Ar-deko və ya Deko — ilk dəfə 1910-cu illərdə (Birinci Dünya Müharibəsindən əvvəl) Fransada ortaya çıxmış və 1920-1930-cu illərin əvvəllərində ABŞ və Avropada çiçəklənmiş vizual incəsənt, memarlıq və sənaye dizaynı üslubu.[1] Ar-deko böyük strukturlardan tutmuş kiçik obyektlərə, o cümlədən insanların görünüşünə (geyim, dəb və zərgərlik) kimi hər şeyin: körpülər, tikililər (göydələnlərdən kinoteatrlara qədər), gəmilər, qatarlar, avtomobillər, yük maşınları, avtobuslar, mebellər və radio və tozsoran kimi gündəlik əşyaların belə daxili və xarici üslub və dizaynına təsir etmişdir.[2]

Ar-deko müasir üslubları incə sənətkarlıq və zəngin materiallarla birləşdirdi. O, öz çiçəklənmə dövründə dəbdəbəni, cazibəni, coşqunu və sosial və texnoloji tərəqqiyə inamı təmsil edirdi. Nyu-Yorkun Empayr Steyt BildinqKraysler binası da daxil olmaqla 1920-1930-cu illərdə inşa edilmiş göydələnləri bu üslubun daşıyıcılarıdır.

Xüsusiyyətləri

redaktə

Ar-deko həm dəbdəbə, həm də müasirliyi ehtiva etdi, çox bahalı materialları və incə sənətkarlığı modernist formalarda birləşdirdi. Ar-dekoda heç nə ucuz deyildi, bu üslubdakı mebel nümunələri fil sümüyü və gümüş ornamentləri ehtiva etmiş, zərgərlik nümunələri isə almazı platin, mərcan və digər qiymətli materiallarla birləşdirmişdir. Üslub okean gəmilərinin, lüks qatarların və göydələnlərin birinci sinif salonlarını, həmçinin 1920-ci illərin sonu və 1930-cu illərdə bütün dünyada böyük kino salonlarını bəzəmək üçün istifadə edilmişdir.

İstinadlar

redaktə
  1. Texier, 2012
  2. Hillier, 1968