Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı[2].

Antuan Burdel
fr. Émile Antoine Bordelles
Antuan Burdel, 1925-ci ildə
Antuan Burdel, 1925-ci ildə
Doğum adı Émile-Antoine Bordelles[1]
Doğum tarixi
Doğum yeri Montoban
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Le Vezine
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Milliyyəti fransız
Fəaliyyəti heykəltaraş, rəssam, boyakar[d], vizual incəsənət rəssamı, incəsənət xadimi
Təhsili Paris zərif sənətlər məktəbi
Tələbələri Alberto Cakometti, Vera Muxina
Mükafatları "Fəxri Legion" ordeni komandoru "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 18931908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir.[2]

Fəaliyyəti

redaktə

“Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir. Sənətkarın neoidelaizm və modern üslublarına yaxın yaradıcılığında neoromantik və neoklassik tendensiyalar birləşmişdir. 19-cu əsrin sonu–20-ci əsrin əvvəllərinin ən görkəmli heykəltəraşı olan Burdelin yaradıcılığı heykəltəraşlığın sonrakı inkişafına mühüm təsir göstərmişdir. Parisdə Qran-Şomyer studiyasında dərs demişdir (19091929). A. Cakometti, V.İ. Muxina, İ.D. Şadr Burdelin tələbələri, A. Avqustinçiç, Y.V. Vuçetiç, A. Breker, İ. Meştroviç onun davamçıları olmuşlar.[2]

Qalereyası

redaktə
 
Antuan Burdelin 1910-1912-ci illərdəki sənət əsəri

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə