Bozlu (Laçın)
Bozlu — Azərbaycan Respublikasının Laçın rayonu Bozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Bozlu kəndi Mirik kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bozlu kənd Soveti yaradılmışdır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Bozlu | |
---|---|
39°41′44″ şm. e. 46°19′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.501 m |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəKəndin keçmış adı Bozlu Ağcakənd olmuşdur. XVIII əsrdə Dərələyəz mahalından gəlib burada məskunlaşmış bozlu (bozulu) tayfasının adındandır. XIX əsrdə kəndin əhalisi hazırda Bozlu gövşəni, Bozlu copu (Minkəndin qərbində) adlanan yerdən Minkənd çayının sol sahilindəki indiki yerə köçmüşdür. Etnotoponimdir.[2]
Tarixi
redaktəKəndin adı işğaldan sonra ermənilər tərəfindən dəyişdirilməmişdir. Tarixi baxımdan Bozlu kəndinin ərazisi tam tədqiq edilməsə də, bu ərazidə albanlara aid daş fiqurların çoxluğu, orta əsrlərə aid su dəyirmanının mövcudluğu və qədim alban kilsəsi, coxsaylı qədim yaşayış məskənləri olmuş mağaralar diqqət çəkir.
Kənd Ermənistan tərəfindən işğal edildikdən sonra bu kəndin fərdi yaşayış evlərinin 40%-ə qədərini və Bozlu yağ-süd zavodunu tamamilə söküblər. 2003-cü ildə işğalçılar Ermənistanın Gorus rayonundan bir neçə xaç daşı gətirərək Bozlu kəndinin şimalında qəbristanlıq ərazisində basdırıblar.
Tarixi abidələri
redaktəKənd qəbiristanlığında 2 ədəd qoç heykəli var idi. Bozlunu Mirik kəndinin ərazisi ilə birləşdirən Mahmudun körpüsü də burada yerləşir.
Coğrafiyası və iqlimi
redaktəKənd Minkənd çayının (Həkəri çayının qolu) sol sahilində, rayon mərkəzindən 38–40 km məsafədə, dəniz səviyyəsindən 1500-1510 metr yüksəklikdə, məhsuldar və münbit vadidə, Qarabağ yaylasında yerləşir. Laçın–Minkənd yolu kəndin ortasından keçərək kəndi iki hissəyə ayırır. Kənd Mirik, Kamallı, Çıraqlı və Əhmədli kəndləri ilə əhatələnmişdir.
Əhalisi
redaktə2006-cı ilin statstikasına görə kəndin əhali sayı 550 nəfər olmuşdur. Əhali Azərbaycanın 30-a yaxın inzibati ərazisində, 20-yə yaxın rayonda məskunlaşmış və məcburi köçkün həyatı yaşayır. Əsas məskunlaşma Bakı-Sumqayıt ərazisində Masazır, Saray və Ceyranbatan qəsəbələrində yerləşir.
Bozlu kəndinin əhalisi qədimdə köçəri türk tayfası olmuşdur. Bunun sübutlarından biri də qoyunçuluqla məşqul olan köçəri türklərə məxsus adətlərdən biri olan qoç (qoyun, at) daş qəbiristanlığının olmasıdır.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, bostançılıq, bağçılıq və arıçılıq olub.
Mədəniyyəti
redaktəƏhalinin yaşayış evləri qara damlardan və sonralar müasirləşən balkonlu kənd evlərdən ibarət idi.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ Bozlu (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
redaktə Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |