İsmayıl Feyzullabəyli
Feyzullabəyli İsmayıl Əli oğlu (24 may 1925, İrəvan – 2008, Bakı, Azərbaycan) — nasir, publisist; iqtisad elmləri doktoru, professor.
İsmayıl Feyzullabəyli | |
---|---|
Doğum tarixi | 24 may 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 2008 |
Elmi dərəcəsi | |
Elmi adı |
Feyzullabəyli Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında li və Orta İxtisas Təhsili Nazirliyinin Elmi-metodik şurasının (konkret iqtisad elmləri bölməsi) sədr müavini kimi fəaliyyət göstərmişdir.
Həyatı
redaktə24 may 1925-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İsmayıl İrəvan azərbaycanlılarınnı məşhur bəy ailəsi olan Feyzullabəylilər nəslinin mənsubu idi. 1926-cı ildə ailəsi İrəvanı tərk etməyə məcbur olmuş və Gəncəyə köçmüşdür. Orta təhsilini Gəncədə almış, daha sonra Sovet Ordusunda xidmətə çağırılmışdır. 1943-cü ildə Moskva Piyada Məktəbini bitirdikdən sonra cəbhəyə göndərilmiş və 1945-ci ildə müharibənin bitməsinə qədər cəbhədə xidmət etmişdir. Müharibədən geri qayıtdıqdan sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitutunda təhsil almış, universiteti bitirdikdən sonra AMEA-da çalışmağa başlamışdır. Lakin Stalin repressiyaları zamanı millətçilikdə ittiham edilərək öldürülən qardaşı Xəlil Feyzullabəyliyə görə bu işindən qovulmuşdur. Stalinin ölümündən sonra mülayimləşən siyasi vəziyyətdə yenidən akademik mühitlərdə işləməyə başlamışdır. 1961-1970-ci illərdə Azərbaycan Dövlət Universitetində işləmiş, 1970-ci ildə Ticari İqtisadiyyat fakültəsinin dekanı təyin edilmişdir.[1][2]
Əsərləri
redaktəAli və Orta İxtisas Təhsili Nazirliyinin Elmi-metodik şurasının (konkret iqtisad elmləri bölməsi) sədr müavini olmuşdur. Feyzullabəyli xeyli akademik əsərin müəllifidir. “Xalq istehlakı” (Bakı, “Azərnəşr”, 1972, şərikli), “İctimai iaşənin sosial-iqtisadi problemləri” (1980), “Ticarətin dünəni, bu günü, sabahı” (1991), “Bazara doğru”, (1993), “Biznes: bazar, ticarət, marketinq, plan nədir” (1995) və s. kitabları (cəmi 18 kitab və 8 kitabça), xeyli sayda elmi məqaləsi çap edilmişdir.. Fəal elmi-tədqiqat fəaliyyəti ilə yanaşı Feyzullabəyli elmi kadrların hazırlanması ilə də müvəffəqiyyətlə məşğul olur.[3][4][5]
İsmayıl Feyzullabəyli 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1][6]
İstinadlar
redaktə- ↑ 1 2 Zeynalov, 2016. səh. 60-63
- ↑ Azərbaycan Mədəniyyət Nazirliyi. "Azərbaycan". medeniyyet.az. 21 May 2010. 5 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2023.
- ↑ İsmail Feyzullabəyli. "Feyzullabəyli, İsmayıl (2008). "Sosial-iqtisadi münasibətlər". 26 Şubat 2022". Azerbaijan National Library. 26 February 2022. 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2023.
- ↑ Zeynalov, 2016. səh. 62
- ↑ "UNEC-də professor İsmayıl Feyzullabəylinin həyat və yaradılıcılığına həsr olunan konfrans keçirilib". news.unec.edu.az/. 21 May 2020. 16 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2023.
- ↑ "İslam: sosial-iqtisadi münasibətlər : monoqrafiya /İ.Ə.Feyzullabəyli, Ə.Bayramov; elmi red. V.Məmmədəliyev. - Bakı: İqtisad Un-ti, 2008. - 244 s." 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
Mənbə
redaktə- Əsgər Zeynalov. İrəvan xanlığı… gerçəkliyin aydınlığı. Bakı: Mütərcim. 2016.