Aqşin Əlizadə
Aqşin Əlizadə | |
---|---|
2007 – 2012 | |
Sədr | Firəngiz Əlizadə |
1985 – 1990 | |
Əvvəlki | Qara Qarayev |
Sonrakı | Tofiq Quliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 may 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 3 may 2014 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | bəstəkar |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR dövlət mükafatı laureatı (1978).
Həyatı
[redaktə | mənbəni redaktə et]Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962).
Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.[1]
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.
Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.
50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.
Fəxri ad və mükafatlar
[redaktə | mənbəni redaktə et]- Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 (2-ci simfoniyasına görə)
- Azərbaycan SSR dövlət mükafatı — 1978[2]
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 13 iyul 1982
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 yanvar 1987
- "Şöhrət" ordeni — 22 may 1997[3]
- "Şərəf" ordeni — 21 may 2012
Əsərləri
[redaktə | mənbəni redaktə et]Baletlər
- "Babək" (1979)
- "Qafqaza səyahət" (2002)
- Ümid valsı (2008)
Simfonik orkestr üçün bəstələr
- Simfoniya No. 1
- Simfoniya No. 3
- Simfoniya No. 4: Muğamvari (Alla Mugham)
- Simfoniya No. 5
- Skripka ilə orkestr üçün konsert
- Violonçel ilə orkestr üçün poema
Kamera əsərləri
- Simfoniya No. 2: Kamera simfoniyası
- "Kənd süitası"
- "Uşaq süitası"
- "Pastoral"
- "Aşıqsayağı"
- "Cəngi"
- "Abşeron lövhələri"
- "Şirvan lövhələri"
- Skripka və fortepiano üçün "Portret"
- Fortepiano üçün "Dastan"
- Fortepiano üçün "Köhnə oyunlar"
- Skripka və orqan üçün "Dialoq"
Vokal-simfonik əsərlər
- "Azərilər" və "Təntənə" kantatası
- "Ana torpaq" odası
- "Bayatılar" (xor tsikli a capella)
- "Qədim laylay" (a capella xoru üçün)
- "Yumoreska" (uşaq xoru üçün)
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Bəstəkar kimi
- Bu, Səttar Bəhlulzadədir (film, 1969) (qısametrajlı sənədli film)
- Axtarış həvəsi (film, 1970) (qısametrajlı sənədli film)
- Fitnə (film, 1970) (cizgi filmi)
- Dəmir ağac (film, 1971) (qısametrajlı sənədli film)
- Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film)
- Tülkü həccə gedir (film, 1971) (cizgi filmi)
- Çaqqal oğlu çaqqal (film, 1972) (cizgi filmi)
- Qızıl qaz (film, 1972) (tammetrajlı bədii film)
- Odla təmasda (film, 1972) (qısametrajlı sənədli film)
- Bulud niyə ağlayır? (film, 1973) (cizgi filmi)
- Göyçək Fatma (film, 1973) (cizgi filmi)
- Ceyrançöl (film, 1974) (qısametrajlı sənədli film)
- Rəqiblər (film, 1974) (qısametrajlı bədii film)
- Tütək səsi (film, 1975) (tammetrajlı bədii film)
- Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976) (qısametrajlı sənədli film)
- Üzü küləyə (film, 1977) (tammetrajlı bədii film)
- Toral və Zəri (film, 1979) (cizgi filmi)
- Gözlə məni (film, 1980) (tammetrajlı bədii film)
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) (tammetrajlı bədii film)
- Ötən ilin son gecəsi (film, 1983) (tammetrajlı bədii film)
- Avqust gələndə (film, 1984) (tammetrajlı bədii film)
- Sizi dünyalar qədər sevirdim (film, 1985) (tammetrajlı bədii film)
- Pirverdinin xoruzu (film, 1987) (qısammetrajlı bədii film)
- Kölgədə 40 dərəcə isti (film, 1988) (tammetrajlı bədii film)
- Kross (film, 1989) (qısametrajlı sənədli film)
- Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film)
- Matəm (film, 1990) (qısametrajlı sənədli film)
- Ləqəbi "İKA"dır (tammetrajlı bədii film)
- Məhkumlar (film, 2007) (tammetrajlı bədii film)
Əsərlərindən istifadə olunan filmlər
- Unudulmuş qəhrəman (film, 2005) (qısametrajlı sənədli film)
- Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
- 125 illik yol (qısametrajlı sənədli film)
Musiqi tərtibatçısı kimi
- Təxəllüsü "Mixaylo" (film, 2008) (qısametrajlı sənədli film)
Haqqında çəkilən film
- Aqşin Əlizadə (film, 2011) (qısametrajlı sənədli film)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycanın Xalq artisti vəfat etdi" (az.). grand.az. 03.05.2014 14:09. İstifadə tarixi: 2014-05-03.[ölü keçid]
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ A. Ə. Əlizadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1997.- № 2.- S. 61.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Fərəh Əliyeva — Portretlər (Aqşin Əlizadə haqqında)
- Azərbaycan bəstəkarları və musiqişünaslarının rəsmi səhifəsi [ölü keçid]
- Zümrüd Dadaşzadə. Aqşin Əlizadə (oçerk) // Azərbaycan Musiqi Tarixi, IV cild. Bakı: Elm, 2019.- c.667–720 https://www.musicacademy.edu.az/images/elmi_neshrler/z_safarova_4cild.pdf
- 22 mayda doğulanlar
- 1937-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 3 mayda vəfat edənlər
- 2014-cü ildə vəfat edənlər
- 76 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Bakı Musiqi Akademiyasının məzunları
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan LKGİ mükafatı laureatları
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan bəstəkarları
- Azərbaycanlı bəstəkarlar
- Azərbaycan film bəstəkarları
- Azərbaycan ssenaristləri
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- Azərbaycan Bəstəkarlar İttifaqının sədrləri
- Azərbaycan Bəstəkarlar İttifaqının katibləri
- SSRİ kişi bəstəkarları
- Azərbaycan balet bəstəkarları
- Azərbaycan klassik bəstəkarları