Anqlofonlar
İngilis dilində danışanlar Anqlofonlar adlanır və əhalinin əksəriyyətinin ingiliscə danışdığı ölkələrə Anqlosfera deyilir. 2000-ci illərə olan məlumata görə, iki milyarddan çox insan İngilis dilində danışır,[1][2] bununlada İngilis dili danışanların sayına görə ən böyük dil, ana dili kimi danışanların sayına görə isə üçüncü ən böyük dildir.
ABŞ və Hindistan müvafiq olaraq 283 milyon və 125 milyon ilə ən çox İngilis dilində danışan ölkələrdir. Həmçinin Pakistanda 108 milyon, Nigeriyada 79 milyon, Filippində 64 milyon ingiliscə danışan insanlar var.[3] İngilis dilini ikinci dil kimi danışanlarda daxil olmaqla, Anqlofonların sayı təxminən 470 milyondan 2 milyarda qədər dəyişir. Devid Kristal hesab edir ki, 2003-cü ildə ikinci dil kimi danışanların sayı 3:1 nisbətində ana dili danışanlardan çoxdur.[4] 2012-ci ilə qədər Hindistan dünyanın ikinci ən böyük İngilis dilli əhalisinə sahib olduğunu iddia etdi: ən etibarlı hesablama onun əhalisinin təxminən 10%-dir (125 milyon nəfər), bu rəqəmin 2022-ci ilə qədər dörd dəfə artacağı gözlənilir.[5] Birinci və ya ikinci dil kimi danışanları da nəzərə alsaq ümumilikdə İngilis dili dünyada ən çox danışılan dildir.
Birləşmiş Krallığın ölkələri olan İngiltərə və Şotlandiya Ovaları, İngilis dilinin doğulduğu yerdir və dilin müasir forması 17-ci əsrdən başlayaraq, ilk olaraq Birləşmiş Krallığın dünya miqyasında təsiri ilə dünyada yayılmağa başlamışdır. Bu daha sonradan Amerika Birləşmiş Ştatlarınin təsiri ilə davam etmişdir. Bu ölkələrin bütün növ çap və elektron mediası vasitəsilə, İngilis dili bir çox regionlarda elm, naviqasiya və hüquq kimi peşəkar kontekstlərdə beynəlxalq diskursun və lingua francanın aparıcı dilinə çevrilmişdir. [6] Birləşmiş Krallıq Avropanın ən böyük İngilis dilli ölkəsi olaraq qalır.
İngilis dilinin Amerikan ingiliscəsi, İngiltərə ingiliscəsi, Kanada ingiliscəsi, Avstraliya ingiliscəsi, İrlandiya ingiliscəsi, Yeni Zelandiya ingiliscəsi kimi əsas növləri və onların alt növləri olan Cənubi Afrika, Hindistan, Nigeriya, Filippin, Yamayka, rinidad və Tobaqoda növləri ilə yanaşı həmçinin ingilis əsaslı kreol dillərindən Standart İngilis dilinə qədər davam edən dialektdə milyonlarla yerli dialektlər var. Qana və Uqanda kimi digər ölkələr də İngilis dilindən əsas rəsmi dillər kimi istifadə edirlər.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Crystal, David. The language revolution. John Wiley & Sons, 2004" (ingilis). 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-26.
- ↑ Crystal, David. "Two thousand million?". English Today (ingilis). 24. 2008: 3–6. doi:10.1017/S0266078408000023.
- ↑ "English Speakers By Country". WorldAtlas (ingilis). 2018-05-14. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
- ↑ Crystal, David. English as a Global Language (2nd). Cambridge University Press. 2003. səh. 69. ISBN 978-0-521-53032-3. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-26.
- ↑ Masani, Zareer. "English or Hinglish - which will India choose?". BBC News. 27 November 2012. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2019.
- ↑ The Routes of English
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Australian Bureau of Statistics. "2011 Census QuickStats: Australia". 28 March 2013. İstifadə tarixi: 25 March 2015.
- Afhan Meytiyev. "English and diplomacy" (PDF). Scotland's Census 2011. 26 September 2013. İstifadə tarixi: 25 March 2020.
- Bao, Z. Variation in Nonnative Varieties of English // Brown, Keith (redaktor). Encyclopedia of language & linguistics. Elsevier. 2006. 377–380. doi:10.1016/B0-08-044854-2/04257-7. ISBN 978-0-08-044299-0.
- Crystal, David. "Subcontinent Raises Its Voice". The Guardian. 19 November 2004b. İstifadə tarixi: 4 February 2015.
- Crystal, David. Chapter 9: English worldwide // Denison, David; Hogg, Richard M. (redaktorlar ). A History of the English language. Cambridge University Press. 2006. 420–439. ISBN 978-0-511-16893-2.
- National Records of Scotland. "Census 2011: Release 2A". Scotland's Census 2011. 26 September 2013. İstifadə tarixi: 25 March 2015.
- "The Routes of English". 1 August 2015.
- Northern Ireland Statistics and Research Agency. "Census 2011: Key Statistics for Northern Ireland December 2012" (PDF). Statistics Bulletin. 11 December 2012. Table KS207NI: Main Language. İstifadə tarixi: 16 December 2014.
- Northrup, David. How English Became the Global Language. Palgrave Macmillan. 20 March 2013. ISBN 978-1-137-30306-6.
- Office for National Statistics. "Language in England and Wales, 2011". 2011 Census Analysis. 4 March 2013. İstifadə tarixi: 16 December 2014.
- Ryan, Camille. "Language Use in the United States: 2011" (PDF). American Community Survey Reports. August 2013. səh. 1. 2016-02-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 December 2014.
- Statistics Canada. "Population by mother tongue and age groups (total), 2011 counts, for Canada, provinces and territories". 22 August 2014. İstifadə tarixi: 25 March 2015.
- Statistics New Zealand. "2013 QuickStats About Culture and Identity" (PDF). April 2014. səh. 23. 15 January 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 March 2015.
- Census 2011: Census in brief (PDF). Pretoria: Statistics South Africa. 2012. Table 2.5 Population by first language spoken and province (number). ISBN 9780621413885. 13 May 2015 tarixində arxivləşdirilib (PDF).
- English and Diplomacy: http://english.fullerton.edu/publications/clnArchives/pdf/MethievLgDplmcy.pdf