Böyük Kanyon
Böyük Kanyon (ing. Grand Canyon) — dünyanın ən dərin kanyonlardan biri. ABŞ-nin Arizona ştatının Kolorado platosunda yerləşən bu kanyon Böyük Kanyon Milli Parkın ərazisinə
Böyük Kanyon | |
---|---|
Grand Canyon | |
Uzunluğu |
|
Dərinliyi | 1.300 m |
Çay | Kolorado çayı |
Yerləşməsi | |
36°05′51″ şm. e. 112°05′43″ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
daxildir. Bu ərazi həm də, hindu tayfaları olan navaho, xavasupay və xyalapayların rezervasiyaları hesab olunur. Böyük kanyonun uzunluğu 446 km, dərinliyi 1600-1800 metrdir.[1] Eni yuxarı hissədə 8 km-dən 25 km arasında dəyişir, aşağı hissədə isə bəzi yerlərdə 120 m-dən çox deyil. 1979-cu ildən Böyük kanyon UNESCO-nun Ümumdünya irsinə aid edilib.
Coğrafiyası
redaktəABŞ-nin qərbində, əsasən Arizona ştatında yerləşən Kolorodo yaylası demək olar ki, üfüqi yatımlı, müxtəlif qalınlıqlı süxur laylarından əmələ gəlmiçdir. Burada ayrı-ayrı ağların hündürlüyü təxminən 3000 m-ə çatır. Platonu, başlanğıcını Kolorado ştatının Şərqi Qayalı dağlarının Lonq-Pik (4345 m) zirvəsindən götürən, Kolorado çayı kəsir. Kaliforniya körfəzinə yaxınlaşdıqca ona çoxlu qollar qoşulur. Kolorado qolları ilə birlikdə bir neçə milyon il ərzində süxur laylarını kəsərək şaquli divarlı dərin dar dərələr - kanyonlar əmələ gətirmişdir. Əslində Böyük Kanyon heç də, dünyanın ən böyük kanyonu deyil. Məhz Nepalda yerləşən Kali Gandak dərəsi dünyanın ən dərin kanyonu hesab edilir.[2]
Geologiyası
redaktəUzaq geoloji dövrlərdə Kolorado platosu Şimali Amerika platformasının bir hissəsi olmuşdur. Platformanın özülü Kembriyəqədərki süxurlardan, üfüqi yatımlı platforma örtüyü isə Paleozoy və Mezozoy süxurlarından təşkil olmuşdur. 60-70 milyon il bundan əvvəl plato güclü qalxmaya məruz qalır və bəzi yerlərdə qırışıq strukturlar əmələ gəlir.[3] Kolorado platosu uzun müddət zəif qalxmaqda davam edir. Çaylar da ildən-ilə tədricən süxurları kəsərək özlərinə ensiz, yarıqvari dərələr yaradır. Kolorado və qollarının çoxu geoloji strukturların "müqavimətilə" hesablaşmadan axır. Məsələn, Qrin-River çayı sanki çox asanlıqla yanından dolanıb keçə biləcəyi qırışığı kəsib keçir. Səbəb isə çayların hələ bu qırışıqlar əmələ gəlməmişdən əvvəl həmin istiqamətdə axmaları ilə əlaqədardır. Ərazi qalxmağa məruz qaldığı vaxtdan etibarən çaylar böyüməkdə olan qırışıqları kəsərək mövcud yataqlarını dərinləşdirməkdə davam etmişlər. Dərələr sanki böyümə sürəti çayların eroziyasının sürətinə uyğun gələn qırışığın üzərinə qoyulmuşdur. Kanyonun müsir formaya düşməsi 5-6 milyon il əvvəl başa çatmışdır.[4]
Böyük Kanyon ərazinin ən yüksək hissələri olan və hündürlüyü 2500 m-ə çatan Kokonino və Kaybab platolarını kəsir. Elə buna görə də Böyük kanyonda süxurların geoloji kəsilişi uzun müddətli zaman kəsiyini əhatə edir. Ən aşağıda, kanyonun dibində Üst Kembriyəqədərki və ya Rifey əhəngdaşları və qumdaşları ilə örtülmüş Kembriyəqədərki şistlər açılır. Bu süxurlar qırışıqlığa yığılmışdır, onların üzərində isə kəskin qeyri-uyğunluqla böyük qalınlıqlı Paleozoy süxurları yatır. Kanyonun yamaclarının aşağı hissələri Kembri yaşlı nisbətən yumşaq gilli çöküntülərdən təşkil olunmuşdur. Onların üzərində karbon və qismən də Kembri yaşlı boz rəngli əhəngdaşlarından təşkil olunmuş asılı sıldırım ucalır. Bu divar bütün kanton boyu çox aydın izlənilir.
