Cek Ma və ya Ma Yun (çin. 马云; 10 sentyabr 1964[1], Hançjou[d][4]) — "Alibaba Group"un yaradıcısı; dünyanın ən varlı şəxslərindən biri[5].

Cek Ma
çin. 马云
Doğum tarixi 10 sentyabr 1964(1964-09-10)[1] (60 yaş)
Doğum yeri
Uşaqları 2[2]
Fəaliyyəti sahibkar, xeyriyyəçi
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi tanıyır. Cek Ma 10 sentyabr 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub. Dəqiq fənlər üzrə təmayüllü məktəbdə təhsil alıb. İngilis dilini öyrənməyə üstünlük verən Ma hətta dil qabiliyyətini genişləndirmək üçün Çinə gəzməyə gələn turistlərə bələdçilik də edib. Tərcümeyi-halında qeyd edilənlərə görə, gələcəyin iş adamı 8 yaşında velisopedinə minib otel-otel gəzir və turistlərə öz xidmətlərini təklif edirmiş:

"Məhz həmin vaxt xaricilərin məktəbdə bizə təqdim etdiklərindən çox fərqli olduqlarının şahidi oldum".

Şəhərin ən pis ali məktəbində

redaktə

Ma iki dəfə kollecə qəbul olmaq istəsə də, cəhdləri uğursuz alınır. Sonda Xançjou Müəllimlər İnstitutuna[6] daxil olmağı bacarır. Sözügedən ali məktəb isə özünün dedyiyinə görə, o zaman şəhərdə ən zəif təhsil müəssisəsi sayılırmış. Buna baxmayaraq, Ma aktiv tələbəlik həyatı yaşayır. Oxuduğu müddətdə ali məktəbin tələbə ittifaqına rəhbərlik edir. 1988-ci ildə məzun olduğu zaman ingilis dilindən tədris üçün 500 nəfərin arasından ali məktəbdə işləməyə dəvət alan yeganə tələbə olur. Bir müddət dövlətlərarası ticarətlə bağlı ingilis dilində mühazirələr deyir. Əməyinin müqabilində isə gələcəyin milyarderi cəmi-cümlətanı 12–13 dollar maaş alır.

Böyük pullar qazanmaq arzusu

redaktə

Elə həmin vaxtlarda Manın bir arzusu olur: biznes sektoruna daxil olmaq.

1992-ci ildə Çində ilk dəfə qeyri-dövlət şirkətləri yaranmağa başlayır. Ma güclə fastfud restoranlar şəbəkəsi olan "Kentucky Fried Chicken"ə menecer köməkçisi vəzifəsinə düzəlir. 1995-ci ildə ilk dəfə tacir nümayəndə heyətinin tərkibində Sietlə gedir. Amerikada dostlarından biri onu internetlə tanış edir. Ma "Yahoo!" vasitəsiylə Çinlə bağlı yararlı nəsə tapmağa çalışsa da, bazada ölkəsi haqqında heç bir məlumatın olmadığını görür. Bu, Ma üçün şansa çevrilir. Ömründə klaviaturaya əli dəyməyən Yun Ma internet şirkəti yaratmağı qərara alır. 2000 dollar borc götürərək ilk veb saytını – Çin haqqında online axtarış saytı olan "China Pages"i yaradır:

"Layihənin işə düşdüyü gün dostlarımı dəvət etdim. Yarım səhifənin yüklənməsi uçun 3 saat gözlədik. Bununla belə, onlara internetin mövcudluğunu sübut etdim".

Nəzərə çatdıraq ki, bu işdə onun yeganə rəqibi dövlət şirkəti "China Telecom" olur. Bir qədər sonra "China Telecom" Maya birlikdə müəssisə yaratmağı və dəyəri 185 milyon dollar olan layihəni maliyyələşdirməyi təklif edir:

"185 milyon dollar — həyatımda gördüyün ilk böyük məbləğ idi. Amma bir qədər sonra anladım ki, burada öz ambisiyalarımı realizə edə bilməyəcəyəm. Çünki "China Telecom"un 5 səsinə qarşı 2 səs hüququm vardı."

"Alibaba Group"

redaktə
  Əsas məqalə: Alibaba Group

1998-ci ildə Ma Pekinə gedir və hökumətin internet-ticarət şirkətində işləməyə başlayır. Dövlət şirkətində işlədiyi zamanlarda da Ma internet-ticarət sahəsindəki layihəsini beynindən çıxarmır. 1999-cu ildə layihəni maliyyələşdirmək üçün investor axtarışına çıxır. Lakin heç kim ona inanmır:

"Mən Amerikada yüzlərlə insan gördüm ki, gecə-gündüz kompüterdə işləyirlər. Anladım ki, bu, tezliklə Çinə də gələcək".

İnvestor axtarışları nəticəsiz qalan Yun Ma 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır. Yun Ma dostlarından 60 min dollar toplamağı bacarır. Beləliklə, 1999-cu ildə B2B meydanında "Alibaba.com" yaradılır.

Səhvləri

redaktə

Yun Ma 2001-ci ildə səhv buraxdığını deyir:

"Şirkəti birlikdə qurduğum əməkdaşlara şirkətdə karyera limitinin onlar üçün menecerlik olduğunu izah etdim. Düşünürdüm, kənardan peşəkar gətirib, top-menecer edə bilərəm. Bir il keçəndən sonra gördüm ki, kənardan gətirdiyim işçilərin heç biri işləmir. İşləyən mənim şübhə etdiyim adamlardır. Öz prinsiplərim var. Məsələn, sən heç kimi eyni cür düşünməyə məcbur edə bilməzsən. Lakin hər kəsi ümumi məqsədə inandırmaq olar".

Ma deyir ki, siyasət və pul nadir halda eyni vaxtda adamın əlində cəmləşir:

"Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir."

2013-cü ildə Yun Ma şirkətin rəhbəri vəzifəsindən getsə də, idarə heyətinin üzvü kimi qalır. O, "Alibaba"nın səhmlərinin 8,9 faizinə sahibdir:

"Mən "Alibaba"nı imperiya hesab etmirəm. İmperiya deyil, ekosistem yaratmağı düşünmüşəm. Çünki bütün imperiyalar nə zamansa çökür. Çinlilərin pul kisələri doludur, amma şüurları boşdur".

Yun Ma internet şirkətinə sahib olsa da, internetdə elə də zaman keçirmir. Hətta televiziya şoularını milyarderin "iPad"ına yükləməyə işçiləri kömək edir. Ma internetdə zaman keçirməyin əvəzində poker oynamağı sevir. Cek Ma deyir:

  "Biznes mənim ilk məhəbbətim deyil".  

"Forbes"də

redaktə

İş həyatına 12 dollarlıq aylıq maaşla başlayan Ma bu gün "Forbes"in siyahısında 11 milyard dollar sərvəti ilə 113-cü sırada yer alır. 2013-cü ildə onun sərvəti 197 milyon dollar azalıb. Qeyri-rəsmi qiymətləndirmələrdə isə Yun Manın sərvəti 22 milyard dollar civarında dəyərləndirilir.

Ailəsi

redaktə

İş adamı Zhang Yinglə evlidir. Bu evlilikdən onun bir qızı və bir oğlu var.[7]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 1 2 Gregersen E. Jack Ma // Encyclopædia Britannica (ing.).
  2. Alibaba hit $13 billion in sales in the first hour of Singles' Day. Meet the event's creator and Alibaba cofounder Jack Ma, the richest person in China. (ing.). Business Insider.
  3. 1 2 https://www.wsj.com/articles/its-official-chinas-e-commerce-king-is-a-communist-1543238782.
  4. Shiying, Liu; Avery, Martha. alibaba: The Inside Story Behind Jack Ma and the Creation of the World's Biggest Online Marketplace. HarperCollins. 2009. ISBN 0-06-167219-X., p. 1
  5. Milyarderin dərdi nə imiş? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine atv.az, 14. noyabr 2014  (az.)
  6. Alibaba.com. "About Jack Ma". 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-28.
  7. "Zhang Ying, the wife of Alibaba founder Jack Ma". Want China Times. 2013-09-30. 2014-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 September 2014.

Xarici keçidlər

redaktə