Epimetey (yun. Ἐπιμηθεύς, sonradan fikirləşən) yunan mifologiyasında titan İapetin oğlu, Prometeyin qardaşı, Pandoranın əridir.

Epimetey
q.yun. Ἐπιμηθεύς
Epimetey və Pandora
Epimetey və Pandora
Mifologiya Yunan
Adının izahı Sonradan fikirləşən
Yunanca adı Ἐπιμηθεύς
Cinsi kişi[d]
Sülalə Titanlar
Atası İapet
Anası Klimena
Qardaşı Atlant, Prometey, Menetiy (Hesioda görə)
Uşaqları
Mənşəyi Titan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
 
 
 
 
İapet
 
Klimena
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Atlant
 
Prometey
 
Epimetey
 
Menetiy

Rəvayətə görə tanrı Zevs titan İapetin oğlanları olan Prometeyə və Epimeteyə yaradılmış insanlara və məxluqlara gözəllik və qüvvə payalamağı tapşırır. Bölgü apararkən Epimetey bütün yaraşıq və quvvəni heyvanlara paylayır. Paylarına heç nə düşməyən insanlar isə köməksiz qalırlar.

Zevs isə Prometeyin ilahi qüvvə sayılan odu insanlara verməsindən hiddətlənərək, bunun əvəzini çıxmaq üçün, içərisinə insanların düçar ola biləcəkləri bütün bəlaları qiymətli daş-qaşlarla bəzədilmiş mücrünü içinə dolduraraq toy hədiyyəsi qismində Pandora ilə birlikdə Epimeteyaya bağışlayır. Ağzı kilidlənmiş mücrünün açarını Pandoraya verərək Zevs xoşbəxt və firavan yaşamaq istəyirsə onu açmamağı tapşırır. Epimetey Pandoranın gözəlliyinə valeh olaraq, qardaşı Prometeyin xəbərdarlığına məhəl qoymadan onu özünə arvad edir. Bir müddət Epimetey və Pandora firavan və xoşbəxt həyat sürürlər. Heranın Pandoranın qəlbinə salmış olduğu hər şeyə maraq göstərmək xasiyyəti onu bir an belə rahat buraxmırdı. Bir dəfə maraq onun iradəsinə üstün gələrək mücrünü açmağa məcbur edir. Mücrü açılar-açılmaz içindəki Zevsin insanlara ünvanlanmış "xeyirhaqlıqları": xəstəliklər, kədər, ağrı-acılar bir sözlə bütün bədliklər uçub bütün dünyanı bürümüş olurlar. Azad ola bilməyən, mücrüdə qalan kiçik ümid quşu, o vaxtdan etibarən insanların təskinliyi olur.

Mənbə

redaktə
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, ISBN 978-88-476-2283-8
  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə