Toplum TV

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Toplum TV
Loqonun şəkli
Ölkə
Baş qərargah
Yaranma tarixi 2016
Təsisçi Ələsgər Məmmədli

Toplum TV 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur.

Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir.

Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistikahüquq müdafiəçiliyi təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.[1]

Yaradılması və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Toplum TV 2016-cı ildə təsis edilmişdir. Saytın hüquqi təsisçisi hüquqşünas Ələsgər Məmmədli, baş redaktoru isə jurnalist Xədicə İsmayıldır.

Toplum TV həm ölkədən, həm də dünyadan mütəmadi olaraq iqtisadi, siyasi, sosial xəbərlər, o cümlədən araşdırma yazıları, siyasi məhbusların məhkəmələrindən xəbərlər dərc edir. Bundan əlavə saytda internet verilişlərinə də yer verilmişdir. Belə ki, "Toplumun nəbzi" adlı verilişdə müxtəlif qonaqlarla — millət vəkilləri[2][3], diplomatlar[4][5], iqtisadçılar[6], siyasətçilər[7], siyasi partiyaların üzvləri[8] və s. ilə müzakirələr yayımlanır. "Məhkəmə saatı" adlı verilişdə isə siyasi məhbusların məhkəmələri işıqlandırılır, hüquqşünaslar və ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyəti tədqiq edilir.

Əlavə olaraq, Toplum TV Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev[9], Dövlət Vergi Xidməti[10], Fövqəladə Hallar Nazirliyi[11], Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli[12], o cümlədən korrupsiya halları[13] barədə araşdırma yazıları da dərc edib.

Ofisə basqın və həbslər

[redaktə | mənbəni redaktə et]

2024-cü il martın 6-da Daxili İşlər Nazirliyi tərəfindən Toplum TV müstəqil media platformasının yerləşdiyi ofisə basqın edildi.[14] Basqın nəticəsində media qurumunun 10-dan çox işçisi saxlanılmışdır[15].

Akif Qurbanov və Fərid İsmayılovun evlərində axtarış aparılıb və əməliyyatçılar Fərid İsmayılovun mənzilindən 31.000 avro götürüblər. Elə həmin gün ofisdə olan III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun rəsmiləri Ruslan İzzətli, Elmir Abbasov, Araz Əliyev və Toplum TV-nin jurnalistləri Pərvanə Qurbanlı, Fərid İsmayılov, Alya Ağayeva, Taleh Bədəlov, Sadiq Qurbanov, Müşfiq Cabbarov, Cavid Ramazanov polis tərəfindən aparılıb[16]. Martın 7-də Fərid İsmayılovun vəkili Zibeydə Sadıqovanın sözlərinə görə Toplum TV əməkdaşları Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova, İlkin Əhmədova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb[17]. 8 mart 2024-vü ildə Xətai Rayon Məhkəməsində bu iş üzrə saxlanılan Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabbar və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib[18].

8 mart 2024-cü ildə Toplum TV-in hüquqi təsisçisi Ələsgər Məmmədli sağlamlığında yaranan problemlərdən dolayı biopsiya üçün həkimə gedərkən şübhəli şəxs kimi saxlanılıb və evində axtarış aparılıb. Bu zaman evdə 60.000 avro tapılıb. Yaxınlar bu pulların elə axtarışı həyata keçirən əməliyyatçılar tərəfindən qoyulduğunu bildirib. Elə həmin gün III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də şübhəli şəxs qismində saxlanılıb[19]. Xətai Rayon Məhkəməsi onların hər ikisi barədə 4 aylıq həbs qətimkan tədbiri seçib[20]. Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli onun bədənində üç şiş aşkar edildiyini, həyatının təhlükədə olduğunu, bununla belə təcridxanada heç bir həkim nəzarəti olmadan saxlanıldığını bildirib[21]. Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı isə həkimin sözlərinə istinad edərək bildirib ki, Ruslanın ödündə ciddi problem var və o, təcili əməliyyat olunmalıdır[22].

Mayın 15-də bir qrup ABŞ senatoru -Ben Kardin, Tim Keyn, Jeff Merkli, Brayan Şats və Kris Van Hollenin rəhbərliyilə senata qətnamə təqdim edib. Senatorlar ABŞ prezidenti Baydeni Azərbaycan da daxil olmaqla, bütün dünyada mətbuat azadlığına hücumların qarşısını almağa çağırıblar[23].Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Toplum TV jurnalistlərini azad etməyə, müstəqil xəbər orqanının əməkdaşlarına qarşı bütün ittihamları ləğv etməyə, medianın azad şəkildə işləməsinə şərait yaratmağa çağırıb[24]. İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi isə Toplum TV ilə bağlı saxlanılan şəxslərə qarşı qeyri-insani rəftar göstərildiyini bildirərək həbsləri siyasi motivli sayıb və hakimiyyətdən həbs edilmiş şəxslərin azadlığa buraxılmasını tələb edib[25]. "Amnesty International"ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze Toplum TV-nin Bakıdakı ofisinə basqın edərək jurnalistləri saxlaması xəbərinə münasibət bildirərkən qeyd edib: "Biz beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyətin aktuallığını və ağırlığını tanımağa və bu təzyiqlərə son qoymaq üçün hakimiyyətə təzyiq göstərməyə çağırırıq. Ölkə bu ilin noyabrında "COP29" iqlim konfransına ev sahibliyi edəcəyi üçün bu beynəlxalq diqqətdən insan hüquqlarına hörmət tələbində istifadə edilməsi vacibdir[26]. Xarici Siyasət İdarəsinin mətbuat katibi Peter Stano bildirib ki, Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq ifadə azadlığını, o cümlədən müstəqil jurnalistika üçün azad və maneəsiz məkanı təmin etməyə çağırır[27]. 29 may 2024-cü ildə isə Avropa İttifaqı Diplomatik Xidməti də Toplum TV və digər müstəqil media qurumlarına açılan cinayət işləri ilə bağlı bəyanat yayıb[28]. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeyro da həbslərlə bağlı narahatlığını ifadə edib[29].Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanda jurnalistlərin və insan haqları müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlər” üzrə məruzəçisi Hanna Bardell Toplum TV jurnalistlərinin və Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) fəallarının həbslərini kəskin şəkildə pisləyib[30].

