Qriqori təqvimi

Vikipediya, azad ensiklopediya
(Miladi təqvim səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş, Ay, Ay-Günəş

Təqvim dövrü Uzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon

Qriqori təqvimi[1] — dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmişdir.

  1. Yanvar — 31 gün
  2. Fevral — 28 və yaxud 29[2]
  3. Mart — 31 gün
  4. Aprel — 30 gün
  5. May — 31 gün
  6. İyun — 30 gün
  7. İyul — 31 gün
  8. Avqust — 31 gün
  9. Sentyabr — 30 gün
  10. Oktyabr — 31 gün
  11. Noyabr — 30 gün
  12. Dekabr — 31 gün

Yuli təqvimi hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstələyirdi. Məsələn, əgər eranın başlanğıcında — İusus Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdə İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolitiya (Büyük Litva knyazlığıPolşa tərkibində federativ dövlət) ərazisində oktyabrın 5-inin 15 oktyabr olduğu elan edildi. Lakin provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını qəbul etmədilər. Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçmədi. Vladimir Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada fevralın 1-i, fevralın 13-ü elan edildi.

Yulian təqvimindən Qriqori təqviminə çevirmə

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda və bütün XX əsrdə Qriqori təqviminin Yuli təqvimidən fərqi — 13 gündürsə, XIX əsrdə — 12 gün, XVIII əsrdə — 11 gün, XVII və XVI əsrlərdə isə — 10 gün olub. Böyük Oktyabr Sosialist İnqilabı Yuli təqvimi ilə 25 oktyabr təsadüf edib, bu tarixi Qriqori təqviminə çevirmək üçün 25 oktyabrın üstünə 13 gəlmək lazımdır (7 noyabr). Əgər həmin hadisə XX əsrdə yox, XIX əsrdə baş versə idi 12 gün, XVIII əsrdə baş vesə idi 11 gün əlavə etməli idik). Yuli təqvimində 4 ildən bir fevral ayı 29 gün olur. Qriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 29 gün olmur, yəni Yuli təqvimində 1700, 1800, 1900, 2100-cü illərdə fevral ayı 29 gün olduğu halda, Qriqori təqvimində həmin illərin fevral ayı 28 gündən ibarətdir.

Qriqori təqviminin dünyada tətbiqi

[redaktə | mənbəni redaktə et]
Bu tarixdən sonra Bu tarix gəlir Dövlətlər və ərazilər
4 oktyabr 1582 15 oktyabr 1582 İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolita (Böyük Litva knyazlığıPolşa tərkibində federativ dövlət)
9 dekabr 1582 20 dekabr 1582 Fransa, Lotaringiya
21 dekabr 1582 1 yanvar 1583 Hollandiya, Brabant, Flandriya (tarixi vilayət)
10 fevral 1583 21 fevral 1583 L'ej yepiskopluğu
13 fevral 1583 24 fevral 1583 Ayqsburq
4 oktyabr 1583 15 oktyabr 1583 Trir
5 dekabr 1583 16 dekabr 1583 Bavariya, Zalsburq, Reqesburq
1583 Avstriya (hissə), Tirol
6 yanvar 1584 17 yanvar 1584 Avstriya
11 yanvar 1584 22 yanvar 1584 İsveçrə Lüsern (kanton), Uri, Şvits (kanton), Suq (kanton), Frayburq, Zoloturn)
12 yanvar 1584 23 yanvar 1584 Sileziya
1584 Vestfaliya, Amerikadakı ispan koloniyası
21 oktyabr 1587 1 noyabr 1587 Macarıstan
14 dekabr 1590 25 dekabr 1590 Transilvaniya
22 avqust 1610 2 sentyabr 1610 Prussiya
28 fevral 1655 11 mart 1655 İsveçrə (kanton Vale)
18 fevral 1700 1 mart 1700 Danimarka (Norveç daxil olmaqla), protestant alman dövləti
16 noyabr 1700 28 noyabr 1700 İslandiya
31 dekabr 1700 12 yanvar 1701 İsveçrə (Zürih, Bern, Bazel, Cenevrə)
2 sentyabr 1752 14 sentyabr 1752 Böyük Britaniya və koloniyalar
17 fevral 1753 1 mart 1753 İsveç (Finlandiya daxlil olmaqla)
5 oktyabr 1867 18 oktyabr 1867 Alyaska
1 yanvar 1873 Yaponiya
20 noyabr 1911 Çin
Dekabr 1912 Albaniya
31 mart 1916 14 aprel 1916 Bolqarıstan
15 fevral 1917 1 mart 1917 Türkiyə
31 yanvar 1918 14 fevral 1918 Sovet Rusiyası, Estoniya
1 fevral 1918 15 fevral 1918 Latviya, Litva (əslində, 1915-ci il alman işğalı zamanından)
17 aprel 1918 1 may 1918 Zaqafqaziya Demokratik Federativ Respublikası (İndiki Gürcüstan, AzərbaycanErmənistan respublikalrının ərazisi)
17 sentyabr 1928 1 oktyabr 1928 Misir

Qriqori təqvimi və Azərbaycan

[redaktə | mənbəni redaktə et]

14 fevral 1918-ci ildə Sovet Rusiyası Qriqori təqviminə keçmişdir. 1 may 1918-ci ildə isə Zaqafqaziya Demokratik Federativ Respublikasında Qriqori təqviminə keçilir və elan olunur ki, artıq heç də aprelin 18-i yox, əslində, mayın 1-dir[3].

  1. "President.az saytı. Bayramlar". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-17.
  2. Nömrəsi iki sıfırla qurtaran illər istisna olmaqla, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Göstərilən tarixdən sonrakı nömrəsi iki sıfırla qurtaran illərdə isə, ilnin nömrəsi 400-ə qalıqsız bölündükdə həmin ildə fefral ayı 29 gündən ibarət olur.
  3. Qriqori təqviminin Cənubi Qafqazda nə vaxtdan rəsmən tətbiq edilməsi dəqiqləşdirildi [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]