Alçaq badam
Alçaq badam | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Alçaq badam |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Avropada əsasən meşə və səhralarda təbii halda bitir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir. Toxumlarla, calaqla, kök zoğları ilə çoxaldılır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]İşıqsevən, quraqlığa və qışa davamlıdır. Çox nəmişli zəngin torpaqlarda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Böyük Qafqazda təbii halda rast gəlinir. Azərbaycanın bir çox rayonlarında mədəni halda becərilir. Dendrologiya institutunda introduksiya edilib.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Yaşıllaşdırmada gözəl və tez çiçəkləyən kol kimi qrup və ya tək əkinlərdə istifadəsi məqsədyönlüdür. Badamın oduncağı çox böyük sıxlığa malik olub, gözəl qırmızımtıl rəngə çalır.