Şaplar
Şaplar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Şaplar kəndi Dalqılıclı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şaplar kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmişdir.
Şaplar | |
---|---|
40°05′34″ şm. e. 46°03′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəBu kənd Şapı adında qeydə alınmışdır. Əslində Şahpərilər olduğu söylənilir. Kürdlər arasında şəxs adlarının yuvarlaq işlənməsi nəticəsində Şahpəri adı Şapı formasına düşmüşdür. Yerli əhalinin məlumatına görə kəndi XIX əsrdə Kərbalayi Ellaz qızı Şahpəriyə cehizlik verilmiş binə yerində onun övladları saldığına görə verilmişdir.[2]
Tarixi
redaktəİşğal altında olan Şaplar kəndində 2014-cü il iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülmüş, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı isə girov götürülmüş və onlara cinayət işi açılmışdır.[3]
Əhalisi
redaktəKənd əhalisi kürdlər və azərbaycanlılardan ibarətdir.
Tanınmış şəxsləri
redaktə- İdris Verdiyev — Coğrafiyaçı, şair, publisist.
- Xəqani Həbiboğlu — Azərbaycan şairi.
Yaylaqları
redaktəQoçdaş yaylağı, Qonqur yurdu, Mansır bulağının yurdu, Çökək yurd, Boğaz yurdu, Tərəzidaşlarının yurdu, Gölyeri yurdu.
Bulaqları
redaktəGöylü bulaq, Nöyütlü bulaq, Xaraba bulağı, Çınqıl bulaq, Zeynalabdın bulağı, Novlu bulaq, Uçuğun bulağı, Turş su, Alpana uşağının bulağı, Kənd yurdun bulağı, Tozluğun bulağı, Aralıq bulağı, Qonqur bulağı, Dolayı bulaq, Yurdun novlu bulağı, Şişgüneyin bulağı, Qoşabulaqlar.
Məşhur yerləri
redaktəUçuq, Uzunyerlər, Cıqqılımeşə. Tozluğun meşəsi, Maral qayası, Aralıq güneyi, Çəpərli, Şişgüney, Cılğıyerləri, Əlişin güneyi, Arxacyeri, Sağgöl, Pərinc yeri, Qırmızıqaya, Çiləninbaşı, Şişqaya, Qızxanclı, Biçənək qayası, Kömürxana, Cərgə qayalar, Sadığın biçənəyi, Dolayı bulaq yeri, Kəndyeri, Camışuçan, Yalyeri, Təkarmud, Gendərə meşəsi, Çalqaya, Qurbağalı qaya, Kalafalıq, Barmaq, Zöhrə çayı, Qalaça suyu, Nazik su.[4]
Binələri və qışlaqları
redaktəQaraxan binəsi, Aslanın binəsi, Pələngə binəsi, Yuxarı binə, Xaraba yurdun binəsi.[4]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
- ↑ Şaplar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Kəlbəcərdə öldürülmiş Həsən Həsənov Dağlıq Qarabağda dəfn edildi. Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine teleqraf.com (az.)
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Həmçinin bax
redaktə Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |