Spitak zəlzələsi
Spitak zəlzələsi | |
---|---|
Tarix | |
Maqnituda | 6,8 bal |
Hiposentrin dərinliyi | 10 km |
Episentrin yeri | |
Ölənlər |
|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Spitak zəlzələsi (həmçinin Leninakan zəlzələsi, Gümrü zəlzələsi də adlanır) — 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ.
Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss edilib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb.
Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu. Ermənistanın hava məkanında Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəbləri bu günədək aydınlaşdırılmayıb.[1] Başqa bir versiyaya görə təyyarə Quqark rayonunun yaxınlığında hava limanında, yük təyyarəsinin qarşısında "Stinger" raketi ilə vurulub. Təyyarənin göyərtəsində 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, 1 erməni və 1 yəhudi olub.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Spitak zəlzələsindən 22 il ötür". 2011-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-08.
- ↑ Baku TV. "SSRİ-nin gizlətdiyi faciə" (az.). Youtube.com. 06.12.2023. 2023-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-06.