Bahadur Fərman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bahadur Fərman
Bahadur Fərman oğlu Abdullayev
Təxəllüsü Fərman
Doğum tarixi
Doğum yeri Muşavaq, Daşkəsən rayonu
Vəfat tarixi (77 yaşında)
Dəfn yeri Gəncə şəhəri, "İmamzadə Ziyarətgah" kompleksi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Gəncə Dövlət Universiteti
Fəaliyyəti şair-yazıçı
facebook.com/fermanbahad…

Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü[1].

Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub.

Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

Yaradıcılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib. O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, respublikadan kənarda keçirilən ədəbiyyat tədbirlərində Gəncə ədəbi mühitini ləyaqətlə təmsil edib, Gəncənin ictimai həyatında daim fəallıq göstərib.

İlk mətbu şeiri “Külək” 1961- ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilib. “Anamın laylası”(1971), ”Dörd cığır” (1978), “Durnalar köçür” (1985), “Mən indi bilmişəm” (1987), “Ömrün dolayları” (2000) “Gözlərinə tapşır məni” (2009), “Əmanətdir ürəyim” (2010), "Qəlbimi bükdüm payıza" (2012) adlı şeir kitabları nəşr olunub. Şairin şeirləri Rusiyada, Ukraynada, İranda, TürkiyədəGürcüstanda dərc olunub. 2015-ci ildə ədəbiyyat sahəsində xidmətlərinə görə Prezident təqaüdünə layiq görülüb[1].

Bahadur Fərmanın "Anamdan ayrılarkən", "Bakının dəmiryol vağzalında", "Osvensim kədəri", "Saxlamışam", "Dörd cığır", "Şəhidlər", "Salam, ulu yurdum", "Deyil", "Mən şair deyiləm", "Müəllim" kimi şeirləri oxucular tərəfindən ən sevilən şeirlərdəndir.

Bahadur Abdullayev 2016-cı ildə vəfat etmişdir. Gəncə şəhərində "İmamzadə Ziyarətgah" kompleksində dəfn edilib.

  1. 1 2 "Gəncənin tanınmış şairi vəfat edib" (Azərbaycan dili). az.trend.az. 6 may 2020 tarixində arxivləşdirilib.