Artist (film, 2011)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Artist
ing. The Artist
Janr dram
melodram
komediya
Əsas mövzu kino istehsalı[d]
Rejissor Mişel Hazanaviçus
Prodüser Toma Lanqmann
Ssenari müəllifi Mişel Hazanaviçus
Baş rollarda Jan Düjarden
Berenis Bejo
Operator Giyom Şiffman
Bəstəkar Lüdovik Burse
Montajçı Mişel Hazanaviçus
İstehsalçılar Ciné Cinémas
France 3 Cinéma
uFilm
La Petite Reine
La Classe Américaine
JD Prod
Jouror Productions
Canal+
France Télévision
Distribütor Warner Bros., Fórum Hungary[d], Disney+
İlk baxış tarixi 15 may 2011 (Kann kinofestivalı)
12 oktyabr 2011(Fransa)
Filmin digər adı Aktyor
Filmin növü bədii film
Müddət 100 dəqiqə
Büdcə 15 milyon $[1]
Gəlir 133 432 856 $[1]
Ölkələr Fransa Fransa
Belçika Belçika
Dillər səssiz
fransız dilində subtitrlər
İl 2011
Rəng ağ-qara
Çəkiliş yeri Los-Anceles
IMDb ID1655442
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı Academy Award for Best Costume Design
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi.

Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır.

The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən. Ümumiyyətlə filmdə onlarla insan faciəsi əks olunmasına baxmayaraq film peşəkar drama yox yüngül komediyadı. Əminəm ki əgər 20-ci illər olsaydı, filmin qəhrəmanları Jean Dujardin və Bérénice Bejo yenə də kinematoqrafiyada böyük uğur qazanardılar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]