  1. "Biz kimik?". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-09.
  2. "Prezidentin andiçmədəki mesajları - Elman Nəsirovla müzakirə". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-09.
  3. "Seçkilərdən sonra doğrudanmı yeni mərhələ başlayır? - Zahid Orucla müzakirə". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-09.
  4. "Berlin danışıqları: Sülhə doğru irəliləyiş, yoxsa görüş xatirinə görüş?". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-09.
  5. "Navalnının həbsxanada ölümü - Rusiyada nələr olacaq?". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-09.
  6. "Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-09.
  7. "Azər Qasımlı ilə gündəm müzakirəsi". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-09.
  8. "Əli Kərimli ilə siyasi gündəm". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-09.
  9. "Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-11.
  10. "Maşın bazarında qəbzsiz milyonlar - Dövlət Vergi Xidməti susur". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-11.
  11. "Araşdırma: Nazirin şərikli ünvanına gedən 9 milyon manat". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-11.
  12. "Gediş haqqının 5 faizi kimin mənzilinə gedib çıxır?". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-11.
  13. "Korrupsiometr-2: Siyasi büdcədən mənimsənilənlər". Toplum TV (az.). İstifadə tarixi: 2024-12-11.
  14. "Toplum TV-nin ofisi möhürlənib, cinayət işi açılıb". 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  15. "Xədicə İsmayıl: Bu, ölkədəki represiya dalğasının növbəti addımıdır".
  16. "Akif Qurbanov və jurnalist Fərid İsmayılovun mənzilində axtarış bitib, hər ikisi əlləri qandallı aparılıb". Voice of America (az.). 2024-03-06. İstifadə tarixi: 2024-12-11.
  17. "Toplum TV-nin ofisində saxlanılanlara qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb".
  18. "Məhkəmə "Toplum TV" işinə görə saxlanılanlar barəsində həbs qərarı verib". Voice of America (az.). 2024-03-08. İstifadə tarixi: 2024-12-12.
  19. "Ələsgər Məmmədli və Ruslan İzzətli şübhəli şəxs qismində saxlanılıblar". Voice of America (az.). 2024-03-08. İstifadə tarixi: 2024-12-12.
  20. "Ələsgər Məmmədli və Ruslan İzzətli də həbs edildi". Axar.Az (az.). 2024-03-09. İstifadə tarixi: 2024-12-12.
  21. "Nəsimi Məmmədli: Ələsgər Məmmədlinin həyatı həqiqətən təhlükədədir". Voice of America (az.). 2024-03-13. İstifadə tarixi: 2024-12-12.
  22. "Ruslan İzzətlinin yoldaşı: Həkim dedi ki, ödü hər an "pristup" verə bilər". Voice of America (az.). 2024-03-13. İstifadə tarixi: 2024-12-12.
  23. "Congressional Record". www.congress.gov. İstifadə tarixi: 2024-12-12.
  24. "Azerbaijani police raid Toplum TV, detain journalists over alleged currency smuggling". Committee to Protect Journalists (ingilis). 2024-03-11. İstifadə tarixi: 2024-12-12.
  25. ""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" "Toplum TV işi" ilə bağlı bəyanat yayıb". Voice of America (az.). 2024-03-11. İstifadə tarixi: 2024-12-12.
  26. "Azerbaijan: Campaign of intimidation against independent media continues with raid on Toplum TV". Amnesty International (ingilis). 2024-03-07. İstifadə tarixi: 2024-12-12.
  27. "Peter Stano: Aİ Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq ifadə azadlığını təmin etməyə çağırır". Voice of America (az.). 2024-03-07. İstifadə tarixi: 2024-12-12.
  28. "Azerbaijan: Statement by the Spokesperson on the human rights situation | EEAS". www.eeas.europa.eu (ingilis). İstifadə tarixi: 2024-12-12.
  29. "OSCE Media Freedom Representative deeply concerned about ongoing harassment of media workers in Azerbaijan". www.osce.org (ingilis). İstifadə tarixi: 2024-12-12.
  30. "AŞPA məruzəçisi Toplum TV jurnalistlərinin və fəalların həbsini pisləyib". Voice of America (az.). 2024-03-08. İstifadə tarixi: 2024-12-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]