48°30′28″ şm. e. 26°29′09″ ş. u.HGYO

Xotın

Vikipediya, azad ensiklopediya
(Xotin səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Xotın
Хотин
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
48°30′28″ şm. e. 26°29′09″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 22 sentyabr 1002
Sahəsi
  • 20,39 km²
Mərkəzin hündürlüyü 5 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 8.936 nəf. (1 yanvar 2022)
Rəqəmsal identifikatorlar
Telefon kodu +380 3731
Poçt indeksi 60000–60005
Nəqliyyat kodu CE
Digər
khotyn.dosvit.org.ua
Xəritəni göstər/gizlə
Xotın xəritədə
Xotın
Xotın
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XotınÇernovtsı vilayətiində (Ukrayna) şəhər.

Müasir Ukraynada şəhər. Vaxtilə Xatın qalası Moldav və Leh (Polşa) kralının idarəsində olmuş, Sultan II Osman onu fəth etmişdi. Övliya Çələbi şəhəri gəzdiyi zaman "Xatın Turla nəhri üzərində kiçik qalacıqdır", – deyə yazırsa da, iftixarla bu kiçik yerin böyük şəhid məzarlığından danışır, Karakaş Paşanın və onunla birlikdə şəhid olmuş yeddi min əsgərin qəbrini ziyarət etdiyini göstərir[1].

Ruslar tərəfindən ilk dəfə 1738-ci ildə Feldmarşal Minixin komandanlığı altında zəbt edilmişdir. Qalanın komendantı İlyas Kolçak Paşa oğulları ilə birlikdə ruslara əsir düşmüş, sonra xaçlanmışdılar. О Rusiyada Vətəndaş müharibəsi illərində Sibirin hakimi olmuş rus admiralı Aleksandr Kolçakın ulu babasıdır. Rus alimi və şair Mixail Lomonosov Xatının alınması münasibətilə çariçə Anna İoannovnaya həsr etdiyi mədhiyyədə Kolçak paşanın adını çəkmişdi.

Rus-Osmanlı müharibələrində bu qala dönə-dönə; 1739-cu ildən başlayaraq 1769, 1788,1807-ci illərdə istila olunmuşdu. Qalanı ələ keçirən rus əsgərləri Xatın qalasının adını öz bildikləri şəkildə mənalandırırdılar. Xatın adını Xotinə çevirərkən qalib əsgərlər: Xatın ili Xatim"! – deyə şənlənirdilər[2] (xotim rusca "istəyirik" deməkdir).

1787-1791-ci illər Rus-Türk müharibəsi gedişində Dnestr (Turla) və Prut (Burat) çayları arasındakı Ak Kirman, Bəndər, Xatın kimi möhkəm türk qalalarının işğalından sonra Kutuzov Yekaterinaya göndərdiyi raportda Dnestr boyuna köçürülən ermənilər barədə məlumat verir. Türk komandanlığının bu köçürülmədən narahat olduğunu da xəbər verirdi[3].

Nəhayət, qala 1812-ci ildə birdəfəlik Rusiyaya keçmişdir. Qalanın indi XII-XV əsrlərə aid olan divarları durmaqdadır. Vaxtilə Lopasna çayı üstündə Ryazan knyazlığı ilə Moskva dövlətini ayıran Xatın sərhəd kəndi var idi. XIV əsrdə Moskva dövləti ərazilərinə daxil edilmişdir. İndiki adı Xotundur. Jitomir vilayətindəki (Ukrayna) Xatinovka kəndinin adı da rus dilinə uyğunlaşdırılmışdır.

  1. Evliya Çelebi. Seyahetnamesi, V-VI c, s.508
  2. Памятные записки А.В. Храповицкою, статс-секретаря императрицы Екатерины И, М., 1990. с. 61
  3. М.И.Кутузов. Письмо. Записки. М., Воен. Изд. 1989, с.79
  • Minaxanım Təkləli, Türk kitabı. Unudulan tarix, dəyişdirilən adlar, Bakı,2009,

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • «Битва Наций» Первый международный фестиваль исторической реконструкции средневековья «Битва Наций» в Хотинской крепости