Mum fiqurları evi (film, 2005)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mum fiqurları evi
ing. House of Wax
Janr Qorxu filmi
Əsas mövzu seriyalı qatil
Rejissor Jaume Kolett-Serra
Prodüserlər
Ssenari müəllifləri Çarlz Belden
Çad Heys
Keri Heys
Baş rollarda Elişa Katbert
Çad Maykl Mürrey
Brayan Van Holt
Cared Padaletski
Peris Hilton
Operator Stiven Uindon
Bəstəkar Con Ottman
İstehsalçılar Warner Bros.
Dark Castle Entertainment
ImageMovers
Silver Pictures
Village Roadshow Pictures
Distribütor Warner Bros., Netflix
İlk baxış tarixi 26 aprel 2005[2], 2 iyun 2005[3]
Filmin növü Bədii film
Müddət 113 dəqiqə
Büdcə $40 million[1]
Gəlir 1.985.563 A$[4]
Ölkələr Avstraliya Avstraliya
ABŞ ABŞ
Dil İngilis dili
İl 2005
Rəng rəngli[d]
Çəkiliş yeri Avstraliya
IMDb ID0397065

"Mum fiqurları evi" (ing. House of Wax) — ABŞ-yəvstraliya istehsalı, rejissor Jaume Kollett Seranın, qorxu janrında film. Film 2005-ci ildə ekranzasiya olmuşdu. 1953-cü ilin (həmin adda) və 1933-cü ilin «Mum fiqurlar muzeyinin sirri» adlı filmlərinin remeykidir. ABŞ-də film $32 064 800 gəlir qazanmışdı, onların birinci uik-enddə $12 077 236. Digər ölkələrdə $36 701 321 yığmışdı, bu isə ümumillikdə $68 766 121 topladı.[5]

Film girişlə başlayır. Biz görürük ki, qadın mum hazırlayır və maska üçün formanı götürərək mumu ona tökür. Onun yanında oğlu oturub və qarğıdalı portlağı yeyir. Birdən otağa atası ikinci oğlanla daxil olur və arvadına deyir ki, onu(ikinci oğlanı) sakitləşdirməyə kömək etsin. Onlar onu stula otuzduraraq əllərini və ayaqlarını bağlayırlar, o stuldan yıxılır, anasının əlini cırmaqladığı üçünsə anası ona şillə vurur (bununla filmin giriş hissəsi sona çatır və «Mum evi» yazısı əmələ gəlir).

4 oğlan və 2 qız futbol matçına, ilin oyununa baxmağa gedirlər. Uzun yol getdikləri üçün onlar dayanırlar və gecəliyirlər. Onlar od ətrafında oturarkən yük maşını gəlir, fara işıqları ilə onların düz üzünə vurur. Oğlanlardan biri Nik, şüşə butulkanı maşına ataraq farasını sındırır, yük maşını bir neçə saniyədən sonra çıxıb gedir. Karli-Nikin bacısı, gecə onlar yatarkən kiminsə gəzdiyini eşidir. Səhəri oğlanlardan biri, onun kamerasının harada olmasını hamıdan soruşur. Yaxınlıqdaki meşədən dəhşətli iy gəlir, və 2 qız- Karli və Peyc həmin iyinin mənbəyinin axtarışına çıxırlar. Karli içərisində ölü heyvanlarla dolu çalaya düşür.

Həmin yerə digər yük maşını gəlir. Onun sürücüsü elə bu ölü heyvanları bura gətirəndir. Karli və onun boyfriendi(oğlan dostu) Ueyd, sürücü ilə birlikdə yaxınlıqdaki şəhərə getməyə gərar verirlər, çünki onların sürdüyü avtomobilin kəmərini kimsə xarab edib və bunun üçün də təzə kəmərə ehtiyac duyulur. Onlar benzindoldurma məntəqəsinə gəlirlər, amma orada heç kim yoxdu.

Bir az gəzişməyi qərar alan yeniyetmələr mum fiqurlar evinə girirlər. Ağlasığmaz dərəcədə real görünən mum fiqurlara baxdıqları zaman, bütün evin belə təmiz mumdan hazırlandığına diqqət edirlər. Karli aynadan maskalı bir şəxsi görür. Onlar bir az bundan qorxurlar və oğlanla qız evi tərk edirlər.

