Arif Quliyev (hüquqşünas)

Vikipediya, azad ensiklopediya
(Arif Quliyev (professor) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Arif Quliyev
Arif Cəmil oğlu Quliyev
Doğum tarixi (72 yaş)
Doğum yeri Azərbaycan SSR, Bərdə rayonu, Böyük Qacar
Milliyyəti azərbaycanlı
Təhsili

Ali təhsili

Fəaliyyəti Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professoru

Arif Quliyev — Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professoru. 

Arif Quliyev 1952-ci il iyul ayının dördündə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olmuşdur. Ali təhsilini Bakı Dövlət Universiteti, Bakı Ali Partiya məktəbiUkrayna Prezidenti yanında dövlət idarəçilik Akademiyasında almışdır. Hal-hazırda Ukraynanın Kiyev şəhərində yaşayır. Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professorudur.[1]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: UkraynaAzərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və bu sahədə terrorizmlə mübarizənin beynəlxalq-hüquqi tənzimlənməsi mexanizminin kompleks öyrənilməsinə, terrorizmlə mübarizə sahəsində prezident institutunun fəallaşdırılması modelinin milli xüsusiyyətləri və xarakter cəhətlərinin açılmasına dair elmi məqalələr yazaraq tədqiqatlar aparmışdır. Hüquq elmləri doktoru, dövlət idarəçiliyi elmləri namizədi. 2 ixtisaslaşma elmi şurasının və 3 elmi məqalələr jurnalı redaksiya heyətinin üzvüdür.

Ukrayna (özəl) elmlər akademiyasının akademikidir.

  • Ukraynanın Əməkdar Təhsil işçisi;
  • Azərbaycan Respublikası "Tərəqqi" medalı; "Ukraynanın müstəqilliyinin 25 illiyi" medalı və s.

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

[redaktə | mənbəni redaktə et]
  • Xarici əlaqələr hüququ, Beynəlxalq Humanitar Hüququ, Beynəlxalq təşkilatlar hüququ, Diplomatik və konsulluq xidməti, Diplomatik protokol və etiketi və b. fənnlərin tədrisi;  
  • 5 monoqrafiya, 2 dərslik, 2 tədris vəsaiti, 150 –dən çox elmi və publisistik məqalə müəllifi;
  • Ukrayna-Azərbaycan dostluq körpüsü Beynəlxalq nominasiyasının laureatı, Ukrayna və Beynəlxalq jurnalistlər ittifaqının, Azərbaycan Jurnalistlər birliyinin,  Ukrayna hüqüqşünaslar Assosiyasının həqiqi üzvüyəm. Ukrayna Mədəniyyət və Turim Nazirliyi tərəfindən "Mədəniyyət və İncəsənət sahəsində nailiyyətlərə görə" Fəxri nişanı və Fəxri Fərmanlarla təltif olunmuşdur. Diplomatik rütbəsi vardır. "Ukrayna  Azərbaycanlı alimləri elmi şurası" və "Xalq diplomatiyası institutu" ictimai təşkilatlarına rəhbəlik edir. 
  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.