Arranşahlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arranşahlar
Ölkə
Banisi Arran xan
Sonuncu hökmdar Tiqran xan
Əsası qoyulub I əsr
Milliyyət Ağvan

Aranilər və ya Aranoğulları sülaləsi — tarixi rəvayətə görə bu sülalənin banisi miladdan öncə Qafqaz Albaniyasının hökmdarı olmuş Aran hesab olunur. Bu nəslin nümayəndələri Qafqaz Albaniyasında hakimiyyətə gəlmiş Arşaki I Vaçaqanadək (miladi tarixlə 215–255) yəni, onun miladi 215-ci ilədək bu ölkəni idarə etmişlər. Adları tarixi məxəzlərdə çəkilən nümayəndələri Oroys, Kozis və Zoberdir.

"Alban ölkəsinin tarixi" əsərinə görə Arandan sonra hakimiyyətə Aray, Ənuşavan, Parət, Ərbaq, İsanın həmdövrü Zavan, Pərnas, Sur, Həvəng, Vaştaq, Əmbək, Ərnək, Şəvərş, Horay, Vəstamkar, Həraq, Hiran, Əncaq, Dalaq, Huray, Zərmehr, Davudun həmdövrü Borc, Ərbun, Bəzək, Xoy, Yusaq, Qaynaq, Sqayordu (bu öz tacını Babil çarından almışdı), Paruy, Pərnəvaz, Pəçuç, Kornaq, Pavus, az yaşamış Yeruand və Tiqran gəlmişdir.[1]

Sülalənin davamçıları

[redaktə | mənbəni redaktə et]

Xaçın knyazı Həsən Cəlal Arranşahlar sülaləsinin nəslindən gəlir.[2][3] Həsən Cəlalın davamçıları Gülüstan, Xaçın və Crabert məlikliklərini idarə edirdi.[4]

  1. Knyaz Arran
  2. Knyaz Aray
  3. Knyaz Ənuşəvan
  4. Knyaz Parat
  5. Knyaz Arbaq
  6. Knyaz Zəvan
  7. Knyaz Parnas
  8. Knyaz Sur
  9. Knyaz Havanq
  10. Knyaz Vaştağ
  11. Knyaz Ambax
  12. Knyaz Ərnax
  13. Knyaz Şavarş
  14. Knyaz Horay
  15. Knyaz Vastamkar
  16. Knyaz Harax
  17. Knyaz Hiran
  18. Knyaz Ancax
  19. Knyaz Dalağ
  20. Knyaz II Horay
  21. Knyaz Zarmehr
  22. Knyaz Borc
  23. Knyaz Arbun
  24. Knyaz Bazak
  25. Knyaz Xoy
  26. Knyaz Yusak
  27. Knyaz Xaynax
  28. Knyaz Skayordu
  29. Knyaz Paruy
  30. Knyaz Farnavaz
  31. Knyaz Pəçuç
  32. Knyaz Kornak
  33. Knyaz Pavus
  34. Knyaz Yeruand
  35. Knyaz Tiqran
  1. Moisey Kalankatuklu — Alban ölkəsinin tarixi Arxivləşdirilib 2015-08-16 at the Wayback Machine/qədim erməni dilindən təcümə akad. Z. M. Bünyadov, Bakı, 2006.
  2. Ulubabian, Bagrat. Khacheni ishkhanutyune, X-XVI darerum [The Principality of Khachen during the tenth to sixteenth centuries] (erməni). Yerevan: Armenian Academy of Sciences. 1975. 56–59.
  3. Hewsen, Robert. Armenia: A Historical Atlas. Chicago: University of Chicago Press. 2001. səh. 162.
  4. Hacikyan, Agop Jack; Gabriel Basmajian; Edward S. Franchuk. The Heritage of Armenian Literature: From the Eighteenth Century to Modern Times, vol. 3. Detroit: Wayne State University. 2005. səh. 470.