Roqaşka-Slatina (sloven. Rogaška Slatina) — Sloveniyanın şərqində bolneoloji (əsasən müalicəvi sular) kurort şəhəri. Sele şəhərindən 45 km, paytaxt Lyublyanodan 82 km məsafədə yerləşdir. Şəhər "Donat Mg adlı müalicəvi suyu ilə məşhurdur.

Roqaşka-Slatina
Rogaška Slatina
46°13′53″ şm. e. 15°38′16″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 5,4 km²
Mərkəzin hündürlüyü 223,6 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.971 nəf. (1 yanvar 2020)[2]
Digər
rogaska-slatina.si
Xəritəni göstər/gizlə
Roqaşka-Slatina xəritədə
Roqaşka-Slatina
Roqaşka-Slatina
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roqaşka-Slatina — Sloveniyanın və Avropanın ən qədim və məşhur kurort şəhərlərindən biridir. Slatina vadisi qədim zamanlardan məlumdur. Roma imperiyasına aid olan Petovium Celeia adlı yolun qalıqlarının bu ərazidə aşkarlanması, Roqaşkanın Roma dövründən bəri məşhur olmasını ehtimal etməyə əsas verir. Həmin ərazinin yaxınlığında Roma fibulası və qəpikləri aşkar edilmişdir. Həmin vaxtdan etibarən Donat Mg suyunun müalicəvi xüsusisəyyətləri məlum olmuşdur. Bu suyun müalicəsi xassələri barədə əfsanələr yaranmış, ziyarətçilərin sayı artmışdır. Donat Mg müalicəvi suyu barədə ilk yazılı məlumat 1572-ci ildə məşhur əlkimyaçı Leonard Turneysserin Pison əsərində qeyd edilmişdir. O, suyun tərkibində qızıl, "berkler", kükürd, maqnit və "yabanı" su aşkar etmişdir.

Qraf Pyotr Zelinski 17-ci əsrdə bu sudan istifadə etməklə müalicə olunduqdan sonra, həkimlərin bu suya marağı artmışdır. Aparılmış təqdiqatlar nəticəsində bulağın müalicəvi xüsusiyyətləri təsdiq edilmiş və 19 əsrdə ərazidə müasir sanatoriya yaradılmışdır.

1685-ci ildə Roqaşkanın mineral suyu barədə monoqrafiya yazılmışdır. Həmin vaxt Avropada yalnız bir bu cür monoqrafiya mövcud idi.

Kurortun yaranma vaxtı 1803-cu il hesab edilir. Həmin vaxt ətraf əraziləri qraf Ferdinand Attems almışdır. Onun təşəbbüsü ilə Roqaşka kurortuna ilk həkim təyin olunur. Həmin həkim Qraz, Vyana və Budapeştin həkimləri ilə sıx əlaqədə idi. Qraf Ferdinand Attems tezliklə suyun Avstriya, Macarıstan, Xorvatiya, İtaliya, Yunanıstan və Misirdə satışını təşkil edir.

1908-ci ildə həkim-geoloq D.Knettanın rəhbərliyi altında Donat Mg. suyunun müasir quyusu aşkar edilmişdir.Tərkibində maqniziumun yüksək olmasına görə, mineral su metobolik xəstəliklərin və diabetin müalicəsində, eyni zamanda profilaktikasında istifadə olunur.

Görməli yerləri

redaktə
  • Pleterye ordeninin monastrı
  • maralçılıq ferması
  • şüşə fabriki
  • bir neçə orta əsrlərə aid qala

İstinadlar

redaktə