Adi zolaqlı suiti
Adi zolaqlı suiti | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi zolaqlı suiti |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Adi zolaqlı suitu (lat. Histriophoca fasciata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin zolaqlı suiti cinsinə aid heyvan növü.
Öz adınını məxsus olduğu zolaqlı dərisi ilə əlaqədardır. Yetkin fərd tünd rəngə malik olur və ağ xəttlərə üzərindən zolaqlar keçir.
Yeni doğulan suitilərin rəngi ağ olur. Onların bu ağ və qalın dərisi 2 həftə qalır. Yetkin fərdin uzunluğu 150–190 sm, çəkisi 70–90 kq olur. Yeni doğulan körpələrin uzunluğu 70–80 sm təşkil edir.
Yaz və yayın əvvəlində Berinq dənizi və Oxot dənizi sularında yerləşən buzlaqlarda birdə Çukot dənizinin cənubunda yerləşirlər. Əsasən açıq dəniz sahələrində yerləşən bulaqlarda yerləşməyi xoşlasalarda hərəkət edən buzlaqların üzərində sahil xəttinə qədər gəlib çıxırlar. Qış və payız aylarında onların harada yerləşməsi barədə məlumat yoxdur.
Onlar əsasən düz, hamar buzları seçirlər. Sudan buz üzərinə cəld sıçrama xüsusiyyətinə malikdirlər. Bu növ suitilər quruda daha rahat və sürətli hərəkət edirlər. Suda isə onların sürəti zəifləyir.
Balalar mart-aprel aylarında doğulur. Onların rəngi ağ olur. Bu yırtıcılardan qorunma ilə əlaqədardır. Əsasən təklükə zamanı toroslarda gizlənirlər. Buzlar arasında onları ancaq gözlərinin tünd rənglərinə görə müəyyən etmək olar. Çütləşmə dönəmi may-iyun aylarıdır.
Yetkin zolaqlı suitilər əsasən balıqlar və kolusklarla qidalanır. Bəzi hallarda isə xərçəngkimilər də onların qidasını təşkil edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0