Cəmiyyət və Din (qəzet)
"Cəmiyyət və din" qəzeti — Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir.[1]
"Cəmiyyət və Din" qəzeti | |
---|---|
Növ | İctimai qəzet |
Təsisçi | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi |
Baş redaktor | Sadiq Mirzəyev (yanvar 2014-cü ildən) |
Yaranma tarixi | 7 may 2009 |
Dil | Azərbaycan dili |
Qiymət | 40 qəpik |
Səhifə |
8 (10 yanvar 2013-cü ilədək) 16 (10 yanvar 2013-cü ildən) |
Ünvan | AZ 1001, Bakı şəhəri, Əhməd Cavad küçəsi 12. |
Tiraj | 3000 |
scwra.gov.az |
Haqqında
redaktəDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxmışdır. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir.
Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçmişdir.
10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir.
Redaksiya şurası
redaktə- Sadiq Mirzəyev (baş redaktor)
- Şeyxülislam Allahşükür Paşazadə
- Anar
- Yepiskop Aleksandr
- Əflatun Amaşov
- Gövhər Baxşəliyeva
- Nizami Cəfərov
- Sadiq Mirzəyev (redaktor)
- Yusif Əsgərov
- Vasim Məmmədəliyev
- Oqtay Orucov (məsul katib)
- Əliheydər Zülfüqarov
- Gennadi Zelmanoviç
- Mənbə: "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 16. (az.)
Baş redaktorları
redaktə- 2009-2012 — Elçin Cabbarov
- 2012 — Gündüz İsmayılov[2]
- yanvar 2013-dekabr 2013 — Səyyad Salahlı[3]
- yanvar 2014-dən — Sadiq Mirzəyev
Yubiley nömrələri
redaktə- 200 - 18.04.2013
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Arxivləşdirilib 2014-07-01 at the Wayback Machine president.az (az.)
- ↑ Səyyad Arana daha bir vəzifə verildi. Arxivləşdirilib 2013-01-18 at the Wayback Machine Milli.Az. (az.)
- ↑ "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 1. (az.)