Mixail Sergeyeviç Qorbaçov (rus. Михаил Сергеевич Горбачёв, 2 mart 1931[1][2][…], Privolnoye[d], Şimali Qafqaz diyarı[d], RSFSR, SSRİ30 avqust 2022[3][4][…]) — Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti (1991), Nobel sülh mükafatı laureatı (1990), Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun (Rusiya) prezidenti. Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı.

Mixail Qorbaçov
rus. Михаил Сергеевич Горбачёв
15 mart 1990 – 25 dekabr 1991
1 oktyabr 1988 – 25 may 1989
ƏvvəlkiAndrey Qromıko
Şəxsi məlumatlar
Doğum tarixi 2 mart 1931(1931-03-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 avqust 2022(2022-08-30)[3][4][…] (91 yaşında)
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, hüquqşünas, ətraf mühit fəalı, iqtisadçı, vəkil
Həyat yoldaşı
  • Raisa Qorbaçova[d] (19531999)[5]
Uşağı 1
Dini ateizm[7]
Rütbəsi polkovnik
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[8], İqtisadi islahat[8], demokratikləşmə[8], Perestroyka[8]
Elmi dərəcəsi

Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni "Şərəf" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni “Əmək igidliyinə görə” medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı "Kiyevin 1500 illik xatirəsinə" medalı "İncəsənət və Ədəbiyyat" ordeni Collar of the Order of the White Lion "Ağ şir" ordeninin böyük xaçı "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Grand Cross Special Class of the Order of Merit of the Federal Republic of Germany Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni "Ağ şir" ordeni Order of Saint Agatha "Azadlıq" ordeni "Azadlıq" ordeninin böyük xaçı "Xristofor Kolumb" ordeni
"Nobel" sülh mükafatı Beynəlxalq əməkdaşlığa görə Asturiya şahzadəsinin mükafatı
Philadelphia Liberty Medal Ronald Reagan Freedom Award
Grammy Award for Best Spoken Word Album for Children Asturiya şahzadəsinin mükafatı "Qremmi" mükafatı
İmzanın şəkli
gorby.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qorbaçovun Sovet İttifaqında dövlət başçısı və Sov. İKP rəhbəri kimi fəaliyyəti dövründə bütün dünyaya təsir edən və aşağıdakı tarixi hadisələrin nəticəsi olan ciddi dəyişikliklər baş verdi: sovet sistemini islahat üçün genişmiqyaslı cəhd ("Yenidənqurma"); qlasnost siyasəti, "yeni siyasi təfəkkürün", söz və mətbuat azadlığının, demokratik seçkilərin tətbiqi; sosialist iqtisadiyyatından bazar iqtisadiyyatı modeli istiqamətində islahatların aparılması; Sovet İttifaqında yeni siyasi və iqtisadi azadlıqlar, Şərqi və Mərkəzi Avropada marksist-leninist administrasiyaların süqutu, Almaniyanın yenidən birləşməsi, soyuq müharibənin sonu; sovet qoşunlarının Əfqanıstandan çıxarılması (1989); Varşava Müqaviləsi TəşkilatıSovet İttifaqının dağılması.

Həyatı

redaktə

Uşaqlığı və gəncliyi

redaktə

1931-ci il martın 2-də Stavropol vilayətində kəndli ailəsində anadan olmuşdur. Atası-Serqey Andreyeviç Qorbaçov (1909–1976) Anası- Mariya Panteleyevna Qorbaçova (1911–1993). Yoldaşı- Raisa Maksimovna Qorbaçova.

M. V. Lomonosov adına MDU-nin hüquq fakültəsini (1955) və Stavropol Kənd-təssərüffatı İnstitutunu aqronom-iqtisadçı kimi qurtarmışdır.(1967) 31.08.2022-ci ilde vəfat etmişdir.

13 yaşından məktəbə oxuyaraq periodik olaraq MTS və kolxozda fəaliyyət göstərmişdir. 15 yaşından traktor kombaynerinin köməkçisi kimi işləmişdir. 1952-ci ildə Sov.İKP-ya qəbul olunmuşdur. 1955–1991-ci ildən komsomol və partiya vəzifələrində fəaliyyət göstərmişdir.

1955–1962-ci illərdə Stavropol vilayətinin ÜLKGİ-sında propaqanda və təşviqat idarəsində müavin, Stavropol şəhər Komsomol idarəsinin birinci katibi, daha sonra Stavropol vilayəti ÜLKGİ-nin birinci katibi kimi işləmişdir.

Partiya vəzifələrində

redaktə

1962-ci ilin martından Stavropol vilayətində Sov. İKP-nın partiya təşkilatçısı kimi fəaliyyət göstərmişdir. 1966-cı ildə Stavropol şəhər partiyasında birinci katib kimi fəaliyyət göstərmişdir. 1970-ci ilin Stavropol vilayəti Sov. İKP-nin birinci katibi olmuşdur.

1971–1991-ci illərdə Sov. İKP MK-nın üzvü olmuşdur. 1978-ci ilin noyabrında Sov. İKP MK-nın Sov. İKP MK-nın katibi seçilmişdir. 1979–1980-ci illərdə Sov. İKP MK Politbüronun üzvlüyünə namizəd, 1980–1991-ci illərdə Sov. İKP MK Politbüronun üzvü.

1989-cu ilin dekabrından 1990-cı ilin iyununadək Sov. İKP MK Rusiya bürosunun sədri.

1985-ci ilin mart ayından 1991-ci ilin avqustunadək Sov. İKP MK-nın birinci katibi. Dövlət çevrilişinə cəhd zamanı vitse-prezident Gennadi Yanayev tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış və Forsda izolyasiya edilmişdir. Qanunu hakimiyyətin bərpasından sonra öz vəzifəsinə qayıtmışdır. O, bu vəzifədə SSRİ dağılanadək fəaliyyət göstərmişdir. 1991-ci ildə dekabrın 25-də artıq "mövcud olmayan Sovet rəhbərliyin"dən istefa verməklə SSRİ-nin ləğvini rəsmi olaraq təsdiqlədi.

Sov. İKP-nın XXII (1961), XXIV(1971) və bütün sonrakı (1976,1981,1986,1990) qurultaylarında nümayəndə olaraq seçilmişdir. 1970–1989-cu illərdə SSRİ Ali Sovetinin deputatı. 1985–1988-ci illərdə SSRİ Ali Sovetinin prezidiumunun üzvü. 1988-ci ilin oktyabrından 1989-cu ilin may ayınadək SSRİ Ali Soveti Prezediumunun sədri. 1974–1979-cu illərdə SSRİ Ali Soveti Sovet İttifaqı gənclərinin işi üzrə komissiyanın sədri. 1979–1984-cü illərdə SSRİ Ali Soveti Sovet İttifaqı qanuni təsəvürlər komisiyasının sədri. 1984–1985-ci illərdə SSRİ Ali Soveti Sovet İttifaqı xarici işlər komisiyasının sədri. 1989-cu ilin martından 1990-cı ilin martındək Sov. İKP dən SSRİ xalq deputatı. 1989–1990-cı illərdə SSRİ Ali Sovetinin sədri. RSFSR-in Ali Sovetinin deputatı.

1990-cı il martın 15-də M. Qorbaçov SSRİ-nin prezidenti seçilmişdi. Eyni zamanda 1991-ci ilin dekabrından SSRİ Müdafiə Şurasının sədri, SSRİ Hərbi Qüvvələrinin Ali-baş komandanı.

