Nataliya Mey

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nataliya Mey
est. Natalie Mei
Doğum tarixi 10 yanvar 1900(1900-01-10)[1]
Doğum yeri
Vəfat tarixi 29 iyul 1975(1975-07-29) (75 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti rəssam, karikaturçu, rəssam-qravürçü[d]
Təhsili Pallas İncəsənət Liseyi

Nataliya Yuxanovna Mey (est. Natalie Mei; 10 yanvar 1900[1], Liepaya, Kurlandiya quberniyası[d]29 iyul 1975, Tallin) — Estoniya sovet teatr rəssamı, qrafika rəssamı, illüstrator, müəllim. Estoniya SSR əməkdar artisti (1945). Səhnə geyimləri üzrə ixtisaslaşan ilk estoniyalı rəssam.

Nataliya Mey hərbi limanın tikintisində iştirak edən gəmi kapitanı Yohan Meyin ailəsində anadan olub. Ailədə üç bacı - Lidiya, Natalya və Kristina böyüyüb. Lidiya və Nataliya 1920-ci illərdə Estoniya incəsənətinə təsir edən “Yeni obyektivlik” bədii hərəkatının nümayəndələri, Kristina isə heykəltəraş olub.[2]

1915-ci ildə Nataliya Tallin Qadın Gimnaziyasını bitirib. O, 1918-ci ildə Petroqradda Qadın Politexnik İnstitutunda memarlıq təhsili alıb. Nataliya Mey İncəsənəti Təşviq Cəmiyyətinin Petroqrad Məktəbində rəssamlıq təhsilinə yiyələnib (1917-1918). Nikolay Triikin rəhbərliyi altında rəssamlıq təhsilini Tallində davam etdirib. 1919-cu ildə Tartuda Pallas incəsənət birliyinin yaz sərgisində ilk dəfə iştirakçılar arasında olub.[2]

1919-cu ildə Tartuda keçirilən Pallas incəsənət birliyinin yaz sərgisində ilk dəfə iştirak edib.

1920-1921-ci illərdə Tartu pedaqoji məktəbində rəssamlıq müəllimi işləyib. O, 1920-ci illərin sonlarında akvarel müəllifi kimi şöhrət qazanıb. Nataliya Mey əsərləri Amsterdam, Riqa, Helsinki, Berlin kimi dünyanın bir çox şəhərlərində sərgilərdə nümayiş olunub.

Nataliya Mey 1921-1924-cü illərdə ilk Estoniya milli rəssamlıq məktəbində “Pallas”da təhsilini davam etdirib. Özünü təkmilləşdirmək məqsədilə dəfələrlə Qərbi Avropanın incəsənət mərkəzlərinə səfərlərə gedib.[2]

1929-cu ildən başlayaraq Mey Tallində Estoniya Teatrında (indiki Estoniya Milli Operası) işləyib. 1940-cı ildən Estoniya SSR Tallin Tətbiqi İncəsənət İnstitutunun müəllimi kimi tələbələr yetişdirməyə başlayıb. Onun məşhur tələbələri arasında Estoniya SSR xalq artisti Eldor Renter də var (1984).

Nataliya Mey daha çox teatr geyim dizayneri kimi tanınıb.[3]

O, Rəssamlar İttifaqının (1958-ci ildən) və Estoniya SSR Teatr Xadimləri İttifaqının (1968-ci ildən) üzvü olub.

Nataliya Mey 1975-ci ildə Tallində vəfat edib və Rahumae qəbiristanlığında dəfn olunub.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nataliya Mey teatrda çalışdığı yaradıcılığı dövründə bir çox məşhur əsərlərin rəssamı olub. O, Cakomo PuççinininTurandot” (1939, Estoniya Teatrı), Molyerin “Xəyali əlil” (1936, Dram Teatrı), Reynqold Qlyerin “Qırmızı lalə” (1939, Estoniya Teatrı), Euqen Kappın “İntiqam odları” (1945, Estoniya Teatrı), Qustav Ernesaksın “Fırtınaların sahili” (1949, Estoniya Teatrı), Aleksis Kivinin “Kənd çəkməçiləri” (“Nummi çəkməçiləri”, 1960, V.Kinqisepp adına Estoniya Dövlət Akademik Dram Teatrı) kimi tamaşaların tərtibatında iştirak edib.

O, həm də dekorativ rəssam kimi də şöhrət qazanıb. Belə ki, Nataliya Meyin tərtibat verdiyi Kemmeninin “Cənubun bir yerində” (1958, Leninqrad Musiqili Komediya Teatrı), Raudun “Oyanan yay gecəsi” (1961, V.Kinqisepp adına Estoniya Dövlət Akademik Dram Teatrı) tamaşalarına tərtibat verib. Mey dekorçu-rəssam kimi filmlərin yaradılmasında da iştirak edib. "Yeraltı Dünyadan Yeni Şeytan" (1964), "Son relikt" (1969) və "Kolme katku vahel" (1970) və s. filmlərin rəssamı olub.[2]

2006-cı ildən etibarən Estoniya Teatr İttifaqı teatrda çalışan rəssamlara səhnə və geyim rəssamlarının uğurlu işini qiymətləndirən Nataliya Mey mükafatını təqdim edir.[4]

  1. 1 2 Natalie Mei // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  2. 1 2 3 4 Eesti kunsti ja arhitektuuri biograafiline leksikon, Eesti Entsüklopeediakirjastus, Tallinn 1996; lk. 306-307
  3. Natalie Mei 100. Näitus Adamson-Ericu muuseumis
  4. "Natalie Mei nimeline auhind". 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-16.
  • Театральная энциклопедия. Том 3/Глав. ред. П. А. Марков — М.: Советская энциклопедия, 1964.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]