Kanyon yamaclarının yuxarlarında Supay qırmızı rəngli formasiyanın bütün dərəyə görkəm verən qırmızı və bənövşəyi rəngli çoxsaylı pillələri yerləşir. Müxtəlif möhkəmlikli qumdaşlarından ibarət bu çöküntülər artıq Perm sisteminə məxsusdur. Kanyon sıldırımının yuxarı hissəsini, həmçinin, bozrəngli Perm qumdaşları və Kaybab əhəngdaşları təşkil edir.[5]
İqlimi
redaktəBöyük Kanyon üçün bir-neçə iqlim zonası xarakterikdir. Kanyonun dibindən 2000 m və daha yüksək ərazilərə qədər yerləşmə mövqeyindən asılı olaraq temperatur dəyişir. Dərə dibində olan iqlim daha çox arizona səhrasını xatırladır. Yay aylarında temperatur +40 °C-yə qədər qalxır. Yuxarıya qalxdıqca hava nisbətən sərinləşir: kanyonun yuxarı hissələrində yayda havanın temeperaturu +38 °C, qışda isə -17 °C-yə qədər düşür.[6] Bu ərazilərdə qarın yağması nadir hal hesab edilmir.
Yay
redaktə2135 metr yüksəklikdə yerləşən Saut-Rimdə temperatur +27+32 °С, 762 metr yüksəklikdə yerləşən Fantom-Rançda +38 °C olur. Nort-Rimdə isə ən yüksək temperatur nisbətən aşağı olur: +21+26 °C. Buna səbəb ərazinin daha yüksəkdə yerləşməsidir (2440 m). Yay aylarının ən aşağı temperaturu isə +4 +15 °C-i ilə +16 +26 °C arasında dəyişir. Leysan yağışlar daha çox iyul, avqust aylarında və sentyabrın əvvələrində qeydə alınır. Bəzən yağıntılar dolu düşməsi və güclü küləklə müşahidə olunur.
Payız
redaktəYayın qızmar günləri payızda sərin havalarla əvəz olunur. Kanyonun yuxarı hissələrində orta aylıq temperatur +16 +21 °C-dən + 10 +15 °C-yə düşür. Çay boyu ərazilərdə isə +32 +37 °C-dən +21 °C-yə enir. Kanyonun kənarlarında isə bəzən sıfır dərəcyə yaxınlaşır. Yay yağışları sentyabrın ortalarna kimi davam edir və payızın ikinci yarısı daha quru keçir.
Qış
redaktəKanyonun yuxarı hissələrində qış daha sərt keçir. Qar, buz bağlamış yollar bu ərazilər üçün adı haldır. Soyuq havalar adətən noyabrdan başlayır və mənfi temperatur dekabr, yanvar ayları üçün stabil olaraq qalır. Günün ikinci yarısında hava bəzən + 4 +9 °C-yə qədər qıza blir. Kanyonun dibində, çay boyunda qış aylarının orta aylıq temeperaturu + 4 +15 °C, bəzən isə -1 +9 °C-yə qədər düşür.Yuxarı ərazilərdə illik yağan qarın miqdarı 1,3-2,5 metrdir. Qışda və yazın əvvələrində tez-tez duman müşahidə olunur.
Yaz
redaktəAprelin ortalarından yaz qışı əvəz etməyə başlayır. Kanyonun yuxarılarında temperatur tədricən +10 +21 °C-dən +21+32 °C-yə qədər yüksəlir. Kolorado çayı bölgəsində isə +27 +32 °С-dən , +41 °C-yə qədər yüksələ bilir. Yaz ayları adətən quru keçir. Quru hava kütlələrinin üstünlüyü nəticəsində yaz aylarında bəzən gecə vaxtları şaxtalar müşahidə olunur.[7]
Flora və faunası
redaktəFlora
redaktəBöyük Kanyon ərazisində 1737 borulu (sporlu) bitki növü, 167 göbələk, 64 mamır və 195 şibyə növü qeydə alınmışdır. Bu müxtəliflik kanyonun dibindən 2400 metr yüksəkliyə qədər yayılmışdır. Ərazidə onlarca endemik və ekzotik bitki növü var. Kanyonda olan 63 növ ABŞ-nin xüsusi qorunan bitkilər statusunu almışdır. Bölgənin qərb zonasına Moxave səhrası, şərq zonasına isə Sonara səhrası böyük təsir göstərir. Sarı şam və şam ağacı meşələri kanyon ərazisinə geniş yayılıb. Kanyon divarlarından axan və sızan suların yaratdığı təbii məkanlar 11 % bitkilərin məskunlaşma ərazisidir. Kanyon həm də, qərb və şərq arasında bir növ dəhliz rolunu oynayır. Bitki örtüyünün yayılmasında yamacların mövqeyidə önəmlidir. Daha çox günəş enerjisi alan güney yamaclarında səhra bitkiləri, güzey yamaclarında isə şimal enliklərinə xarakterik bitkilər üstünlük təşkil edir.[8][9]
Fauna
redaktəƏrazidə 89 məməli, 355 quş, 47 sürünən, 17 balıq növü yayılıb. Kolorado çayı dərəsi boyu qeydə alınan 89 növ məməlilərdən 18 növü gəmirici və yarasalardı. Ümumiyyətlə, kanyon ərazisi bir neçə ekoloji zonadan ibarətdir.[10]
- Aşağı Sonar
- Yuxarı Sonar
- Keçid zonası
- Kanada
- Qudzon
Bu zonaların bölgüsündə ərazinin hündürüyü, iqlimi, geoloji və geomorfoloji xüsusiyyəti əsas götürülüb.
Tarixi
redaktəBöyük Kanyon Amerikanın yerli əhalisi olan hindilərə hələ min il əvvəl belə məlum idi. Hindilər tərəfindən kanyon divarlarına çəkilmiş rəsmlərin hardasa 3 min il yaşı var. 1540-cı ildə Böyük Kanyon ilk dəfə olaraq avropalılar, ispan əsgərləri tərəfindən kəşf olunmuşdur. Qrupa Qarsia Lopes de Kardenasa rəhbərlik edirdi. Səyahətin məqsədi qızıl axtarışı idi. Səyahət zamanı bir neçə ispan əsgər hindilərin bələdçiliyi ilə kanyonun dibinə enmək istəsələr də su çatışmazlığı üzündən geriyə dönmüşlər. Məhz o tarixdən kanyon avropalıların diqqətindən iki əsr kənarda qalmışdır.[11]
1776-cı ildə iki ispan din xadimi bir qrup əsgərlərlə Böyük Kanyon boyu səyahət etmiş və məqsəd Santa-Fe ilə Kaliforniya arasında mövcud ola biləcək yolu tapmaq idi.
1869-cu ildə Qayalı dağlar rayonunda olan geoloji idarəyə rəhbərlik etmiş Con Uesli Pauellin Kolorado çayı boyu dörd kiçik qayıqla Vayominq ştatının ərazisindən keçən Qrin-River çayının mənsəbindən Nevada ştatındakı Verçin çayının mənsəbinə qədər üzmüşdür. O vaxtlar üçün heç də təhlükəsiz olmayan bu səyahət (onun üç üzvü hindilər tərəfindən öldürülmüşdür) regionda ABŞ-nin məşhur elmi təsisatı olan Smitson İnstitutu tərəfindən maliyyə yardımı almış ilk səyahət idi.[12] 1872-ci ildə Pauell ilk dəfə olaraq Grand Kanyon terminini işlətmişdir. Ona qədər ancaq Böyük Kanyon ifadəsi tətbiq olunurdu.[13]
Böyük Kanyon 1908-ci ildə ABŞ-nin milli abidəsi, 1919-cu ildə isə Böyük Kanyon Milli Parkı elan edilib.[14]
Avropalıların kanyon ətrafında ilk məskunlaşması
redaktə- Mədənçilər: Kapitan Con Hans, Villiam V. Bass, Lui Buşe, Set Tanner, Çarlez Spencer, Ceyms Muni
- Missionerlər: Con Doyle Lee, Emma Lee Frenç, J.S.Emmett
- Arxeoloqlar: David Rust, Mare Kolter
- İş adamlar: Ralf H.Kameron, Emery & Ellsworth Kolb
Ərazidə olan tarixi abidələr
redaktəBöyük Kanyonun cənub ətəkləri boyunca bir çox tarixi özəlliyi olan abidələr yerləşib.
- Buckey O'Neill otağı
- Kolb Studio
- El Tovar Hotel
- Hopi House
- Böyük Kanyon vağzalı
- Lookout Studio
- Dezert-Vyu müşahidə qülləsi
- Bright Angel Lodge mehmanxanası
Turizm
redaktəBöyük Kanyon, eləcə də Milli Park ərazisi dünyanın ən çox ziyarət olunan təbiət abidələrindən biri hesab olunur. İl ərzində kanyona beş milyon turist səyahət edir. Turistlərin 83% ABŞ ərazisindən: Kaliforniya (12,2%), Arizona (8,9%), Texas (4,8%), Florida (3,4%) və Nyu-Yorkdan (3,2%) gələnlərdir. Ümumi turistlərin on yeddi faizi kənardan gələnlərdi. Xarici turistlərin əksəriyyəti Böyük Britaniya (3,8%), Kanada (3,5%), Yaponiya (2,1%), Almaniya (1,9%) və Hollandiyadan (1,2%) gələnlərdi.[15] Kanyonun Saut-Rim bölgəsi il boyu ziyarətçilərə açıqdır, Nort-Rim isə mayın ortalarından oktyabrın ortalarına qədər fəaliyyət göstərir.
Kanyona səyahəti bir neçə üsulla etmək olar: piyada (kanyon ərazisində bir çox cığırlar var), xüsusi rezin qayıqlarla, kanyon boyu hərəkət edən qatarla, velosipedlər və avtomobillə. Ekstremallar üçün təyyarə və hava şarı da nəzərdə tutulub. Kanyonda bir neçə müşahidə meydançası var. Onlardan ən diqqət çəkəni Skywalkdır. Meydançadan istifadə 70 dollardır. Bundan başqa, Səma yolu adlı şüşə körpü 1219 metr yüksəklikdə asılmış və turistlərin sevimli məkanıdır.[16]
Aviaqəzalar
redaktə1940—1950-ci illərdə bu ərazidən keçən əksər təyyarə uçuşları qəsdən planlaşdırırdı ki, sərnişinlər Böyük Kanyonun görüntüsündən zövq ala bilsinlər. Kanyon boyu pilotlar bir neçə dövr edir və bununla sərnişinlərin görüş qabiliyyətini artırmaq istəyirlər. O zamanlar görüntü baxımdan edilən müxtəlif səmada olan uçuşlara qanunla qadağa yox idi. 30 iyun 1956-cı ildə yuxarıda göstərilən qaydalar əsasında hərəkət edən iki təyyarə sonda kanyon səmasında toqquşdular. Toqquşan Lockheed Constellation Trans World Airlines və DC-7 United Airlines şirkətinini təyyarələri idi. Toquşma zamanı 128 nəfər həak oldu. Bu 1960-cı ildə olan Nyu-York qəzasına qədər ən dəhşətli qəza idi. Məhz bu qəzadan sonra bu ərazidə olan uçuşlara qadağa qoyuldu. Kanyonda növbəti qəza 1986-cı ildə baş vermişdir.
Maraqlı məlumatlar
redaktəPonorama
redaktəXarici keçidlər
redaktə- Grand Canyon National Park Service
- Grand Canyon Backcountry Use Areas - Map
- Grand Canyon Bibliography Arxivləşdirilib 2016-01-17 at the Wayback Machine – bibliography of the Grand Canyon. 37,462 items produced between 1540 and the present.
- Grand Canyon Explorer: History timeline from 10,000 years ago to 1994.
- Grand Canyon Chamber & Visitor's Bureau
- 36 Hours at the Grand Canyon by The New York Times, May 31, 2009
- NPS Photographs
- Grand Canyon 3-D perspective Arxivləşdirilib 2009-08-25 at the Wayback Machine – view looking southwesterly, showing North Rim and Canyon.
- Grand Canyon - Street View - Google Maps
İstinadlar
redaktə- ↑ "Grand Canyon Information". 2017-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-12.
- ↑ КАНЬОН КАЛИ ГАНДАКИ, НЕПАЛ Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine. Из серии “Самые глубокие каньоны планеты”
- ↑ "Grand Canyon as old as the dinosaurs". 3 News NZ. December 3, 2012. October 31, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 12, 2017.
- ↑ Karlstrom, Karl E.; Lee, John P.; Kelley, Shari A.; Crow, Ryan S.; və b. "Formation of the Grand Canyon 5 to 6 million years ago through integration of older palaeocanyons". Nature Geoscience. 7 (3): 239–244. Bibcode:2014NatGe...7..239K. doi:10.1038/ngeo2065.
- ↑ Geologic Formations Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine. NPS (consulté le 12 février 2008)
- ↑ "ГРАНД КАНЬОН – ОДИН ИЗ ГЛУБОЧАЙШИХ КАНЬОНОВ МИРА". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
- ↑ "Гранд Каньон - природная жемчужина мира". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
- ↑ Canyon National Park — Plants[ölü keçid]
- ↑ Canyon National Park — Animals[ölü keçid]
- ↑ "Grand Canyon National Park". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-20.
- ↑ "История Гранд-Каньона". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-20.
- ↑ "The Beginnings of the U.S. Geological Survey". National Atlas of the United States. 2010
- ↑ Grand Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Etymonline.com
- ↑ "Grand Canyon Facts Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. National Geographic Visitor Center, Arizona.
- ↑ "Executive Summary of Grand Canyon Tourism". Northern Arizona University.
- ↑ "Национальный парк Гранд-Каньон: Путешествие по каньону". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-27.
- ↑ "FBy the Numbers: Grand Canyon National Park (ing.)". 2013-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-28.
- ↑ "Grand Canyon river trips". 2012-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-28.
- ↑ "Grand Canyon mule trips (ing.)". 2013-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-28.
- ↑ AP. "Nik Wallenda completes tightrope walk across gorge near Grand Canyon". CBSNews. 2013-06-23. 2013-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-28.
- ↑ "Американский канатоходец Ник Валленда без страховки пересек Большой каньон (ФОТО, ВИДЕО)". NEWSru.com. 24 июня 2013. 2013-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-28.
- ↑ "Новое достижение великого канатоходца Николаса Валленды". runews.24. 2013-06-24. 2013-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-02.