Sov. İKP MK-nın I katibi və SSRİ-nin prezidenti kimi fəaliyyəti

redaktə

Hakimiyyətin kuliminasiyasında olaraq, Qorbaçov kütləvi reformlar və kompaniyalar keçirirdi. Sonralar bu dəyişikliklər ölkəyə bazar iqtisadiyyatının tətbiq olunmasına, Qorbaçovun hakimyiyyətdən uzaqlaşdırılmasına və SSRİ-nin süqutuna gətirib çıxartdı. Qorbaçovun faliyyətinin qiymətləndirilməsi ziddiyyətlidir. Konservativ siyasətçilər onu iqtisadi dağılmadda, SSRİ-nin parçalanmasında və "perestroyka"nın sonrakı nəticələrində günahlandırırlar. Radikal siyasətçilər isə onu qeyri-ardıcıl reform aparmaqda və hər nə cür olursa ölkədə sosializm və inzibati-amirlik sisteminin qoruyub saxlamaq istəyində günahlandırırlar. Çoxlu sayda qərb siyasətçiləri və jurnalistləri Qorbaçov reformalarını, ölkəyə demokratiya və aşkarlığın gətirilməsini, soyuq muharibənin qurtarmasını, sosialist düşərgənin dağılmasını və yenilənməsini, Almaniyanın birləşməsini ürəkdən alqışlayırdılar.

Aşağıda onun etmək istədiyi işlər və hadisələr və həmin hadisələrin özü tərəfindən kökündən əlaqələndirilməsi verilmişdir:

  • 15 may 1986-cı ildə qeyri-əmək yolları ilə qazanılan əməyin, hansı ki, yerlərdə bu repetitorlara, gül satıcılarına, sərnişin daşıyan sürücülərə və orta Asiyaya ev çörəyi satıcılarına qarşı kimi başa düşülürdü. Kampaniya sonra baş verəcək hadisələr ücbatından tezliklə unuduldu.
  • Antialkoqol kompaniyası, 1985-ci il 7 mayında başlandı, qısa zamanda alkaqollu içkilərin qiymətinin qalxmasına səbəb oldu, alkaqol istehsalı azaldıldı, üzüm sahələri qırıldı, mağazalardan şəkərin yox olması və şəkərə kartoçkanın tətbiq edilməsi, gənclər arasında narkotikin kütləvi sürətdə artması,
  • Sürətlənmə- bu lozunq qısa zaman müddətində xalqın rifahının yaxşılaşdırılması ilə əlaqədar idi, kompaniya ölkənin iqtisadi gücünün sürətli azalması ilə nəticələndi, nəticədə perestroyka və kooperativ hərəkat üçün zəmin yarandı.
  • Hakimiyyət reformları, Ali Sovetə və yerli sovetlərə alternativ əsasda seçkilərin tədbiq edilməsi.
  • Aşkarlıq, faktiki olaraq bütün KİV-lərdən senzuranın götürülməsi.
  • Lokal milli konfliktlərin yaranması, hansı ki, onlarda yerli hakimiyyətlər kobud qərarlar qəbul etmişlər, daha dəqiqi Alma-Ata-da gənclərin mitinqinin dağıdılması, Bakıya ordu hissələrinin yeridilməsi, Gürcüstandakı nümayişin minaçı belləri ilə dağıdılması, Dağlıq-Qarabağ ətrafında baş verən hadisələr, pribaltika ölkələrində azadlıq hərəkatının boğulması.
  • Dükanlardan ərzaqların yox olması, gizli infilyasiya, 1989-cu ildə ərzaqların əksərinə kartoçkanın tətbiq edilməsi,
  • Sov. İKP MK-nın reforması hansı ki, bir neçə platformanın yaranmasına gətirib çıxartdı, sonralar isə-birpartiyalı sistemin ləğvi və Sovet konstitutsiyasından Sov. İKP-nın "aparıcı və əsas güc" kimi statusunun ləğvi.
  • Stalin represiyalarının qurbanlarının reabilitasiyası.
  • Sosialist düşərgə üzərində nəzarətin zəifləməsi, hansı ki, bu əksər sosialist ölkələrində hakimiyyət dəyişiklikləri ilə nəticələndi, 1990-cı ildə Almaniya birləşdi.
  • 1988–1989-cu ildə Afqanıstanda müharibənin dayandırılması və qoşunların çıxarılması.