Kömək tapmaq üçün onlar yaxınlıqda yerləşən kilsəyə gedirlər, amma orada Bo adlı benzindoldurma məntəqəsinin sahibi ilə rastlaşırlar. Ueyd mağazada lazımı uzunluqda kəmər tapa bilmir, Bo isə onları evinə dəvət edir. Ueyd tualetə getməyə xahiş edir və Bo onu otağa aparır. Karli evin qabağındaki yük maşınına əyləşir. O birdən anlayır: bu maşın dünən onların düşərgə saldıqları yerə gələn və fara ilə işıq vuran həmin yük maşınıdır. Ueyd evdə otaqları gəzir. Birdən kimsə qayçıyla onun ayağını kəsir. Ueyd xilas ola bilmir; onu Vinsent-Bo'nun qardaşı, maskalı insan, özünün emalatxanasına aparır. Orada Vinsent Ueydə iynə vasitəsi ilə ağır narkotik daxil edir. Sonra onun bədəninin bütün tüklərini qırxır və qaynar mumu bütün bədəninə tökərək, ondan diri-diri mum fiquru düzəldir. Karli bu zaman, sevgilisinin bu qədər vaxt qayıtmadığından qorxaraq dostlarına zəng etməyə çalışır. Bo qızın ondan şübhələndiyini görür və zorla onu maşından çıxartmağa çalışır. Qız avtomobili bir neçə metr sürməyə və Bodan xilas olmağı bacarır, lakin sonra maşın yolda ilişir.

Onda Karli maşından çıxır və yeganə ümid yeri kimi kilsəyə qaçır. Amma kilsəyə girdiyində, orada olan bütün insanların mum fiqur olduğunu görür. Məntəqə sahibi burada onu yaxalayır. Bo qızı benzindoldurna məntəqəsinin zirzəmisinə aparır, orada onu stula bağlayır, ağzını isə kleylə yapışdırır. Bu zaman, digər dostlar futbol matçına tələsirlər. Yolda onlar tıxaca düşürlər, bunu üçün də yenidən dünən düşərgə saldıqları yerə geri qayıdırlar. Peyc öz boyfriendi ilə bir qalır, Karlinin qardaşı Nik isə dostu ilə "Mum şəhəri" Ambrouza — benzin tapdıqdan sonra görüşəcəkləri yerə gedirlər.

Nik benzindoldurma məntəqəsinə yaxınlaşır və orada Bo ilə görüşür. Nikin dostu mum evinə yönəldiyi zaman, Nik Bo'dan, dostlarını gördüyü barədə suallar verir. Bo, heç kəsi görmədiyini deyir. Karli, qardaşı onu görsün deyə barmağını zirzəminin tavanında (yəni elə Bo'nun ayağının altında yerləşən) qəfəs formasında dəliyə barmağını çıxarır. Bo bunu görür və ayaqqabısının bağlarını bağlamamq adı ilə əlindəki iti ploskops ilə qızın barmağını üzür. Qız dəhşət içərisində qışqırmağa çalışır amma ağzı kleylə yapışdırıldığından bunu edə bilmir. O dırnaqları ilə zorla dodaqlarını açır və qışqırmağı bacarır. Nik yaxşı fiziki hazırlığa malik olduğundan bir neçə zərbə vurmaqla Bo'nu yerə sərir, tez məntəqəyə girir və bacısını məntəqənin zirzəmisində taparaq bacısını-Karlini xilas edir.

Nikin dostu isə bu zaman mum evdə Ueydin mum fiqurunu aşkar edir və fiqurun gözlərinin tərpənməsindən dəhşətə gəlir. O Ueydə kömək etməyə çalışır mumu qopardıqda, mumla birgə Ueydin dərisinin də qopduğunu görür. Vinsent onları görür və 2 qayçısı ilə onun başını kəsir. Nik və Karli dostlarsız getmək istəmirlər, amma tezliklə onların artıq öldüklərini anlayırlar və buradan tez çıxmağa qərar verirlər. Vinsent isə meşədə Peyc və onun boyfriendini(oğlan dostunu) tapır və onların ikisini də öldürür. Bacı və qardaş Bo'nun evindədirlər.

Elə bu vaxt evə Vinsent gəlir. Nik evin içərisində luk tapır və Karli ilə birgə onlar aşağı düşürlər. Əvvəlcə onlar emalatxanaya, sonra isə mum evə daxil olurlar. Burada onların sonuncu döyüşü baş verir. Sən demə Bo ilə Vinsent siam əkizləridir. Qardaşların anası bir zamanlar mum fiqurlar düzəldirdi, amma sonralar o ölür, buna görə də qardaşların özlərini niyə belə aparması da aydın olur: şəhərin sakinlərini mum fiqurlara döndərməklə, onlar analarının istəyini həyata keçirdiklərini hesab edirlər. Karli qardaşların ikisinidə öldürməyi bacarır: Bo'nu beysbol bitası ilə ölənə kimi döyür, Vinsentə isə bıçaq soxur. Mum evdə yanğın törənir və ev əriməyə başlayır. Karli və Nik xilas ola bilirlər. Şəhərə polislər gəlir. Aydın olur ki, hələ üçüncü qardaş da var, ancaq onun haqqında heç kim, heç nə bilmir. Karli ilə Nik avtomobillə şəhərdən çıxdıqları zaman, ölü heyvanları aparan sürücü ilə rastlaşırlar — o gülümsəyərək onlarla sağollaşır.

