Boru
Boru - uzun, içiboş, çox vaxt en kəsiyi sabit dairəvi olan sənaye məmulu olub, maye, məhlul, qaz, buxar və s. məhsulların nəqlində istifadə olunur.
Borular sənaye üsullarının tətbiqi ilə metal və xəlitələrdən, üzvi materiallardan (plastmas, qatran), beton, keramika, şüşə, odun və onların kominasiyasından hazırlanırlar.
Tarixi haqqında
redaktəQədimdə su təchizatı ağırlıq qüvvəsinin tətbiqi ilə həyata keçirilirdi. Su axını təşkil etmək üçün borulardan (qalay, aöac, bambuk) və ya kanallardan (gil, daş) istifadə olunurdu. İçi ovulmuş, üst hissəi metala bürünmüş ağaclar santexnika borusu kimi su təchizatının tərkib hissəsi sayılırdı: İngiltərədə 500 il öncə, ABŞ-də 1700-1800-cü illərdə ovulmuş ağac borular geniş yayılmışdır. Müasir santexnika boruları polad, mis və ya plastikdən, kanalizasiya boruları isə beton,polad, mis, plastik və ya çuqundan hazırlayırlar.
Təsnifatı
redaktəEn kəsiyinə görə boruları dairəvi və profil olaraq iki qrupa bölürlər. Profil boruların kvadrat, düzbucaqlı, oval və s. növləri vardır.
Polad borular hazırlanma texnologiyasına görə fərqlənirlr:
- elektrik-qaynaq olunmuş və spiral tikişli: bunlar su və qaz nəqli, istilik sisitemləri və konstruksiya hissələri kimi tətbiq tapırlar.
- tikişsiz borular: qaynaq tikişi və digər birləşməsi olmayanlar: yayma, döymə, pressləmə və çəkmə üsulları ilə hazırlanırlar.
Su və qaz nəqlində tətbiq olunan borularda korroziyanının qarşısnı almaq üçün borular daxildən və xaricdən sinklə örtülür.
Bundan əlavə şlanq - çevik borular mövcuddur. Çevik borular adi və gücləndirilmiş olurlar.
-
Polietilendən hazırlanmış boru
-
Polad boru
-
Süni materialdan hazırlanmış boru
-
Qədim qalay borusu
Əsas parametrləri
redaktəBoruların ölçüləri standartlaşdırlmışdır. Xarici diamteri əsas götürülərək borunun ölçüləri arasındakı nisbət cədvəl şəklində verilir. Borunun tətbiq sahəsindən asılı olaraq müxtəlif standartlar fəaliyyədədir. Aşağıda İSO standartına uyğun bir misal göstərilmişdir.
Ölçülər DN/ISO | 6 | 8 | 10 | 15 | 20 | 25 | 32 | 40 | 50 | 65 | 80 | 100 | 125 | 150 | 200 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Borunun xarici diametri [mm] | 10,2 | 13,5 | 17,2 | 21,3 | 26,9 | 33,7 | 42,4 | 48,3 | 60,3 | 76,1 | 88,9 | 114,3 | 139,7 | 168,3 | 219,1 |
Borunun daxili diametri [mm] | 7,00 | 10,30 | 14,00 | 18,10 | 23,70 | 29,70 | 38,40 | 44,30 | 56,30 | 72,10 | 84,30 | 109,70 | 134,50 | 163,10 | 213,9 |
Xarici ölçü üçün müsahidə(±) | 0,05 | 0,05 | 0,10 | 0,10 | 0,12 | 0,15 | 0,15 | 0,20 | 0,25 | 0,30 | 0,44 | 0,57 | 0,70 | 0,84 | 1,10 |
Divarın qalınlığı [mm] | 1,60 | 1,60 | 1,60 | 1,60 | 1,60 | 2,00 | 2,00 | 2,00 | 2,00 | 2,00 | 2,30 | 2,30 | 2,60 | 2,60 | 2,60 |
Divarın qalınlığının müsahidəsi (±) | 0,10 | 0,10 | 0,10 | 0,10 | 0,10 | 0,10 | 0,10 | 0,10 | 0,10 | 0,10 | 0,12 | 0,12 | 0,13 | 0,13 | 0,15 |
Çəkisi kq/m] | 0,345 | 0,477 | 0,626 | 0,790 | 1,015 | 1,589 | 2,026 | 2,321 | 2,923 | 3,715 | 4,993 | 6,458 | 8,936 | 10,801 | 14,112 |
İstinad
redaktə- Mirələmov, H. Neftin və qazın boru kəmərləri ilə nəqli: dərslik /Bakı: [NQETLİ-nəşr], 2010. 505 s.
- İsmayılov, Ə. Neft sənayesində boru kəmərlərinin və yeraltı metal avadanlıqların korroziyası və onunla mübarizə üsulları. Bakı: Azərnəşr, 1962. 152 s.