Robert Nobel: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 15:
 
Robert 1873-cü ildə qardaşı tərəfindən Berdan tüfənglərinin qundağı üçün material hazırlamaq məqsədilə qoz meşələri axtarmağa [[Qafqaz]]a göndərilir. Bununla belə, Robert Qafqaz qoz ağaclarını silah ehtiyatı yaratmaq üçün ya çox gənc, ya da çox yaşlı hesab edirdi. Lüdviq faydasız axtarışlara sərf olunan vaxtı kompensasiya etmək üçün Robertə 25 min rubl verdi. Bu pulla o, [[Volqaboyu]] [[Bakı]]ya gedib, oradan torpaq sahəsi və kiçik neft emalı zavodu alıb. Robert [[Çələkən yarımadası|Çələkən adası]]nda (hazırda [[Bakı|Bakı şəhəri]] daxilində yarımadadır) cəmi iyirmi beş metr dərinlikdə [[Neft yatağı|neft yataqları]] tapdı<ref name=":0" />.
 
Robert Nobelin zavodu [[Bakı]]dakı 120 kiçik müəssisədən biri idi. Nobel bir çox problemlərin öhdəsindən gəldi və nefti emal etməyin yeni üsullarını ortaya qoydu. O, yüz pud tutumu olan səkkiz küp düzəltdi. Bakıda orta hesabla distillə zamanı faydalı məhsulların məhsuldarlığı 30% təşkil edirdi, lakin Robert [[ABŞ|Amerikadakı]] qədər yaxşı olan yüngül [[kerosin]]in 40% məhsuldarlığına nail oldu. [[Sankt-Peterburq]]a göndərilən ilk kerosin çəlləkləri paytaxtı kerosinlə təmin edən Amerikanın "[[Standard Oil]]" şirkətinin [[İnhisar|monopoliyasına]] son qoydu<ref name=":1">{{Cite web|url=http://knerger.de/html/nobelrobunternmehmer_67.html|title=unternmehmer 67|publisher=knerger.de|accessdate=2018-07-21}}</ref>. 1883-cü ilə qədər Amerika kerosini demək olar ki, tamamilə rus kerosini ilə əvəz olundu. [[Rusiya]] hökuməti özü də burada yardım göstərərək, hələ 1870-ci illərdə Amerika məhsullarının idxalındakı rüsumları qaldırdı<ref>{{Книга|автор=Robert W. Tolf|заглавие=The Russian Rockefellers: The Saga of the Nobel Family and the Russian Oil Industry|ссылка=https://books.google.ru/books?redir_esc=y&hl=ru&id=3DmsQLtWq1wC&q=Robert+Nobel#v=snippet&q=Robert%20Nobel&f=false|издательство=Hoover Press|год=1976|страниц=320|isbn=9780817965839}}</ref>.
 
== İstinadlar ==