Davud İbrahim

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Davud İbrahim
ing. Dawood Ibrahim
hind. दाऊद इब्राहीम
Doğum tarixi (68 yaş)
Fəaliyyəti cinayətkar, Qanqster[d], terrorist, kriminal avtoritet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Davud İbrahimHindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəri, qlobal terrorçu; dünyanın ən güclü mafiya liderlərindən biri[1].

Onun əsl adı Şeyx Davud İbrahim Kaskardır[1]. 1955-ci ildə anadan olmuşdur[1].

D.İbrahimin mütəşəkkil qruplaşması "D-Company" adı ilə tanınır, hazırda o, İnterpolun mütəşəkkil cinayətkarlığa və terrorçuluğa görə axtarışa verdiyi ən təhlükəli şəxslərdən biridir[1]. D.İbrahim dünyanın ən varlı terrorçusudur, onun kapitalının həcmi 6-7 milyard dollar, bəzi məlumatlara görə isə hətta 20 milyard dollardır[1].

D.İbrahim Bombey şəhərində 1993-cü ildə törədilən partlayışların, habelə 2003-cü ildə Hindistan parlamentinə edilən terror hücumunun və digər terror aksiyalarının təşkilində günahkar bilinir[1]. ABŞ Konqresi D.İbrahimi "əl-Qaidə" ilə bağlı olan ən təhlükəli terrorçular sırasına daxil edib. Birləşmiş Ştatlar 2003-cü ildə onu "qlobal terrorçu" elan edərək BMT Təhlükəsizlik Şurasında xüsusi qətnamənin çıxarılmasına nail olub. Buş administrasiyası isə D.İbrahimə və bəzi tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib[1]. D.İbrahim bütün dünya üzrə qeyri-leqal pul ötürmələrinin həyata keçirildiyi, "həvalə" kimi tanınan sistemin böyük hissəsinə nəzarət edir[1]. Bu sistem terrorçuların bir-birlərinə pul ötürməsi üçün geniş istifadə olunur[1]. Bildirilir ki, D.İbrahimin "əl-Qaidə" lideri Üsamə bin Ladenlə də əlaqələri olub[1].

Onun haqqında Hindistanın "Bolliwuud" studiyası çoxlu sayda film çəkib, əksər hind filmlərində mafiya lideri və qanqster obrazı D.İbrahimin personası üzərində qurulub[1].

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "HİNDİSTAN QANQSTERİ AZƏRBAYCANDADIR" Arxivləşdirilib 2023-07-06 at the Wayback Machine. musavat.com, 07.05.2011  (az.)