | ||||
Digər | |||||
admgel.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQara dənizin Gəlincik buxtasında yerləşir. Kırım müharibəsinin məğlubiyyətindən sonra çar hökuməti Qara dəniz sahilləri üzərindəki qalaları möhkəmləndirmək və yeniləşdirmək məqsədilə bu yerlərə hərbiləşdirilmiş qüvvələr köçürüb məskunlaşdırmağı qərara aldı.
Kənd və buxta öz təbii gözəlliklərinə görə Gəlincik adlanırdı. Amma bu adı rus dilinə bu yerlər fəth olunandan sonra sadəcə "nevesta" gəlin yox, "belaya nevesta" (ağ gəlin) kimi tərcümə edirlər. Bu da bahar gələndə Gəlinciyin başdan başa ağ çiçəklərə-şükufələrə bürünməsi ilə bağlıdır. "Bizim sanatoriya çiçəklənmiş armud, alma, badam və ərik ağaclarının ağ dalğalarında itib batmışdır. Deyirlər ki, bu yerlərin keçmiş sakinləri olan çərkəzlərin dilində bu cazibədar sahil kəndinin adı Ağ gəlin olmuşdur. Necə əziz, necə dəqiq addır. Belə ki, bu addan Padşah Süleymanın "Nəğmələr nəğməsi"ndən birbaşa axıb süzülən Şərq poeziyasının koloritli dilinin ətri gəlir" deyə yazıçı Kuprin yazırdı.
Gəlincik Ədirnə sülhünə (1829) görə Rusiyaya verilmişdir.
1864- cü ildə Qara dəniz sahillərinə rusların köçürülməsi geniş vüsət alır. Ilk olaraq 700-ə yaxın Kuban Kazakları ailəsi Gəlincikdən . Tuapse çayına qədər 12 stanitsa salırlar. Lakin döyüşkən kazaklar dinc əkinçi- maldar həyatına laqeyd yanaşırdılar. Bu illər- bütöv XIX əsr əvvəlindən axıra kimi Qafqaz müharibə meydanı olaraq qalmaqda idi. Hərbiyun kazaklar macəra və qənimət aşıb-daşan savaşqanlığı dinc həyatdan üstün tutrdular. Kazakların ardınca yunanları, maldovanları, çixləri (hələ XVI əsrdə xristianlığı qəbul etmiş çərkəz tayfaları) yerləşdirdilər. Kəndləri başdan-başa yandırılan, əhalisi qırılan Çərkəz vilayətləri boşalmaqda idi; çərkəzlər xristianlaşdırılmadan, qırılıb məhv olmadan canını zorla qurtarıb Türkiyəyə pənah gətirirdilər. Belə ki, 1864-65- ci illərdə çərkəzlər- bu yerlərin, yəni Anapadan Abxazlara qədər ərazinin köklü sakinləri bütövlüklə Türkiyəyə köçdülər, bununla XX əsrin sonrakı Stalin deportasiyasının tarixi kökü və keçmiş ənənəsi olduğu həqiqətini qəbul etmək lazım gəlir. Çar üsuli idarəsində bütöv xalqın öz vətənindən sürülməsi bu tarixdə yeganə və yeni hadisə deyildi. Həm də 1891-ci ildə Novorossiysk- Suxumi şose yolunun tikilməsi ilə əlaqədar olaraq (qeyd: bu ərəfədə Osmanlı dövlətinin Sucuq vilayəti yenicə işğal olunmuşdu.İndi həmin vilayət Novorossiysk "Yeni Rusiya"adlandırılmışdır) həmin ildə aclıq çəkən Rusiya quberniyalarından bura yoxsulların-acların kütləvi axını başlamışdı. Bunlar hamısı Gəlinciyin xristianlaşdırılmasını gücləndirildi. Gəlincik yaxınlığında eramızdan əvvəl 1 minilliyə aid qədim məzarlıq-daxmalar (qəbilələrin bütöv dəfn edildiyi yerlər) saxlanılmışdır.
Şəkilləri
redaktə-
Gerb 1972-ci il.
-
Gerb 1998-ci il.
Mənbə
redaktə- Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən yer adları, Bakı, Nurlar, 2009, səh.99-100
İstinadlar
redaktəXarici keçidlər
redaktəHəmçinin bax
redaktə Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |