Məhəmməd Xatəmi
Məhəmməd Xatəmi | |
---|---|
fars. محمد خاتمی | |
| |
2 avqust 1997 – 3 avqust 2005 | |
Əvvəlki | Əkbər Haşemi Rəfsəncani |
Sonrakı | Mahmud Əhmədinejad |
İslam Şurası Məclisinin üzvü[d] | |
3 may 1980 – 24 avqust 1982 | |
Seçki dairəsi | Yəzd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1943[1] (81 yaş) və ya 14 oktyabr 1943[2] (81 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, kitabxanaçı, yazıçı, hərbi qulluqçu |
Dini | şiəlik |
Rütbəsi | kiçik leytenant[d] |
|
|
khatami.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Seyid Məhəmməd Xatəmi (farsca: سید محمد خاتمی) 29 sentyabr 1943[1] və ya 14 oktyabr 1943[2], Ərdəkan, Yəzd ostanı) 1997–2005-ci illərdə vəzifədə olmuş olan, İranın V prezidentidir.
Elmi işləri
[redaktə | mənbəni redaktə et]O,fars, ərəb, həmçinin də elmi işlərini davam etdirəcək qədər ingilis və alman dillərini bilir. Müxtəlif vaxtlarda universitetlərdə mühazirələr də oxuyan Hatəminin "Vilayət kimə aiddir" (1979) və "Ənənə, modernizm və inkişaf" (1996) kimi bir çox məqalələri ilə bərabər, "Dalğa qorxusu", "Şəhər dünyasından dünya şəhərinə", "Tiranlıq məngənəsində düşüncə və iman" (2000) kimi kitabları, həmçinin də onun çıxışlarının da içində olduğu Siyasi İnkişaf, İqtisadi İnkişaf və Təhlükəsizlik (2000), İslam, Mənəviyyat və İslam İnqilabı (2000), Qadınlar və Gənclər (2000) adlı kitabları da mövcuddur.
Təhsili
[redaktə | mənbəni redaktə et]1961-ci ildə orta məktəbi bitirdikdən sonra dini təhsil almaq üçün Qum mədrəsəsinə getmişdir. 1969-cu ildə isə İsfahan Universitetinin fəlsəfə fakültəsini bakalavr dərəcəsi ilə başa vurmuşdur. Tehran Universitetində Təhsil Elmləri üzrə magistr dərəcəsində təhsilini davam etdirmişdir. Daha sonra isə məşhur Qum mədrəsəsində fiqh üzrə təhsilinə davam etmişdir.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]O, siyasi fəaliyyətə 1962-ci ildən başlamışdır. O, xüsusilə ilk növbədə Xomeyninin bəyannamələri olmaqla, siyasi bəyannamələrin və elanların çoxaldılması və yayılması işlərini öz üzərinə götürmüşdür. İsfahan Universitetindəki İslam Tələbələri Assosiasiyasının fəaliyyətlərində yaxından iştirak etmişdir. Şah ordusunda iki il müddətinə leytenant rütbəsində xidmət etdikdən sonra 1979-cu ildə Hamburq İslam Mədəniyyəti Mərkəzinin rəhbəri olmuşdur.
1980-ci ildə İnqilabdan sonra keçirilən birinci parlament seçkilərində doğulduğu yerlər olan Ərdəkan və Meyboddan millət vəkili seçilərək İran parlamentinə daxil olmuşdur. 1981-ci ildə o, Xomeyni tərəfindən bir çox qəzet və jurnalların, o cümlədən məşhur Kayhan qəzetinin nəşr olunduğu Kayhan İnstitutuna rəhbər təyin edilmişdir. 1982-ci ildə isə o dövrün baş naziri olan Mirhüseyn Musəvi tərəfindən İslami İrşad və Mədəniyyət Nazirliyinə təyin edilmişdir. O, 1992-ci ildə mədəniyyət naziri vəzifəsindən istefa vermiş və bununla da İran İslam Respublikasının tarixində istefa verən və vəzifəsini tərk edən birinci kabinet üzvü kimi tarixə düşmüşdür. Eyni vəzifə ilə Haşimi Rəfsəncani tərəfindən iki dəfə kabinetə daxil edilən Hatəmi İraqla 8 il davam edən müharibə dövründə Bütün Silahlı Qüvvələr Komandanlığının Mədəniyyət Müavinliyinin Təbliğat Mərkəzinin vitse-prezidenti və rəhbəri vəzifələrində işləmişdir.
1997-ci ilin may ayında keçirilən seçkilərdə səslərin 69 faizini yığaraq prezident seçilmişdir. O, 2001-ci ilin iyun ayında keçirilən növbəti prezident seçkilərində də səslərin 77 faizini əldə edərək yenidən prezident seçilmişdir. Lakin o, xüsusən də Prezidentin səlahiyyətləri və seçki nəzarəti ilə bağlı hazırlamış olduğu əsas islahatları Konstitusiya Keşikçiləri Şurasından keçirtməyi bacarmamışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Mohammad Khatami // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 The Oxford Handbook of Islam and Politics.