International Baccalaureate

Vikipediya, azad ensiklopediya
(Beynəlxalq Bakalavriat Təşkilatı səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Beynəlxalq Bakalavriat Təşkilatı
IBO
International Baccalaureate Organization
Loqonun şəkli
Yaranma tarixi 1968
Rəsmi dili ingilis, fransız, ispan
Mərkəzi

qlobal mərkəzləri:
Niderland Niderland, Haaqa
Sinqapur Sinqapur
ABŞ ABŞ, Men bayrağı Merilend, Betesda
kurikulum mərkəzi:
Niderland Niderland, Haaqa
qiymətləndirmə mərkəzi:
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}, Uels Uels, Kardiff
fond ofisi:
İsveçrə İsveçrə, Cenevrə
ibo.org

International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi.[1][2] IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var.[3]

Diplom Proqramı

[redaktə | mənbəni redaktə et]

Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar. 1983-cü ildən bəri Diplom Proqramın fənləri ispan dilində də mövcuddular.[4]

Əsas tələblər

[redaktə | mənbəni redaktə et]

IB Diplomu almaq üçün bir namizəd imtanlardan keçməkdən başqa üç əsas tələbələri də yerinə yetirməlidir:[5]

  1. Extended essay (abbr. EE; ing. Geniş esse). Namizədlər EE üçün təsdiq olan fənlərin siyahısından birinə[6] 4000 söz qədər geniş[7] tədqiqat esse yazmalıdılar. Nəmizəd özü keçmədiyi fənndən mövzuya da yaza bilər, amma bu tələb olunmur.[8] EE fənlərarası mövzuya yazılmamalıdır.[9]
  2. Theory of knowledge (abbr. TOK; ing. Bilik nəzəriyyəsi). Bu kursda şagirdlər biliyin fitrətin və məhdudluqların haqqında (yəni epistemologiyanın əsasları) öyrənirlər və biliyin mənası və etibarlılığı müəyyənləşdirməkdə (yəni tənqidi fikirləşmədə) təcrübə alırlar. Kurs 100 saatlıq instuksiyadan, 1200–1600 söz arasında essedən (IB tərəfindən verilən 10 mövzudan ibarət olan siyahıdan yazmaq üçün bir mövzu seçilməlidir) və namizədin seçdiyi mövzuya təqdimatdan ibarətdir.[10]
  3. Creativity, action, service (abbr. CAS; ing. Yaradıcılıq, fəaliyyət, xidmət)

Orta İllər Proqramı

[redaktə | mənbəni redaktə et]

Orta İllər Proqramı (ing. Middle Years Programme; abbr. MYP) 11-16 yaşlı şagirdlər üçün beş illik təhsil proqramıdır.

İbtidai İllər Proqramı

[redaktə | mənbəni redaktə et]

İbtidai İllər Proqramı (ing. Primary Years Programme; abbr. PYP) 3-12 yaşlı şagirdlər üçün təhsil proqramıdır.[11]

Mənsəb Sertifikatı

[redaktə | mənbəni redaktə et]

IB Mənsəb Sertifikatı (ing. International Baccalaureate Career-related Certificate; abbr. IBCC) 16-19 yaşlı mənsəbnən bağlı öyrənmə istəyən şagirdlər üçün təhsil proqramıdır.

IB qeyri kommersiya təhsil fondudur.[12] Onun fond ofisi İsveçrənin Cenevrə şəhərindədir. Qiymətləndirmə mərkəzi Uelsın paytaxtı olan Kardiff şəhərində yerləşir, kurikulum mərkəzi isə 2011-ci ildə Niderlandın Haaqa şəhərinə köçürülüb. Bundan əlavə, üç qlobal mərkəz açılıb: ABŞ-nin Meriland ştatının Betesta şəhərində, Sinqapurda, və Niderlandın Haaqa şəhərində.

Təşkilat üç regional mərkəzlərə bölünür: Haaqadan idarə olunan IB Afrika, Avropa və Şərq (ing. IB Africa, Europe and Middle East; abbr. IBAEM); Betesta və Argentinanın paytaxtı olan, Buenos Ayres şəhərindən idarə olunan IB Amerikalar (ing. IB Americas; abbr. IBA); və Sinqapurdan idarə olunan IB Asiya və Sakit Okean (ing. IB Asia-Pacific; abbr. IBAP).[13]

IB-nin UNESCO-da qeyri-hökumət təşkilatın kimi konsultativ statusu və bundan əlavə Avropa ŞurasıOIF ilə əməkdaşlıq əlaqələri var.[14]

IB idarəçiliyi IB İdarəçilər Şurasından və altı komitədən (keçmə və inkişaf, təftiş, təhsil, maliyyət, insan resursları və idarəçiliyi) ibarətdir. İdarəçilər Şurası təşkilatın Baş Direktorunu təyin edir, strateji istiqamətini müəyyənləşdirir, missiya bəyanatını qəbul edir, siyasətini aparır, IB-nin maliyyəni nəzarət edir və IB Diplom Proqramın imtahanları və tələbələrin digər çalışmaların muxtarlığını və bütövlüyü təmin edir.[15]

İdarəçilər Şurası 15-25 üzvdən ibarət ola bilər. Üzvlər şura tərəfindən idarəçi komitəsinin tövsiyə etdiyi və Baş Şura, Regional Şuralar və İdarəçilər Şurası təqdim etdiyi nəmizədlərdən seçilirlər. Cinsi, mədəni və coğrafi müxtəlifliyi təşvigi üçün ancaq üç ex officio vəzifə mövcuddur: Baş Direktor (səs vermir), İmtahan Şurasının sədri və Baş Şuranın sədri.[16]

  1. "IB headquarters Arxivləşdirilib 2009-05-19 at the Wayback Machine." International Baccalaureate. Retrieved on 25 September 2009.
  2. "Overview of the International Baccalaureate Organization". 2014-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-12-07.
  3. "Three Programmes at a Glance". September 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2009.
  4. Ian Hill. International Education as developed by the International Baccalaureate Organization // Mary Hayden, Jeff Thompson, and Jack Levy (redaktor). The SAGE handbook of research in international education. SAGE. 2007. 27 et seq. ISBN 1-4129-1971-1.
  5. "Diploma Programme curriculum, core requirements". International Baccalaureate. 15 June 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 June 2010.
  6. Schools' Guide to IBDP, p. 5.
  7. "Diploma Programme curriculum, extended essay". International Baccalaureate. 31 August 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 June 2009.
  8. Schools' Guide to IBDP, p. 9.
  9. Schools' Guide to IBDP, p. 6.
  10. Theory of knowledge guide (first examinations 2008). International Baccalaureate. March 2006.
  11. (cite web url:http://www.ibo.org/facts/fastfacts/ Arxivləşdirilib 2014-07-09 at the Wayback Machine (access date: 7-11-2013))
  12. "History of the International Baccalaureate®". 2009-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 30, 2014.
  13. "IB Global Centres". Ibo.org. 2013-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-13.
  14. "Governments". March 4, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 14, 2009.
  15. "Governance Structure". March 2, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 17, 2009.
  16. "The IB Board of Governors". March 2, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 22, 2013.