Portal:Videooyunlar
Videooyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.
Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir
Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.
2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiya və smartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.
Assassin's Creed Origins (azərb. Qatilin İnancı Başlanğıc) — "Ubisoft Montreal" tərəfindən hazırlanan, "Ubisoft" şirkəti tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan video oyun. "Assassin's Creed" oyun seriyasındakı 10-cu əsas epizoddur (ümumilikdə 17) və 2015-ci ildə satışa çıxarılan "Assassin's Creed Syndicate" video oyununun davamıdır. Oyun 27 oktyabr 2017-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır.
"Origins" tənqidçilərdən müsbət rəylər almışdır. Oyun hekayəsi, personajları, səs aktyorluğu, yenidən işlənmiş geympley sistemləri, böyük dünyası və vizuallarına görə təriflənmiş, ancaq texniki problemlərinə görə tənqidlənmişdir. Oyun bir çox tənqidçi tərəfindən seriyanın ən yaxşı və ya ən yaxşı oyunlarından biri seçilmişdir. Oyunun davamı – "Assassin's Creed Odyssey"in əsas süjeti Qədim Yunanıstanda cərəyan edəcək və 2018-ci ildə satışa çıxarılmışdır.
Doqmit (ing. Dogmeat) və ya it — postapokaliptik mövzulu rol video oyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) video oyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa video oyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) video oyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də video oyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir.
- ... "Uncharted" seriyasının baş qəhrəmanı olan "Neytan Dreyk" personajının yaradılmasında müəlliflərin Conni Noksvilldən, eləcə də Tintin və Con Makkleyn kimi personajlardan ilhamlandığını?
- ... "Sega" şirkətinin işçiləri Kirpi Sonik (şəkildə) personajı üzrə işlədikləri ilk dövrlərdə onun bir kirpi yox, dovşan olduğunu?
- ... "Nintendo" şirkətinin flaqmanı olan Mario personajının ilk göründüyü video oyunun "Donkey Kong" və o zaman onun adının "Campmen" (mənası – Tullanan adam) olduğunu?
- "God of War" seriyasının baş qəhrəmanı Kratos personajının əslində qədim bir yunan tanrısı olduğunu və "Mortal Kombat" video oyununda da göründüyünü?