Dovdaq
Dovdaq | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Dovdaq |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Dovdaq (lat. Otis tarda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Təsviri
[redaktə | mənbəni redaktə et]Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var.
Yayılması
[redaktə | mənbəni redaktə et]Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır. Son 60 ildə Azərbaycanda yuvalamır, Qızılağac Dövlət Təbiət Qoruğunda, Şirvan Milli Parkında və Böyük Qafqaz dağlarının ətəklərində, Naxçıvanda qeyri-müntəzəm qışlayır.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Açıq yarımsəhra və bozqırlarda yaşayır. Gündüz fəal olur. Payız miqrasiyası avqust-oktyabr aylarında, yaz miqrasiyası isə mart-may aylarında olur. Bitkilərin toxumları, vegetativ hissələri, həşəratlar, amfibiyalar, sürünənlər və siçanabənzər gəmiricilərlə qidalanır.
Sayı
[redaktə | mənbəni redaktə et]Dünyada sayı 44-57 min təşkil edir. XIX əsrin axırları, XX əsrin əvvəllərində Azərbaycanda kütləvi qışlayıb, az miqdarda yuvalayıb. 1912-ci ilin may ayında Muğanda Alpout kəndi yaxınlığında yuvası tapılıb. Həmin ildə iyulun 11ə Aslanduz gözətçi məntəqəsinin yaxınlığında 6, 1939il iyulun 11-də Şirvan düzündə Sığırlı kəndi ətrafında 4 fərdi müşahidə edilmişdir. Sonrakı illərdə reproduksiya dövründə Azərbaycanda müşahidə edilməyib. Qışda Qızılağac Dövlət Təbiət Qoruğunda 1959-cu ildə 500, 1999-cu ildə 4, 2001-ci ildə Şirvan Milli Parkında 10 doydaq qeydə alınıb.2000-ci illərdə Bakı hava limanı ətrafında köç vaxtı qeydə alınırdı ( AOC-nin məlumat bazası) 2005-cı il mayın 9-da Culfa rayonunun Noxuddağ adlı düzənlik sahəsində yemlənən 6 fərd qeydə alınmışdır. Daimi müşahidələr aparılmadığından sayları haqda məlumat yoxdur
Azalma səbəbləri
[redaktə | mənbəni redaktə et]İnsanın landşaftları dəyişdirməsilə əlaqədar məskunlaşdırdıqları xam torpaqların azalması və plansız şəkildə ovlanması nəticəsində bütün dünyada sayı 30 % azalmışdır. Azərbaycanda 1950-ci ilə qədər qanunsuz ovlanması, yarımsəhra və bozqırların əksər hissəsində meyvə-tərəvəz və texniki bitkilərin əkilməsi, böyük miqdarda mal-qara otarılması nəticəsində yuvalayan populyasiyası tələf edilmiş, qışlayan populyasiyalarının yox olması təhlükəsi yaranmışdır.
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | mənbəni redaktə et]Qızılağac və Turyançay Dövlət Təbiət Qoruqları, Şirvan, Ağgöl, Şahdağ Milli Parkları və digər açıq quru sahələrdə yerləşən yasaqlığlarda qorunur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan MR-in (2006) Qırmızı kitablarına, CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
[redaktə | mənbəni redaktə et]Acınohur, Ceyrançöl və Sarıca düzlərinə yasaqlıq statusunun verilməsi, qorunmasının geniş təbliğ edilməsi, süni şəraitdə çoxaldılıb təbiətə buraxılması məsləhətdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2006.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının Qırmızı Kitabı. Fauna. II nəşr. 161 səh (Adi Dovdaq).