Dəyirman oyunu
Dəyirman — qədim uşaq oyunudur.
Oyunun quruluşu
redaktəUşaqlar dairəvi əyləşirlər. Başçı əlində çubuq, başı papaqsız ortada dayanır. Qalan uşaqların başında papaq olur. Başçı çubuğu yerə vurub uşaqları qorxudur. Hamı əl çala-çala deyir: — Tağı-tağı, tağbatağı… Bu sözləri 4–5 dəfə təkrar edəndən sonra başçı sağdan bir uşağın papağını götürüb öz başına qoyur. Papağı götürülən uşaq da yanında olan uşağın papağını götürüb öz başına qoyur. Bu hərəkət dairənin sonuna qədər gedir. Bu minvalla papaqgötürmə 4–5 dəfə dövrə vurur. Papaqlar tez hərlənir, uşaqlar əl vurub "Tağı-tağı, tağbatağ" deyirlər. Oyun qızışır, papağın hərlənməsi bir növ dəyirman daşının hərlənməsinə bənzəyir. Oyunun şiddətli yerində başçı əlini başına qoyub çağırır. — Dağğa… dağğ… Bu zaman hər kəs başındakı papağı bərk saxlamalıdır. Başıaçıq qalana hərə bir çubuq vurur. Başçı çubuğu nə cür vurursa, qalan uşaqlar da elə vurmalıdırlar.