Maskatın tutulması (1552)
Maskatın fəthi | |||
---|---|---|---|
Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) | |||
| |||
Tarix | 1552-ci il avqust | ||
Yeri | Maskat, Oman | ||
Nəticəsi | Osmanlıların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Maskatın fəthi — Admiral Piri Rəisin komandanlığı altında Osmanlı ordusunun və donnanmasının hərbi əməliyyatı. Ədənin alınması ilə yanaşı, Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) müharibəsi zamanı əsas hadisələrdən biri.[2] Piri rəisin komandanlığı altında olan bu qələbə Portuqaliyanın Hind okeanın şimal-qərb sahilində möhkəmlənməsinin qarşısını aldı.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]XV əsrin sonlarındakı böyük coğrafi kəşflər, Portuqaliya zadəganlarının və ticarət elitassının güclü fəaliyyəti nəticəsi Portuqaliya dəniz imperiyasının yaradılmasına səbəb oldu. İnfant Gəmiçi Henri tez-tez Portuqaliya imperiyasının qurucusu olaraq adlandırılır. Onun himayəsi altında Portuqaliyalı dənizçilər, Afrika ətrafında dəniz yolu ilə Hindistana çatmaq istəyən yeni torpaqlar kəşf etməyə başladılar. 1497–1499-cu illərdə, Afrika sahilini dolanan Vasko da Qama komandanlığında dörd gəmidən ibarət bir donnanma Hindistan sahillərinə çatdı. Portuqallar onun sahilində bir neçə ticarət məntəqəsi qurdular. Hind okeanında portuqallar Misir Məmlüklərinin maraqları ilə toqquşdular. Bu da Portuqaliya-Misir müharibəsinə gətirib çıxardı.[4] 1505-ci ildə Məmluk donanması Sultan Qansu Ğavriin əmri ilə Portuqaliyaya qarşı kampaniyaya başladı. Donanmanın yaradılmasına dəstək ağac və silah tədarük edən Osmanlı imperiyası tərəfindən təmin edildi.
1506-cı ildə Afonso d'Albukerkunun komandanlığı altında Portuqaliya donanması Ərəbistan yarımadası sahillərinə yaxınlaşdı.[5] 1507-ci ildə d'Albukerku Maskatı bombaladı. Şəhər Səfəvi dövlətinin tabeliyində idi.[6] Lakin Portuqaliyalılar, Hind Okeanının şimal-qərb hissəsini ələ keçirmək məqsədi ilə şəhəri işğal edib, onu öz forpostuna çevirdilər. Portuqallar 1510-cu ildə Hindistan sahillərində Qoanı işğal etdilər. Bundan sonra Portuqaliyalıların yolu Ərəb dənizi və Fars körfəzinə düşdü.[7] 1514–1516-cı illərdə Osmanlı imperiyası, Portuqaliyaya qarşı mübarizədə Məmluk Sultanlığı ilə fəal şəkildə əməkdaşlıq edirdi.[8] Məmlüklərə kömək üçün Osmanlı admiralı Salman Rəis Misirə göndərildi.[9][10]
Osmanlı-Məmlük müharibəsi zamanı Məmluk Sultanlığının süqutundan sonra, Osmanlı imperiyası Hind Okeanında Portuqaliyalılarla mübarizə vəzifəsini öz üzərinə götürdü. 1525-ci ildə Salman Rəisin komandanlığı altında 18 gəmidən ibarət Osmanlı donanması Ədəni ələ keçirməklə Portuqaliyanın bu bölgədəki mövqelərinə ciddi zərbə vurdu.[11] Lakin 1535-ci ildə Diu Portuqaliyalılar tərəfindən tutuldu.
İkinci Portuqaliya-Türk müharibəsi Şərqi Afrikada Adal-Efiopiya müharibəsi çəklində davam etdi. Belə ki, burda yerli müsəlman sultanlıqları arasında Osmanlılar tərəfindən dəstəklənən Adal Sultanlığı xristian Efiopiyası ilə müharibə aparırdı. Portuqaliya bu qarşıdurmaya Efiopiya tərəfində qatıldı.
Osmanlı və Portuqaliya imperiyaları arasındakı birbaşa müharibə 1538-ci ildə Diuyu ələ keçirmək üçün Admiral Hüseyni Paşanın komandanlığı altında 54 gəmidən ibarət Osmanlı donanmasının göndərilməsi ilə başladı. 31 dekabr 1540-cı ildə Estevan da Qamanın komandanlığı altında Portuqaliya donanması Osmanlı donanmasını qarşılamaq üçün Qoadanyola çıxdı. 27 yanvar 1541-ci ildə Portuqaliya donanması Ədəni, sonra Massavanı işğal etdi. 1546-cı ildə şəhər dörd Osmanlı gəmisi tərəfindən bombalandı. 1547-ci ildə Hind Okeanındakı Osmanlı eskadronuna aktiv hərbi əməliyyatlara start verən Admiral Piri Rəis komandanlıq etməyə başladı. 26 fevral 1548-ci ildə o, Ədəni ələ keçirdi. 1552-ci ilin avqustunda Osmanlı donanması Maskata yaxınlaşdı.[6]
Şəhərin Portuqallardan azad olunması
[redaktə | mənbəni redaktə et]Maskat, Hind Okeanının şimal-qərbində Portuqaliyalılar üçün strateji baxımdan əhəmiyyətli məntəqə sayılırdı. Türklər əvvəllər də bir neçə dəfə şəhəri ələ keçirməyə cəhd göstərmişdilər. Ancaq bu cəhdlər zamanı onlar liman-şəhərə sahib çıxmağı bacarmamışdılar.[6]
1552-ci ilin avqustunda Piri Rəis və Seydi Əli Rəisin rəhbərlik etdiyi Osmanlı donanması Köhnə Maskata hücum etdi. Osmanlıların məqsədi Portuqaliyanın Fars körfəzinə girişini əngəlləmək və beləliklə Hind Okeanındakı ticarətə Osmanlı nəzarətini bərpa etmək üçün Muskatı, ardından Hörmuz və Bəhreyn adalarını tutmaq idi. Osmanlı donanması, müxtəlif mənbələrə görə, 4 qalleon, 25 qaler və 850 əsgərdən ibarət idi və ya Dioqo do Kutoya görə, Osmanlılar 15 qaler və 1200 əsgərə malik olmuşdular. Portuqaliya qarnizonu 60 əsgərdən ibarət idi.
Portuqaliyalılar tərəfindən yenicə tikilən Admiral qalası 18 gün mühasirəyə alındı. Belə ki, Osmanlı topçuları dağın təpəsində yerləşən qala istehkamlarını dağıqmaq imkanına malik deyildi. Ərzaq və su çatışmadığı üçün qala qarnizonu və komandiri Juoano-de-Lisboa təslim olmağa razı oldular. Qala ələ keçirildi və divarları dağıdıldı.[6]
Nəticəsi
[redaktə | mənbəni redaktə et]Bu qələbənin nəticəsi olaraq türklər Yəmən, Ədən, Ərəbistan sahillərini və Bəsrəyə qədər olan əraziləri tutaraq idarə etməyə başladılar. Bu da Hindistanla ticarət əlaqələrini xeyli asanlaşdırdı və Portuqalların Ərəbistanın daha da içərilərinə irəliləməsinə mane oldu. Osmanlıların Omana sonrakı hücumları fərqli müvəffəqiyyətlə davam etdi. Lakin rəsmi İstanbul Maskatı öz əlində saxlaya bilmədi. 1556-cı ildə okeanda fırtına zamanı Osmanlı ordusu Hind okeanı donanmasını itirdi. Bu itki şəhəri əldə saxlamağa mane törətdi. Üç Osmanlı qalerası 1581-ci ildə yenidən Maskatı ələ keçirdi. Lakin 1588-ci ildə şəhər yenidən Portuqaliyalılar tərəfindən tutuldu.[12].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Décadas da Ásia, Década Sexta, Livro X, Capítulo 1 by Diogo do Couto". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- ↑ Saturnino Monteiro (1992) Portuguese Sea Battles Volume III — From Brazil to Japan 1539–1579 pp.129140
- ↑ "Maritime India-Trade, Religion and Polity In the Indian Ocean by Pius Malekandathil p.117". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- ↑ Frederic Chapin Lane. Venice, A Maritime Republic. JHU Press. 1973-11. ISBN 9780801814600.
- ↑ Andrew James McGregor. A military history of modern Egypt: from the Ottoman Conquest to the Ramadan War Arxivləşdirilib 2019-12-16 at the Wayback Machine. — P. 20ff.
- ↑ 1 2 3 4 . ISBN 9004152660 http://books.google.co.jp/books?id=gNu4_uHo7CQC&pg=PA118#v=onepage&q&f=false (#bare_url_missing_title). "Arxivlənmiş surət". Archived from the original on 2012-10-16. İstifadə tarixi: 2021-07-23.