İstefa və ondan sonra

redaktə

Belovej meşəsində bağlanmış sazişi, Qorbaçovu saymazlıq və ittifaq müqaviləsinin ləğvindən sonra 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov öz üzərindən ölkə rəhbəri səlahiyyətlərini götürdü. 1992-ci ilin yanvarından indiki zamandək Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun prezidentidir. Eyni zamanda 1993-cü ilin martından 1996-cı ilədək və daha sonralar Beynəlxalq Yaşıl Krestin idarə heyətinin sədri.

1996-cı ildə Rusiya Federasiyasına keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüş və 0,5 % səs toplamışdır.

Mixail Qorbaçov "Yenidənqurma"nın, sovet cəmiyyətinin reforması və Beynəlxalq vəziyyətin dəyişilməsinin əsasını qoymuşdur. 1990-cı ilin 15 oktyabrında "Bugünkü Beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən Sülh prosesindəki aparıcı roluna görə" o, Nobel Mükafatına layiq görülmüşdür.

Aktyorluq fəaliyyəti

redaktə

1993-cü ildə Mixail Qorbaçov öz-özünü Vima Vandersin "Belə uzaqdır, elə yaxındır!" filmində oynamışdır, həmçinin bir neçə sənədli filmlərdə iştirak etmişdir. 1997-ci ildə M. S. Qorbaçov "Pizza Hut" pizza şirkətinin reklamında çəkilmişdir.

Mükafat və titulları

redaktə

M. Qorbaçov çoxlu sayda nüfuzlu mükafatların sahibidir.

Titulları

redaktə
  • Virciniya Universitetinin Hümanitar elmlər üzrə fəxri doktoru (ABŞ 1993)
  • Copsonov Liderlik Məktəbinin liderlik üzrə fəxri doktoru (Riçmond, ABŞ 1993)
  • Vestfal Universitetinin hüquq elmləri üzrə fəxri doktoru (Münster, Almaniya, 2005)

Ölümü

redaktə

2019-cu ildən Qorbaçov tez-tez səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilirdi. 2020-ci ilin əvvəlindən Qorbaçov Mərkəzi Klinik Xəstəxanasında həkimlərin daimi nəzarəti altında saxlanılırdı, iyundan etibarən hemodializ müalicəsi aparılırdı. 2022-ci il avqustun 30-da böyrək problemi səbəbindən axşam saatlarında Moskvada Mərkəzi Klinik Xəstəxanasında vəfat edib.[9]

Qorbaçov vəsiyyət etdiyi kimi, Moskvanın Novodeviçi qəbiristanlığında, həyat yoldaşı Raisanın yanında ailə məzarlığında dəfn olunacaqdı.[10]

Qorbaçovun dəfn mərasimi 2022-ci il sentyabrın 3-də saat 10:00-dan 12:00-a qədər keçirilib. Mərasimdə fəxri qarovul şəklində dövlət dəfn elementi var idi, lakin rəsmi dövlət dəfn mərasimi keçirilmədi. Xidmətə rus pravoslav keşişi tərəfindən idarə olunan ayinlər daxil idi. Mərasimdən sonra Qorbaçov Novodeviçye qəbiristanlığı'nda dəfn edilib.

İstinadlar

redaktə
  1. 1 2 Горбачёв Михаил Сергеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Michail Gorbatschow // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Mikhail Gorbachev, Soviet Leader Who Ended Cold War, Dies at 91 (ing.). // Bloomberg.com 2022.
  4. 1 2 https://www.washingtonpost.com/obituaries/2022/08/30/mikhail-gorbachev-soviet-leader-dies/.
  5. 1 2 Gaddis J. L. The Cold War: A New History (ing.). 1 USA: Penguin Books. P. 229. ISBN 978-0-14-303827-6
  6. Aftonbladet (швед.). Schibsted, 1830. ISSN 1103-9000; 1403-9656
  7. http://www.interfax-religion.ru/?act=news&div=23487.
  8. 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
  9. "Умер Михаил Горбачев" (rus). РИА Новости. 2022-08-30. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  10. "Горбачева похоронят рядом с супругой на Новодевичьем кладбище". РЕН ТВ (rus). 2022-08-30. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.

Xarici keçidlər

redaktə

Şablon:Nobel sülh 1976–2000