Çoqori, (və ya K2, Dapsanq, Qoduin-Osten) urdu کے ٹو,hind. के२) (8611 m [3] — hündürlüyünə görə dünyada Everestdən sonra ikinci ən hündür dağ zirvəsi. Türk dünyasını ən hündür dağ zirvəsi. Himalaydan şimal-qərbdə daha dəqiq Kəşmir (Pakistan nəzarətində olan şimal ərazilər) və Çinin (Sintzyan) sərhədində Baltoro dağ silsiləsində yerləşmişdir. Qaraqorum dağ sistemimə aid edilir.

Çoqori
urdu کے ٹو, hind. के२
Çoqori dağını cənub tərəfən görünüşü (yay mövsümü)
Çoqori dağını cənub tərəfən görünüşü (yay mövsümü)
Ümumi məlumatlar
Dağ sistemi Karakorum
Dağ silsiləsi Baltoro Muztaq
Mütləq hündürlüyü 8611[1]
Nisbi hündürlüyü 4.020 m[2]
İlk fəthi 31 iyul 1954-cü il
Lino Laçedelli və Akille Kompanoni (Ardito Dezio başçılığı altında italyan ekspedisiya qrupu)
Yerləşməsi
35°52′52″ şm. e. 76°30′48″ ş. u.HGYO
Ölkələr
Regionlar
Çoqori xəritədə
Çoqori
Çoqori
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çoqori dağı 1856-cı ildə avropa ekspedisiya qrupu tərəfindən aşkar edilmişdi. Dağ Qaraqorumun ikinci zirvəsi kimi "K2" olaraq göstərilmişdi. Zirvələr, K1, K3, K4 və K5 şəklində göstərilmişdir. Zaman keçdikcə adı dəyişdirilmiş və hal-hazırda bu zirvələrin adı müvafiq olaraq Maşerbrum, Broud-pik, Qaşerbrum II və Qaşerbrum I adlanır. O zaman K2 zirvəsinin adı avropalılara məlum deyildi. Tarixən belə yarandı ki, K2-in texniki adı Avropa ədəbiyyatlarında sıx istifadə olundu və məşhurlaşdı.[4]. 1950-ci ilə qədər SSRİ xəritələrində bu dağın adı Qoduin-Osten kimi göstərilirdi və daha sonralar isə Çoqori olaraq göstərildi. Zirvəyə ilk dəfə 1902-ci ildə Oskar Ekkenşteyin və Alister Krouli qalxmaq istəyirdi, lakin alpinistlər zirvəyə qalxa bilmədilər. Zirvə ilk dəfə 1954-cü ildə Ardito Desionun başçılığı altında italyan ekspedisiyası tərəfindən fəth edilmişdir. 31 iyul italyan alpinistləri Lino Laçedelli və Akille Kompanoni K2 zirvəsinə qalxdılar.

Çoqoriyə qalxmış ilk qadın Polşa alpinisti Vanda Rutkeviç (1986) idi.

Bir vaxt dağ dünyada ən yüksək hesab edilirdi. "K-2" amerika ekspedisiyası 6 mart 1987-ci ildə bildirdi ki, peyk ölçülərinə əsasən, dağın hündürlüyü daxildə 8858-dən 8908 m-ə qədərdir, bununla da o dünyada ən yüksək zirvədir. 13 avqust 1987-ci ildə bu ölçülər Çin topoqrafları tərəfindən təkzib edilmişdir. Onlar, Everest zirvəsini 8848 metr və Çoqori dağını 8611 metr müəyyən etmişdilər.[5][6]

Həmçinin bax

redaktə

Mənbə

redaktə
  1. "Peakbagger.com". 2016-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-25.
  2. peakbagger.com.
  3. Китай. Справочная карта. Масштаб 1:6 000 000. М., Роскартография, 2008
  4. "K2 Tarixi". 2010-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-25.
  5. "55 лет назад альпинисты впервые взошли на Эверест". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-25.
  6. "Facts about China: World and Asia Records". 2012-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-25.

Xarici keçidlər

redaktə