Erik Kornell (19 dekabr 1961)- Karl E. Vayman ilə Bose-Eynşteyn sıxlaşması üzərində etdikləri görüş səbəbiylə 2001-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış ABŞ fizikidir.[2]

Erik Kornell
Eric Allin Cornell
Doğum tarixi (62 yaş)
Doğum yeri Palo Alto, Kaliforniya
Elm sahəsi Fizika
Elmi dərəcəsi professor
İş yeri Kolorado Universiteti
Təhsili
Elmi rəhbəri Dave Pritchard
Üzvlüyü
Mükafatları Nobel mükafatı
experts.colorado.edu/dis…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Prezident Corc Buş 2001-ci il Nobel mükafatı sahibləri ilə görüşü. 27 Noyabr 2001. Dr. Erik Allin Kornell- Fizika 2001-ci il Nobel mükafatı; Dr. Wolfqanq Ketterle- Fizika 2001-ci il Nobel mükafatı; Dr. Uilyam Standiş Knowles- 2001-ci Nobel Mükafatı. Soldan Sağa. Dr. Corc Akerlof İqtisadi Elmlər 2001-ci ildə Nobel mükafatı olaraq Kimya; Dr Maykl Spens- İqtisadi Elmlər 2001-ci ildə Nobel mükafatı; Dr. Cozef Stiglitz- İqtisadi Elmlər 2001-ci ildə Nobel mükafatı; Dr. Karl E. Vayman- Fizika 2001-ci il Nobel Mükafatı

Bioqrafiyası

redaktə

Stanford Universitetindən magistr dərəcələrlə məzun olmuş valideynlərə sahib olan Erik Allin Kornell 1961-cı ildə Palo Altoda, Kaliforniyada anadan olmuşdur. Kornell doğulduqdan iki il sonra daşındıqları Kembricdə, Massaçusetsdə böyümüşdür. Atası (MIT) Massachusetts Institute of Technologyda inşaat mühəndisliyi professoru, anası liseylərdə ingilis müəllimliyi etmişdir. Bir bacısı, bir də qardaşı var.

Təhsili

redaktə

Anasından məktəbə başlamadan oxuma-yazma öyrənən Kornell liseydə riyaziyyat və şahmat klublarına qatılır. Liseyi bitirməsinə bir il qala San-Fransiskoya daşınırlar. "Lowell High School" dan məzun olur. Bu məktəb şəhərin hər yerindən gələn akademikaya meylli şagirdlər üçün "maqnit məktəb" deyilən bir yerdir. Lisenziya təhsilini Stanford Universitetində alır. Nobel üçün yazdığı avtobiyoqrafiyasında, elm öyrənmək və araşdırmalar etmək üçün lazımlı olan büdcəsini təyin etmək üçün, fizikada ilk işinin "Stanford Xətti Sürətləndirici Mərkəzi"ndə bir skanerçiolduğunu ifadə etmişdir.

Stanfordda lisenziya təhsili əsnasında Çarli Marcusun qrupunda və Blas Cabrera ilə aşağı temperatur fizikası üzərində araşdırmalar etmişdir. Stanfordun Asiyada Könüllüləri proqramına daxil olaraq ingilis dili dərsləri vermək üçün Yaponiya, Tayvana gedir. 5 ay Tayvanda qaldıqdan sonra üç ay Honk Konqda və Çində qalır və çin dilini öyrənir.

Lisenziya təhsilini tamamlayan Kornell magistr təhsili üçün Kembricə geri dönür. MİT-də Deyv Pritchardın qrupuna qoşulur. 1985-ci ilin payızında Pritchardın tək ionsiklotron rezonans təcrübəsinə qatılır.

Təhsil Xronologiyası
Xarici Dil İngilis dili müəllimi Taichung YMCA - Tayvan 1982
Laborant Stanford Universiteti 1982-1985
Müəllim Harvard Extension School 1989
Laborant MİT 1985-1990
Post-Aspirantura Rowland İnstitutu - Kembric 1990
Post-Aspirantura Boulder İnstitutu -Astrofizika Laboratoriyası 1990-1992
Dosent Fizika Bölümü - Kolorado Uni. 1992-1995
Professor Fizika Bölümü - Kolorado Uni. 1995-günümüzə qədər
Elm Adamı Milli Standartlar və Texnologiya İnstitutu 1992-günümüzə qədər
Akademik üzv JILA ve NIST - Kolorado Universiteti 1994-günümüzə qədər[3]
Qonaq Professor Harvard Universiteti 2012 [4]

Mükafatları və uğurları

redaktə
Mükafatları və uğurları
Mükafat Mükafatı verən təşkilat & Şəxs Tarix
Magistr təqaüdü Milli Elm Fondu 1985-1988
Lisenziya-Araşdırma Mükəmməllik Firestone Mükafatı 1985
Samuel Wesley Stratton Mükafatı NIST 1995
Newcomb-Cleveland Mükafatı Amerika Elm və Araşdırma Mərkəzi 1995-96
Carl Zeiss Mükafatı Ernst Abbe Fondu 1996
Aşağı İstilik Fizikası Fritz London Mükafatı - Beynəlxalq Elm və Tətbiqi Fizika Birliyi 1996
Qızıl Medal Ticarət Bölümü 1996
Elm və Mühəndislik Erkən Karyera Mükafatı Prezident 1996
Üzv Amerika Fiziklər Birliyi 1997
İ.İ. Rabi Mükafatı Atom, Molekulyar Optik Fizikası - Amerika Fizika Dərnəyi 1997
Elm Mükafatı Kral Feysəl Beynəlxalq Elm Mükafatı 1997
Alan T. Waterman Mükafatı Milli Elm Fondu 1997
Lorens Medalı Fənn Hollandiya Elm Akademiyası 1998
RW Wood Mükafatı Amerika Optika Birliyi 1999
Benjamin Franklin Fizika Medalı Franklin İnstitutu 2000
Üzv Milli Elmlər Akademiyası 2000

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 NNDB (ing.). 2002.
  2. "Cornell Üni. (İng.) —". 2010-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.
  3. "JILA (İng.) —". 2012-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.
  4. "Howard Üni. (İng.) —". 2012-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.