Prey, slay, displayTut, öldür və muzeyə qoy.

Maraqlı faktlar

[redaktə | vikimətni redaktə et]
  • Peris Hilton jüri seçiminə heç getməyib, o elə bu rol üçün yeganə namizəd idi.
  • Baxmayaraq ki, Çad Maykl Mürreyin personajı və onun bacısı «Couns» soyadını daşıyırlar, filmdə bu qeyd edilməyib.
  • Bo və Vinsenti bír aktyor — Brayan Van Hoult oynayıb.
  • Peris yalnız ona komfort şərait yaradıldıqdan sonra filmdə çəkilməyə razılıq verib. Elə buna görə də, bütün aktyorlar treylerdə qalan zaman, o Ritz-Karlton otelində yaşayırdı. Ümumilikdə isə Peris "komfortuna" 270 min dollar pul xərclənib.
  • Filmin çəkilişi zamanı, Çad Maykl Mürrey və Peris Hilton arasında roman yaşanıb, bu romana görə Çad həyat yoldaşından — aktrisa Sofiya Buşdan ayrılıb.
Aktyör/Aktrisa Rol
Elişa Katbert Carly Jones
Çad Maykl Mürrey Nick Jones
Brian Van Holt Bo Sinclair/Vincent Sinclair
Peris Hilton Paige Edwards
Jared Padalecki Wade
Jon Abrahams Dalton Chapman
Robert Riçard Blake
House of Wax: Music from the Motion Picture
Yayımlanma tarixi 3 may 2005
Yazılma tarixi 10 may 2005
Janr film musiqisi
Alternativ metal
Qotik rok
Müddət 50:41 (commercial), 41:46 (score)
Prodüser Various
Con Ottman
Albom xronologiyası
"N/A" "House of Wax: Music from the Motion Picture"
(2005)
House of Wax: Music from the Motion Picture
BaşlıqPerformerMüddət
1."Spitfire (song)""The Prodigy" featuring Juliette Lewis5:08
2."Helena"My Chemical Romance3:52
3."Minerva"Deftones4:17
4."Gun in Hand"Stutterfly3:29
5."Prayer"Disturbed (band)3:38
6."Path to Prevail"Bloodsimple3:17
7."Dried Up, Tied and Dead to the World"Marilyn Manson (band)4:15
8."Dirt"The Stooges7:00
9."Not That Social"The Von Bondies3:00
10."Cut Me Up"Har Mar Superstar3:10
11."New Dawn Fades"Joy Division4:46
12."Taking Me Alive"Dark New Day4:43
Ümumi müddət:50:41
Original Motion Picture Score
BaşlıqMüddət
1."Opening/Tantrum"3:28
2."Ritual/Escape the Church"4:15
3."Story of the Town"1:39
4."Up in Flames"3:42
5."They Look So Real"2:16
6."Sealed Lips"3:56
7."Brotherly Love"2:28
8."Hanging with Baby Jane"3:36
9."Paris Gets It"3:07
10."Curiosity Kills"2:33
11."Bringing Down the House"5:08
12."Three Sons"2:28
13."Endless Service"2:45
Ümumi müddət:41:21


Mükafat və nominasiyalar

[redaktə | vikimətni redaktə et]
Mükafatlar və nominasiyalar
Qrup Mükafat Nəticə
en:MTV Movie Awards (2006) Ən yaxşı triller janrında
Peris Hilton
❌N
en:Golden Raspberry Awards(Razzies) (2006) 2-ci plan üzrə ən pis qadın rolu
Peris Hilton
✅Y
Peor Imagen ❌N
Ən pis remeyk və sikvel ❌N
en:Teen Choice Awards (2006) Seçilmiş kinoaktyor: Ekşn/Macəra/Triller
Çad Maykl Mürrey
✅Y
Seçilmiş səhnə: qışqırıq
Peris Hilton
El grito de Paige cuando es perseguida por el asesino.
✅Y
Filmin seçimi: Triller ✅Y
Seçilmiş film üzrə aktrisa: Ekşn/Macəra/Triller
Elişa Katbert
❌N
Breakout Performance seçilmiş filmi — Qadın rolu
Peris Hilton
❌N
Breakout Performance seçilmiş filmi — Kişi rolu
en:Jared Padalecki
❌N
Choice Movie Rumble
Elişa Katbert,
Çad Maykl Mürrey,
en:Brian Van Holt
❌N

Dünya üzrə buraxılış tarixləri

[redaktə | vikimətni redaktə et]