Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər.[1] Brend həmçinin aşağıdakılar deməkdir:

  1. vəzifəsi və fərdi atributları: adı, loqotipşirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi).
  2. obraz, imic, şirkətin reputasiyası və s.

"brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər.[2]

Şəxsi brendinq

redaktə

Şəxsi brendinq bir şəxsin tanıtımıdır. Burada əsas olan həmin şəxsin təklif etdiyi xidmətin potensial istehlakçılara tanıdılması və izahıdır. Cəmiyyətin inkişafı və keyfiyyətli xidmətlərdən yararlanması üçün şəxsi brendinq effektiv vasitədir.[3]

Müəssisələrin brendinqi

redaktə

Müəssisələrin brendinqi hər hansı şirkətə və ya müəssisəyə məxsus olan və qurumun onun haqlarına sahib olduğu brenddir. Müəsisələrin brendinqinin əsas xüsusiyyəti odur ki, bunun vasitəsilə hər hansı bir qurum bazardakı digər müəssisələrdən fərqlənir və unikallığını tanıdır.[4]

Brendə aid olan termin və anlayışlar

redaktə
  • Debrendinq — markaların marketinq strategiyalarında markanın adını silməsidir. Bu strategiyanı çox məşhur şirkətlər həyata keçirir;
  • Özəl brend (private label brand) — məxsusi pərakəndə satış mağazaları üçün araşdırılmış və mağazanın adından brend kimi istifadə edən ticarət şəbəkəsinin öz markasıdır;

Həmçinin bax

redaktə


Mənbələr

redaktə
  1. "Arxivlənmiş surət". 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  2. Strategic Brand Management", 3rd edition, Kevin Lane Keller
  3. "Arxivlənmiş surət". 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  4. "Arxivlənmiş surət". 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.