Qara Su
Qara Su adası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | 25 ± 1 m |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
39°50′00″ şm. e. 49°32′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Arxipelaq | |
Akvatoriya | |
|
Qara Su — Xəzər dənizində, Bakı arxipelaqında[1] Azərbaycana məxsus ada.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Məskunlaşma yoxdur. Qara su vulkan-tektonik məşəllidir. Adanın uzunluğu 900 m, eni isə 600 metr təşkil edir. Sahildən 8 km aralıdır. Bakı arxipelaqında ən iri vulkan məşəlli adadır. Qarasu adası palçıq vulkanında XIX əsrin ikinci yarısında 1876-cı cı ilin fevral, mart aylarında iki püskürmə baş verir. Bu, vulkanın insanların hafizəsində qalan ilk püüskürmə olur. 1977-ci ildə aprel ayında ən intensiv və uzun müddətli (2 gün) püskürmə olub.
Ada qaz, su, neft pərdəcikli lilli su verən coxlu sayda qrifon və salzalar vardır. Torpaqları əsasən palcıq, lil, qum və gil məhlulunun vulkan vasitəsilə səthə çıxaraq bəkiməsi nəticəsində əmələ gəlib. Sahil sularında yosunlar vardır. Dəniz quşları, Xəzər suitisi adaya qonaq olurlar. Sahil sularında Xəzər dənizinə xas balıqlar var.
Etimalogiyası
[redaktə | mənbəni redaktə et]Adanın belə adlanması vulkan püskürməsi ilə adada əmələ gələn lil və gilli sudan qaynaqlanır. Ruslar adaya Los (Sığın) adını vermişlər. Səbəb isə adanın yuxarı hissələrinin yüksək, cənuba dogru isə alcaq olması kazaklara sığının kürəyini xatırladırmış.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "General information". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.