- ↑ Scott B. MacDonald. European Destiny, Atlantic Transformations: Portuguese Foreign Policy Under the Second Republic, 1974-1992. Transaction Publishers. 1993. ISBN 9781412822961.
- ↑ Kenneth Chase, Kenneth Warren Chase. Firearms: A Global History to 1700. Cambridge University Press. 2003-07-07. ISBN 9780521822749.
- ↑ Palmira Johnson Brummett. Ottoman Seapower and Levantine Diplomacy in the Age of Discovery. SUNY Press. 1994. ISBN 9780791417027.
- ↑ Giancarlo Casale. The Ottoman Age of Exploration. Oxford University Press. 2010-02-25. ISBN 9780199798797.
- ↑ Halil İnalcik. An Economic and Social History of the Ottoman Empire Arxivləşdirilib 2020-03-13 at the Wayback Machine. — P. 323.
- ↑ Edward A. Alpers. The Indian Ocean in World History. Oxford University Press. 2013-10-31. ISBN 9780199929948.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- 100 böyük türk. Bakı,1991, səh.88–89.
- M. C. ƏLİYEV, F. A. HƏSƏNLİ "COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR". Bakı,2009
- Brotton, Jerry. Trading Territories: Mapping the Early Modern World. London: Reaktion Books. 2003. ISBN 9781861890115.
- TDV Encyclopedia of Islam. PÎRÎ REİS. Idris Bostan. pages 283–285, https://islamansiklopedisi.org.tr/piri-reis
- Carboni, Stefano. Venice and the Islamic world, 828-1797. New York: Metropolitan Museum of Art. 2007. ISBN 9780300124309.
- Hapgood, Charles H. Maps of the ancient sea kings: evidence of advanced civilization in the ice age. Philadelphia: Chilton. 1966. OCLC 819363004.
- Irzik, Gürol; Güzeldere, Güven, redaktorlar Turkish studies in the history and philosophy of science. Springer. 2005. ISBN 9781402033322.
- Khair, Tabish, redaktorPiri Reis: The Voyages of a 'Corsair' (c. 1526) // Other routes: 1500 years of African and Asian travel writing. Oxford: Signal. 2006. 127–131. ISBN 9781904955122. OCLC 61177562.
- Loupis, Dimitris. Piri Reis' Book on Navigation (Kitab-i Bahriyye) as a Geography Handbook // Eastern Mediterranean cartographies. Athens, Greece: National Hellenic Research Foundation. 2004. səh. 39. OCLC 892160459.
- Robinson, Francis. The Cambridge illustrated history of the Islamic world. London: Cambridge University Press. 1998.
- Soucek, Svat. Islamic Charting in the Mediterranean (PDF) // Harley, J. B.; Woodward, D. (redaktorlar ). Cartography in the Traditional Islamic and South Asian Societies. 2. Chicago: University of Chicago Press. 1992. 263–272.
- Soucek, Svatopluk. Piri Reis and Turkish Mapmaking After Columbus: The Khalili Portolan Atlas. Studies in the Khalili Collection. 2. London: The Nour Foundation. 1996 [1992].
- Tekeli, Sevim. The Map of America by Pîrî Reis. Ankara: Atatürk Kültür Merkezi Yayını. 1986. OCLC 41917181.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- The Piri Reis Map Book — Kitab-ı Bahriye — Book on Navigation.
- Pîrî Reis Belgeseli Arxivləşdirilib 2018-12-30 at the Wayback Machine
- 1995 yılında anısına basılan hatıra para
- Muhyiddin Pîrî (Pîrî Reis) 1465–1470
- 'Piri Reis Dünya Haritacısı Belgeseli' ön gösterim / first preview
- Piri Reis Belgeseli — Tarihi Değiştiren Yüzler
- Denizleri Piri 1513 (Piri Reis Belgeseli)
- Hayatın İçinden 06.12.2016 (Piri Reis Belgesel Filmi Hayat Buluyor)
- Can Atilla / Piri Reis Film
- Piri Reis Haritası Arxivləşdirilib 2010-12-27 at the Wayback Machine
- Piri Reis derleme yazı Arxivləşdirilib 2011-11-01 at the Wayback Machine
- The Piri Reis Map Project Arxivləşdirilib 2007-02-06 at the Wayback Machine (İngilizce)
- The Piri Reis Project, with links to an early edition of A. Afetinan's book and to a reproduction of the Piri Reis Map Arxivləşdirilib 2007-02-06 at the Wayback Machine
- The Piri Reis map Arxivləşdirilib 2013-08-13 at the Wayback Machine