Divar (film, 1991)
Divar | |
---|---|
Janr | dram |
Rejissor | Ramiz Məlikov |
Ssenari müəllifi | Yaşar Əliyev |
Baş rollarda |
Tofiq Qarayev — İsmayıl Laləzar Mustafayeva — Nazlı |
Operator | Rəfael Salamzadə |
Bəstəkar | Aydın Əzim Kərimoğlu |
Rəssam | Fikrət Bağırov |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 1991 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 24,5 dəq. |
Ölkə | Azərbaycan |
İl | 1991 |
Texniki məlumatlar |
3 hissə 668,9 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəPsixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir.
Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir.
Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir.
Film haqqında
redaktəFilm Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Quruluşçu rejissor: Ramiz Məlikov
- Ssenari müəllifi: Yaşar Əliyev
- Quruluşçu operator: Rəfael Salamzadə
- Quruluşçu rəssam: Fikrət Bağırov
- Bəstəkar: Aydın Əzim Kərimoğlu
- Səs operatoru: Teymur Abdullayev
Rollarda
redaktə- Tofiq Qarayev — İsmayıl
- Laləzar Mustafayeva — Nazlı
- Raziyə Orucova — Səlbi
- Zərnigar Ağakişiyeva — Şəfqət bacısı
- Ayaz Bayramov — Muxtar
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.