Sarıcalı (Ağcabədi)
Kənd | |
Sarıcalı | |
---|---|
40°08′26″ şm. e. 47°10′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağcabədi rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 11.2[1] |
Mərkəzin hündürlüyü | 87 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 1 753[1] nəfər (2015) |
Sıxlığı | 156.5 nəf./km² |
Milli tərkibi | Azərbaycanlılar[1] |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 113 |
Poçt indeksi | AZ0428[2] |
Nəqliyyat kodu | 04 |
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd.[3]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır.[4]
Tanınmışları
[redaktə | mənbəni redaktə et]- Tofiq Sarıcalınski — Dövlət xadimi
- Rüstəm Rüstəmov — Professor , alim
- Ələsgər Rüstəmov — Hüquqşünas
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Rayon haqqında: Tarixi" (az.). Ağcabədi Rayon İcra Hakimiyyəti. Archived from the original on 2015-10-16. İstifadə tarixi: 2015-10-16..
- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Nazim Tapdıqoğlu (Vəlişov) Ağcabədi Ensiklopediyası
Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Ağcabədi rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |