Bonobo
Bonobo (lat. Pan paniscus) — nəsli kəsilməkdə olan Pan cinsini təşkil edən iki növ meymundan biri. Cırtdan şimpanze adı ilə də bilinir. Pan cinsinin digər növü adi şimpanzedən (Pan troglodytes) boy və çəkidə balaca olur. Çəkisi 43 kq (erkəkdə) — 33 kq (dişidə) aralığında olur. Bonobo Belçikada, Tervuren muzeyində tapılan və şimpanzeyə aid olduğu düşünülən kəllə sümüyü üzərində ABŞ anatomisti Harold Kulic tərəfindən 1928-ci ildə kəşf edilmişdir. Ancaq onları qruplara bölən və elmi sənəd formasında təqdim edən alman Ernst Şvars olub. Bonobolar əsasən Konqo Respublikası ərazində 500.000 km2 ərazidə yayılıblar. Sayları 10 000-ə yaxındır.
Bonobo | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Bonobo |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Sosial davranışları
redaktəBonobo meymunlarında adi şimpanzenin davranışının xüsusiyyətləri yoxdur. Onlarda birgə ovçuluq yoxdur, münasibətlərində adi şimpanzelərə nəzərən şiddətdən az istifadə edirlər. Fərqləndirici xüsusiyyətlərdən biri də odur ki, bonobolarda qrup başçısı dişi olur. Erkəklərin və dişilərin arasında təcavüzkar toqquşmalar nadirdir və erkək öz statusunu anasının statusundan alır. Cinsiyyət əlaqələrinin yüksək tezliyinə baxmayaraq artım zəifdi. Dişi 5–6 il intervalla bir bala doğur. Dişilər 13–14 yaşlarında hədd buluğa çatmış olurlar. Orta ömürləri 40 ildir, zooparkda isə 60 yaşa qədər yaşayan bonobolar vardır.
Mənbə
redaktə- de Waal, Frans; Lanting, Frans (1997). Bonobo: The Forgotten Ape. University of California Press
- ↑ Integrated Taxonomic Information System (ing.). 2000.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0