Adi uzunqanad yarasa
Adi uzunqanad yarasa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Adi uzunqanad yarasa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi uzunqanad yarasa (lat. Miniopterus schreibersii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin uzunqanad yarasalar fəsiləsinin uzunqanad yarasa cinsinə aid heyvan növü. Latın adı avstriya zooloqu Karl Anton Fon Şraybersin şərəfinə adlandırılıb.
Yayılması
[redaktə | mənbəni redaktə et]Onlara Avropa və Asiyanın cənubu, Afrika və Avstraliyada rast gəlmək olar. Şri-Lanka, Yava, Sumatra Kalimantan, Sulavesi, Yeni Qvineya, Fillippin adaları, Solomon adaları, Şimali Koreya, Rusiya və Yaponiya kimi ərazilərdə də rast gəlmək olar. Cənubi Qafqazın şərq hissəsində yayılmış Miniopterus schreibersii pallidus növünə aiddir. Bu növ Azərbaycanın əsasən, Kiçik Qafqazın dağları ərazisi boyunca rast gəlinir. Onların 7 məntəqədə populyasiyası aşkarlanmışdır.
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Dünyada 2200 metr yüksəkliyə malik ərazilərdə rast gəlmək olar. Azərbaycanda aşkarlanan populyasiya əsasən 1000–1600 hündürlükdə yerləşən ərazilərdə yayılmışdır. Dağ çöllərində kserofit bitkilərin geniş olduğu qurşaqda rast gəlinir. Yayda Dağlıq Qarabağda yerləşən Azıx mağarasında, qışda isə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Araz vadisində yerləşən Kilit mağarasında məskunlaşmış Azıx-Kilit populyasiyası nisbətən ətraflı öyrənilmişdir. Kilit mağarasındakı papulyasiya XIX əsrin sonundan məlumdur. Yaşayış yerləri əsasən, çox vaxt sərin və rütubətli olan müxtəlif yetaltı mağaralardır. Bu ərazilərdə havanın rütubətliliyi — 80–100% təşkil edir. İlin isti fəsillərində nalburunlarla və itiqulaq gecə şəbpərəsi (Myotis blythii) ilə birlikdə çoxsaylı koloniyalar əmələ gətirir. Bu koloniyalarda adətən sayı çox olanlar dominantlıq təşkil edir. Payızda çütləşmə dönəmi olur. Balalar əsasən iyunda-iyulun əvvəllərində dünyaya gəlir. Bir bala doğurlar. Hamiləlik isə altı ay davam edir. Uzunqanad yarasalar kiçik həşəratlarla, gecə kəpənəkləri və kiçik ikiqanadlılarla qidalanır. Bunlar hündürlüklətdə, əsasən meşələr üzərində ov edirlər. Yüksək uçuş sürətinə (70 km/s) malikdirlər. Qida axtarmaq məqsədi ilə yuvalardan onlarla kilometrə qədər uzaqlaşa bilirlər. Ümumilikdə isə 12 il yaşaya bilirlər.
Sayı
[redaktə | mənbəni redaktə et]Koloniyalarda bu növ yarasaların sayı on minlərlə baş təşkil edə bilir. Azərbaycanda ən çoxsaylı papulyasiya Azıx-Kilit populyasiyasıdır ki, onlarında sayı 8–10 hüdudlarında idi. Naxçıvanda Zəngəzur Milli Parkındakı Paraqaçay vadisində yerləşən "Yarasa yuvası" Bilav mağarasında çoxalan dişilərin sayı 500 baş təşkil edirdi. Bəzən 100 minlik koloniya təşkil edə bilirlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Smith A. T., Xie Y., Lunde D. P., Wilson D. E., Wozencraft W. C., Hoffmann R. S., Sung W., MacKinnon J. R. A Guide to the Mammals of China. (ing.). / A. T. Smith, Y. Xie Princeton: Princeton University Press, 2008. P. 381.