Müstəmləkə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Müstəmləkə — başqa dövlət tərəfindən idarə olunan asılı ərazilərə verilən ad. Müstəmləkələri feilən üç qrupa bölmək olar:

  1. Siyasi suverenliyi saxlamış ölkələr. Bu ölkələr qeyri-bərabər anlaşmalar, borc öhdəlikləri və s. ilə dolaşdırılsalar da daxili siyasətlərində mühüm azadlıqlarını əldə saxlaya biliblər, xarici siyasətdə isə müstəmləkəçi ölkələrin ziddiyətlərindən istifadə edərək müəyyən dərəcədə müstəqil manevr etmək imkanına malik olan ölkələrdir. AfrikaAsiya regionunda bu ölkələrin payına əksər əhali düşür.
  2. İkinci qrupa əvvəllər dolayısı ilə idarə olunan bir çox ölkələr daxil idi — İndoneziya, Malayziya, Cənubi Yəmən, Nigeriya, Hindistan, Hind-Çin ölkələri və sairə. Bu ölkələrdə müstəmləkəçi ölkələr tamamilə xarici siyasəti və xarici iqtisadi əlaqələri müəyən edirdilər, daxili siyasət isə ənənəvi hakim tərəfindən müəyyən olunur. Amma bəzi hallarda metropoliya bu ölkənin daxili işlərinə də müdaxilə edir. Afrika və Asiya qitələrində bu ölkələrin payına 12–15% əhali düşür.
  3. Üçüncü qrup ölkələrin həm xarici, həm də daxili siyasəti tamamilə metropoliya tərəfindən idarə olunur.

Müstəmləkəçilik əleyhinə mübarizə

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərindən başlayaraq müstəmləkəçilik əleyhinə mübarizə başladı. Birinci dünya müharibəsindən sonra bu daha da genişləndi. Asiyada, Şimali Afrikada, Yaxın Şərqdə (İranda, Türkiyədə, Cənubi Qafqazda və b.) milli-azadlıq hərəkatı geniş miqyas aldı, lakin qalib dövlətlərin birgə səyləri ilə onların qarşısı alındı. Metropoliya dövlətləri müstəmləkələrdə və asılı ölkələrdə ənənəvi müstəmləkəçilik siyasətindən Asiya, Afrika, Latın Amerikasının müstəmləkə regionlarında qərbsayağı iqtisadi, mədəni, sosial tədbirlər həyata keçirməyə başladılar. Rusiya da müstəmləkəyə çevirdiyi ərazilərdə, o cümlədən QafqazdaMərkəzi Asiyada belə hərəkət etmişdi.[1]

  • Всемирная история и Восток. Москва "Наука" 1989 səh. 42.
  1. "Müstəmləkə sisteminin formalaşması". kayzen.az (az.). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.