Trinidad
Trinidad (isp. Trinidad — Karib dənizində, Cənubi Amerikanın şimal-şərq sahillərində yerləşir. Trinidad və Tobaqonun ərazisin əsas hissəsini təşkil edir. Bu adada ölkə əhalisinin 96 % yerləşir.
Trinidad | |
---|---|
isp. Trinidad, | |
Ümumi məlumatlar | |
Sahəsi | 4821 km² |
Uzunluğu |
|
Eni | 97 km |
Hündür nöqtəsi | 940 m |
Əhalisi | 1.208.282 nəfər (2000-ci il) |
Yerləşməsi | |
10°25′00″ şm. e. 61°21′00″ q. u.HGYO | |
Ölkə | Trinidad və Tobaqo |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəVenesuela sahillərindən 11 km şimal-şərqində yerləşir. Ümumi sahəsi 4 821 km², uzunluğu 80 km, eni isə 59 km təşkil edir.
Ada materik məşəllidir. Ada ilə materik arasında Bokas-del-Draqon, Pariya körfəzi və Boka-de-la-Serpe boğazı ilə ayrılır. Əsasən düzənlik ərazilərdən ibarət olsa da şimalından hündürlüyü 940 (Apino d.) metrə çatan silsilə keçir. Cənub hissəsində Palçıq vulkanları vardır. Cnub-şərq və cənub-şərqində neft və təbii qaz çıxarılır.
İqlimi
redaktəİqlimi subekvatorialdır. İsti və rütubətli iqlimə malikdir. İl iki mövsümə bölünür; Quru mövsüm (yanvardan maya qədər) və yağışlı mövsüm. Orta illik temperatur 25-27 °S, yağıntının miqdarı 1200 mm, qərbdə isə 3800 mm təşkil edir.
Flora və fauna
redaktəİlboyu yaşıl meşələrlə örtülüdür. Şimal-qərbində Savanna və seyrək meşələrə rast gəlinir. Kakos palması əkilir. Burada 40 növ Kolibri vardır.
Tarixi
redaktəTrinidad adası 1498-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilir. İspanlar o zaman burada yaşayan Aravaları digər ərazilərə köçürürdü. Sonradan faydalı qazıntılarının yoxluğu sayəsində adaya maraq azalmışdır. Adada ilk avropalı məskənlər yalnız 1592-ci ildə salınır. 1797-ci ildən ada Britaniyanın himayəsinə keçir. 1830-ci ildən adada quldarlıq ləğv edilir. Bundan sonra adaya Hindistandan işçilər gəlir. İspaniya, Fransa, Portuqaliya və Çinin yoxsul insanları adaya axışırdı. Bu xalqların qarışması nəticəsinə «Trinidadlılar» etnomini meydana gəlmişdir.
Əhalisi
redaktəƏn iri şəhərləri — Çaquanas, Port-of-Speyn (paytaxt), San-Fernando, Arima, Sent-Cozef (Trinidad və Tobaqonun ilk paytaxtı).
İqtisadiyyat
redaktəƏsas sənaye sahəsi neft hasilatı və neftlə əlaqədar olan kimya, neftkimyası sahələridir. Turizmdə belə mövcuddur.
Adada beynəlxalq hava limanı fəaliyyət göstərir.
Mədəniyyat
redaktəHər noyabr ayında adada Caz festivalı keçirilir.
Ədəbiyyat
redaktə- Беларуская энцыклапедыя: У 18 т. Т. 15: Следавікі — Трыо / Рэдкал.: Г. П. Пашкоў і інш. — Мн.: БелЭн, 2002. — Т. 15. — С. 549. — 552 с. — 10 000 экз. — ISBN 985-11-0251-2 (Т. 15). (bel.)