Qatlinq pulemyotu

Qatlinq pulemyotu (ing. Gatling gun, çox zaman sadəcə Qatlinq) - çoxlüləli, yüksəksürətli atıcı silah. İlkin pulemyotlardan biri. Qısa zaman müddətində çoxsaylı atəşləri nəticəsində güclü güllə seli əmələ gətirməsi ilə məşhurdur. Qatlinq prinsipi ilə işləyən müasir pulemyotlar dəqiqədə 6,000-6,600-ə qədər atəş aça bilirlər.

Qatlinq pulemyotu

İlkin nümunəsi əl ilə hərəkətə gətirilən olsa da, müasir dövrdə pulemyotun mexanizmləri elektrik mühərriki ilə hərəkətə gəlir. Əsasən ABŞ istehsalı olan hərbi təyyarələrdə, vertolyotlarda və digər döyüş vasitələrində istifadə edilir.

Çəkisinin ağırlığı və güclü təpməsi ondan yalnız döyüş texnikasında istifadə etməyə imkan verir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə